İran hökuməti yerli şirkətlərə ABŞ-la ticarət əlaqələrini inkişaf etdirməyə icazə verib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı naziri Qulamrza Şəfeyi bildirib.
"Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, deyə Qulamrza Şəfeyi "Mehr” agentliyinə bildirib.
Nazir həmçinin bildirib ki, ABŞ-la birgə ticarət palatalarının yaradılması ideyası İranda 10 ay müddətində müzakirə olunub.
"Hökumətlə lazımi məsləhətləşmələr aparılıb, bizə tövsiyə edilib ki, əlaqələr ilk öncə İran və ABŞ-ın özəl sektorları arasında bərpa olunmalıdır. Tədricən birgə palataların və treyderlər arasında formal əlaqələrin yaradılması üçün bu əlaqələr möhkəmləndirilməlidir”, deyə Şəfeyi bildirib.