Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan Riqada "Şərq tərəfdaşlığı" sammitində "Eastring" qaz kəmərinin tikintisi üzrə birgə bəyannamə imzalayıb. Trend-in məlumatına görə, qaz kəməri Mərkəzi və Şərqi Avropanı birləşdirəcək.
Sənəddə deyilir: "Bəyannaməni imzalayan tərəflər bildirirlər ki, təbii qazın tədarükü, eləcə də yeni tədarük mənbələri və marşrutlarının axtarışında səylərin birləşdirilməsi üçün Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan ərazisində mövcud infrastrukturun birləşdirilməsi prosesinə dəstək verirlər. Hazırki sənəd tərəflərin yalnız siyasi niyyətini qeyd edir. Bəyannamənin heç bir müddəasını onu imzalamış dövlətlər üçün hüquqi haqların və öhdəliklərin yaradılması üçün baza kimi şərh və istifadə etmək lazım deyil”.