İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı bir il içində Pakistandan nüvə silah əldə edə bilər. Bu barədə terror təşkilatının təbliğat orqanlarından "Dabiq” jurnalı yazır.
Baki-xeber.com İngiltərənin "Independent” qəzetinə xəbər verir ki, İŞİD-in təbliğat videolarında da görünən ingilis girov John Cantlienin yazdığı deyilən məqalədə, təşkilatın 12 aydan da qısa bir müddətdə dünyanın gördüyü ən böyük islamçı hərəkata çevrilməyi hədəflədiyi qeyd edilir.
"Qüsursuz Fırtına” başlıqlı yazıda bir müddət əvvəl İŞİD-ə biət etdiyini açıqlayan "Boko Haram” kimi islamçı təşkilatların birləşərək Yaxın Şərq, Afrika və Asiyada qlobal bir hərəkata çevriləcəyi iddia edilir. Məqalədə daha sonra bildirilir: "IŞİD-in bankda milyardlarla dolları var. Təşkilat bölgədəki korrupsiyaya bulaşmış rəsmilərlə əlaqələri olan silah tacirləri vasitəsilə Pakistandan bir nüvə silahı satın ala bilər”.
Pakistan: İddia əsassızdır