şənbə günü, 28 noyabr 2026
     

Azərbaycanın qlobal qaz siyasətinə "Eastring" dəstək planı...

Image


Qərblə şimal qonşumuz arasında enerji sahəsində geosiyasi reallıqlar baxımından yaranan yeni vəziyyət özünün daha maraqlı mərhələsinə qədəm qoyur. Belə görünür ki, Rusiyanın "Türk axını" layihəsini reallaşdırmaq üçün aktiv hərəkətə keçməsi Avropa dövlətlərini də hərəkətə gətirib. Onlar da, öz növbəsində, Azərbaycan qazını mümkün qədər tez almaq üçün hərəkətə keçib.
Bu xüsusda diqqət cəlb edən məqamlardan biri də Slovakiya, Rumıniya və Bolqarıstanın Riqada "Şərq tərəfdaşlığı" sammitində "Eastring" qaz kəmərinin tikintisi üzrə birgə bəyannamə imzalamasıdır. Qaz kəməri Mərkəzi və Şərqi Avropanı birləşdirəcək. Sənəddə bu xüsusda deyilir: "Bəyannaməni imzalayan tərəflər bildirir ki, təbii qazın tədarükü, eləcə də yeni tədarük mənbələri və marşrutlarının axtarışında səylərin birləşdirilməsi üçün Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan ərazisində mövcud infrastrukturun birləşdirilməsi prosesinə dəstək verirlər. Hazırkı sənəd tərəflərin yalnız siyasi niyyətini qeyd edir. Bəyannamənin heç bir müddəasını onu imzalamış dövlətlər üçün hüquqi haqların və öhdəliklərin yaradılması yönündə baza kimi şərh və istifadə etmək lazım deyil".
Qeyd olunur ki, belə enerji sisteminin yaradılması üçün "Eastring" qaz kəməri layihəsi əsas təşkil edir":Eastring" qaz kəməri Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanı birləşdirəcək. Bu layihənin üstünlüklərindən biri Slovakiya ərazisində mövcud "Eustream" infrastrukturunun istifadə edilməsidir. Bu infrastruktur 2009-cu il böhranından sonra tam yenilənib. Yeni boru kəmərinin buraxılış qabiliyyəti 40 milyard kubmetr genişləndirmə imkanı ilə 20 milyard kubmetr təşkil edə bilər. Yeni marşrut üzrə potensial qaz tədarükçüləri Azərbaycan, Türkmənistan, eləcə də İraq, Kipr, Rusiya və Qərb ölkələri ola bilər". Belə görünür ki, yuxarıda adları qeyd olunan Avropa ölkələrinin əsas diqqəti Azərbaycan üzərində cəmlənir. Bu isə "Türk axını" kəmərinin həyata keçirilməsini sual altına alır. Lakin Rusiya artıq bu layihənin reallaşmasına başlasa da, Türkiyə tərəfi tələsmir. Rəsmi Ankara "Türk axını" layihəsinin 2017-ci ildən sonra fəaliyyətə başlayacağını bildirib. "İnterfaks" agentliyinə müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bu qaz layihəsinin hansı tarixdə işə başlayacağını indidən proqnozlaşdırmağın doğru olmadığını bildirib: "Türkiyə və Rusiya hələ layihənin başlanması barədə rəsmən qərar verməyib. Bu layihəni hayata keçirə bilsək, bu bizim üçün böyük uğur olacaq". Qeyd edək ki, hazırda Rusiya ilə Türkiyə arasında bu layihə ilə əlaqədar imzalanmış heç bir öhdəlik yoxdur. Bir qədər əvvəl isə "Qazprom" ASC-nin rəhbəri Aleksey Miller "Türk axını" ilə Türkiyəyə qaz nəqlinin 2016-cı ilin dekabr ayında başlayacağını bildirib. Lakin Qərb əsas diqqətini Azərbaycana yönəldib.
Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin "Şərq tərəfdaşlığı" ölkələri ilə əlaqələr Departamentinin rəhbəri, almaniyalı diplomat Dirk Şubel bu xüsusda qeyd edir: "Avropa İttifaqı qarşılıqlı fayda əldə etmək şəklində Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Bu, birinci növbədə bizim enerji sahəsində çox uğurlu əməkdaşlığımızla bağlıdır ki, bunun bir neçə ildə Cənub Qaz Dəhlizinin açılışı ilə ən yüksək həddə çatacağına ümid edirik. Azərbaycan və beynəlxalq Avropa şirkətləri tərəfindən bu layihənin baş tutması üçün ciddi investisiya qoyulur. Avropa İttifaqı bu dəstəyi yüksək səviyyəli dialoq və iştirakçı dövlətlərlə hökumətlərarası görüşlər keçirməklə və layihənin şirkətlərilə sıx əlaqələr qurmaqla ifadə edir. Azərbaycanın gələcəkdə Avropanın enerji təminatçısı kimi rolu yüksək qiymətləndirilir və enerji təminatının diversifikasiyası və təhlüksizliyi üçün çox vacibdir".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı üçün prioritet olduğunu vurğulayıb: "Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. "Türk axını" layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir". Diplomat qeyd edib ki, Avropa İttifaqı üçün enerjidən səmərəli istifadə də olduqca əhəmiyyətlidir.
Rusiyanın əsas niyyəti isə Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq Cənub Qaz Dəhlizinin reallaşmasından əvvəl "Türk axını" kəmərini çəkməkdir. Xatırladaq ki, Azərbaycan qazı TANAP kəməri ilə Türkiyənin Yunanıstan sərhədinə "Türk axını" kəməri ilə eyni məntəqədə çıxacaq. Bu haqda rəsmilər açıq danışmasalar da, "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizinə alternativ olduğunu göstərən əlamətlərin sayı getdikcə artır. "Qazprom"da bildirirlər ki, ən pis variantda kəmərin dəniz hissəsinin üçdə ikisini çəkib Türkiyənin qərarını gözləyəcəklər. Tikintini suyun altında yarımçıq dayandırmaq texniki baxımdan mümkündür. Bununla belə, "Qazprom" Türkiyə ilə tezliklə razılaşma əldə olunacağına ümid edir. Danışıqların gedişinə bələd olan mənbələr deyib ki, razılaşmanın ləngiməsi Türkiyədə keçiriləcək seçkilərlə əlaqəlidir. "Türk axını" kəmərinə dair razılaşmanı Türkiyənin yeni hökuməti ilə bağlamaq nəzərdə tutulur. Lakin Rusiyanın Türkiyə gözləntiləri iflasa da uğraya bilər.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ