şənbə günü, 28 noyabr 2026
     

Türkiyə parlament seçkilərində PKK-nın maraqlı hədəfi...

Image


Qardaş Türkiyədə növbəti parlament seçkilərinə az müddət qaldığı bir vaxtda PKK terror qruplaşmasının burada daha da fəallaşdığı özünü aydın surətdə göstərməkdədir. PKK fəallığının artmasının bilavasitə parlament seçkilərinə hesablandığını da açıq etiraf edir. Belə görünür ki, təşkilat kürdlərin və kürdmeylli qüvvələrin parlamentdə daha çox mandat sahibi olmasını istəyir.
Elə bunun nəticəsidir ki, PKK-nın terrorçu törəmələrindən olan HPG tərəfindən Türkiyədə evlərə hədə-qorxu dolu məktublar göndərilib.
Türkiyə mediasının məlumatına görə, məktubda iyunun 7-də keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının, eləcə də digər siyasi təşkilatların namizədlərinə səs verəcək seçicilər təhdid edilir. Həmçinin PKK-nı dəstəkləməyən deputatlığa namizədlərlə görüşlərdə iştirak edən, onlarla hər hansı yolla ünsiyyət saxlayan vətəndaşlara və onların ailə üzvlərinə hədə-qorxu gəlinir. Belə məktubların, az da olsa, seçki prosesinə təsirinin olduğu bildirilir və PKK-çıların istədikləri şəxslərin parlamentə düşməsinə şərait yaradır. Söhbət, əsasən seçkilərdə kürd partiyası olan Xalqların Demokratik Partiyasının namizədlərindən gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin partiyanın lideri Səlahəttin Demirtaşı tənqid edib. O qeyd edib ki, məlum terror təşkilatının bəslədiyi siyasi partiya Diyanət İşləri Nazirliyini bağlayacaqlarını bildirir: "Bunlar artıq məscid divarlarını da murdarlamağa başlayıblar. Bu məsələni istismar edirlər. Bunun üçün bütün yollara əl atırlar. Terror təşkilatının dəstəklədiyi partiya mənim kürd vətəndaşlarımı istismar edir. Mənim kürd qardaşlarım 7 iyunda onların bu oyunlarını pozmalıdır. Maraqlıdır ki, bunlar "Taksim Meydanı bizim Kəbəmizdir" deyirlər. Onlar bilməlidirlər ki, bizim Kəbəmiz məlumdur. Əvvəllər CHP "Kəbə ərəbindir, bizə Cankaya kifayət edir" deyirdi. Bunların düşüncələri eynidir. Üstəgəl onlar indi də "Prezident tərəflidir" deyirlər. Bəli, mən tərəfliyəm. Mən xalqın tərəfindəyəm. Bütün partiyalara eyni məsafədəyəm. Qəlbimdə bir partiya olsa da, bu artıq başqa mövzudur". O vurğulayıb ki, hazırda terroru dəstəkləyən bir partiya mövcuddur: " Bölgələrimizdə bir çox imamlar terror təşkilatı tərəfindən öldürüldü. Terrorçular Quran kurslarına hücum etdilər, məktəbləri yandırdılar. Bir müddət bundan əvvəl muxtarımızı da öldürdülər. Bəs sən kürd idin, niyə kürdü öldürürsən? Diyanət İşləri Nazirliyi son 12 ildə bir çox işlər görüb. Bu ölkədə 2002-ci ildə kürd dilində moizə vermək olmazdı. Quranın, hədis kitablarının kürd dilinə tərcümə edilməsi böyük addımlardır. Hazırda Türkiyədə İŞİD, "Boko Haram" kimi terror təşkilatlarının fəaliyyət göstərməməsinin əsas səbəbi Diyanət İşləri Nazirliyinin fəaliyyətidir".
Bununla yanaşı, hadisələrin gedişi göstərir ki, PKK silahlı fəaliyyətinin də miqyasını genişləndirməyə ciddi hazırlıq görür. Hətta PKK tərksilahla bağlı keçirilməli olan konqresi ləğv edib. Həll prosesinin ən mühüm mərhələsi kimi göstərilən bu konqres Abdullah Öcalanın çağırışı ilə keçirilməli idi, lakin PKK-nın İcra Komitəsinin üzvü Duran Kalkan AKP və Türkiyə ordusunun atəşkəs anlaşmasını pozduğunu qeyd edib: "Siyasi vəziyyət tələb etdiyi üçün konqresin toplanması istiqamətində hazırlığa başladıq və əhəmiyyətli bir nöqtəyə gəldik. Lakin AKP və Ərdoğanın bəyanatları prosesi alt-üst etdi. PKK 40 ildir necə müqavimət göstəribsə, bu gün də eyni gücə sahibdir. Kürd xalqı və demokratik güclər hazır olmalıdır". Belə bir vaxtda terror təşkilatı Türkiyənin Muş şəhərində itkin düşən bir əsgər və bir mülki şəxsi qaçırıb. Mayın 18-də adı açıqlanmayan türk zabit uşaqlıq dostu ilə Muşdakı rabitə şəbəkəsini yoxlamağa gedib. Həmin vaxtdan etibarən onlardan xəbər alınmayıb. Sonradan onların PKK tərəfindən qaçırıldığı məlum olub. Parlament seçkiləri yaxınlaşdıca PKK-nın fəaliyyətinin daha da genişlənməsi istisnalıq təşkil etmir. Bütün bunlar göstərir ki, Türkiyədə terror aktlarının genişlənməsi qarşıdan gələn parlament seçkilərini pozmaq, insanları qorxutmaq, eləcə də ölkədə vətəndaş sülhü siyasətini heçə endirmək niyyətindən qaynaqlanır. Terror aktlarının araşdırılması ilə məşğul olan prokurorların, müstəntiq və hakimlərin hədəfə alınması Vətənin bütövlüyü və dövlətçiliyə sədaqətli olan insanlarda xof və qorxu yaratmağa hesablanıb. Lakin təşkilatın təxribatçı fəaliyyəti qarşısında Ankara da geri çəkilməyi düşünmür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və digər rəsmi şəxslər törədilən qanlı terror hadisələrinə kəskin reaksiya verirlər. Əlbəttə, terrorçuluqla mübarizədə təkcə rəsmi şəxslərin bəyanatları ilə kifayətlənmək yetərli sayılmır. Məlum olduğu kimi, son günlər Türkiyənin hüquq-mühafizə orqanları terrorçu qrupların zərərsizləşdirilməsi üçün geniş əməliyyatlar keçirir.
Bu antiterror əməliyyatları nəticəsində terror qruplaşmasına bağlılığı ehtimal olunan xeyli şəxs saxlanıb. Bu sıraya terrorçuların təslim olması prosesini də əlavə edərək qeyd etmək olar ki, Türkiyə terrorla mübarizədə qətiyyətlidir. Ən son məlumatlara görə, Şırnak vilayətində daha yeddi PKK-çının hökumət qüvvələrinə təslim olması ilə 2013-cü il martın 21-dən indiyədək silahı yerə qoyan terrorçuların sayı 600-ü keçir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ