İngiltərənin Avropa Birliyindən ayrılmaq üçün rəsmən işlərə başladığı ortaya çıxıb. Məlumata görə, İngiltərə Mərkəz Bankı (BOE) ölkə Avropa Birliyindən ayrılacağı halda ola biləcək maliyyə təsirlərini araşdırır.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı gizli yazışmalar səhvən KİV-ə göndərilib və bunula ölkənin AB-dən çıxmağa hazırlaşdığı ortaya çıxıb. Yazışmalardan məlum olur ki, Mərkəzi Bank AB-dən çıxacaqları halda yarana biləcək maliyyə təsirlərini araşdırır. Gizli yazışmaların ortaya çıxmasının ardından Mərkəz Bank bunu təsdiqləmək məcburiyyətində qalıb.
"The Guardian” yazır ki, "Project Bookend" adlandırılan bu layihəyə nazir müavini Jon Cunliffe rəhbərlik edir. O da bildirilir ki, ölkə rəhbərliyi planın maksimum gizli aparılmasına çalışıb. Hətta o da qeyd edilir ki, bu planlar mətbuata sızacağı halda Mərkəz Bank bunu inkar etməli, bunların yalnız Avropadakı iqtisadi vəziyyətə bağlı dəyərləndirmələr olduğunu iddia edəcəkmiş. Ancaq gizli yazışmaların KİV-ə sızmasından sonra Mərkəz Bank bunu təsdiqləmək məcburiyyətində qalıb.