Bu ilin ilk rübündə Qərbi Avropa ölkələrinə təbii qaz satışında Norveçin Rusiyanı keçdiyi açıqlandı. Baki-xeber.com xəbər verir ki, "Reuters” bu vəziyyətin Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmaq siyasəti baxımından önəmli bir nəticə ortaya qoyduğunu yazır.
Rusiya mətbuatı yazır ki, Norveçdən 29.2 milyard kubmetr qaz idxal edildiyi halda, Rusiyadan alınan qaz miqdarı 19,8 milyard kubmetr olub. Neft qiymətlərindəki sərt enişdən sonra Norveçin daha rəqabətçi qiymətlə Avropaya qaz satmağa başladığı bildirilir.
Onu da qeyd edək ki, "Qazprom” 2014-cü ildə Avropaya 117,9 milyard m3 qaz satmışdı. Bu, 2013-cü illə müqayisədə 3.7 faiz eniş deməkdir.