Azərbaycanın "Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsinin mətninə iradları Ukrayna ilə bağlı olmayıb.
APA-nın "112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu sammitdən sonra Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. O, Bəyannamədə Krımın qanunsuz ilhaqı məsələsinin yer aldığını bildirib.