şənbə günü, 28 noyabr 2026
     

Sarkisyanlar ailəsinin Ermənistanı talaması pik həddə çatıb

Image


Ermənistanda mövcud idarəçiliyin cinayətkar aləmə məxsus qaydalarla həyata keçirildiyi heç kimə sirr deyil. Elə ölkənin özündə də mövcud hakimiyyətin idarəçilik prosesinin sivil metodlara söykənməməsi barədə etiraflar getdikcə artır. Ermənistanın müxalif "İrs" partiyasının mətbuat katibi David Sanasaryanın sosial şəbəkələrdə bu xüsusda yaydığı məqalə də qeyd edilənləri əyani surətdə təsdiq edir.
Onun yazdığına görə, Ermənistanda cərəyan edənləri analiz edərək, istər-istəməz bu nəticəyə gəlirsən ki, cinayətlə dövlətin bir-birilə çulğalaşması o həddə çatıb ki, bu ölkənin dünya hüquq nizamına təhdid yaratdığını elan etməyin və onun ərazisində İnterpolun himayəsi altında xüsusi əməliyyat aparmağın əsl vaxtıdır: "Erməni diasporunun Ermənistanı dünya sivilizasiyasının, mədəniyyətinin ocağı, regionda demokratiya və qanunçuluq vahəsi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, istənilən halda əxlaq maskası arxasından mənəviyyat və ədəb normalarına bir qəpik də olsun dəyər verməyən kriminalın heyvani şəkildə diş ağartması inadla özünü göstərir". Müəllif daha sonra ona diqqət yetirir ki, Ermənistan hakimiyyəti hər yerdə maliyyə vasitələri axtarır. Ancaq bu axtarış pulun bol olduğu yerdə aparılmır. Daha doğrusu, Ermənistan hökuməti öz ciblərindən başqa hər yerdə pul axtarır. David Sanasaryan qeyd edir ki, Ermənistan hakimiyyət nümayəndələrinin ölkə daxilində və xaricində şəxsi hesablarında milyonlar və bəlkə də milyardlar toplanıb. Xarici təşkilatlardan biri hətta son 10-12 ildə Ermənistandan qanunsuz yolla 7,5 milyard vəsaitin çıxarıldığını üzə çıxarıb. O da vurğulanır ki, Ermənistanın cinayətkar simalarının başında indiki prezident Serj Sarksiyanın qardaşı Aleksandr Sarkisyan durur. Ermənistanda və xaricdə onu "50% Saşik" adlandırırlar. Əsas səbəb də onun iş adamlarını qazancının tam yarısına sahiblənməsidir.
Onun istənilən gəlirli biznesə burnunu soxduğu bildirilir. Hər hansısa böyük biznesdə tam sahibkarlığı olmasa da, müxtəlif biznes sahələrində əli var və ölkədə böyük bizneslə məşğul olan şəxslər mütləq onun "payı"nı verməlidir. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər pul müqabilində Saşiki ən asan həll yolu kimi görür. Saşik Ermənistanda və "Dağlıq Qarabağda icra başçısı, polis rəisi, vergi departamentinin rəisi" və sair bu kimi gəlirli vəzifələrə təyinat məsələlərini də həll edir. 1998-ci ildə ölkənin bütün yanacaqdoldurma stansiyaları Sarkisyan-Köçəryan qruplaşmasının əlinə keçdikdən sonra Saşik yanacaqdoldurma biznesində fəaliyyətə başlayıb. Vaxtını əsasən İrəvanın bahalı restoranlarında keçirən Saşik tərəfindən dava salınması və silah işlədilməsi halları da qeydə alınıb.
Hazırda biznes dairəsini genişləndirən Saşik Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və şirkətlərə malikdir. Saşik Sarkisyanın nəzarət etdiyi sahələrdən biri də, əsasən paytaxt İrəvan olmaqla, yol hərəkəti qaydalarının pozulmasından yığılan cərimələrdir. Saşikə aid olan şirkət tərəfindən ölkəyə sürət artımını və digər yol-hərəkət qaydalarının pozulmasını qeydə alan cihazlar gətirilib. Ermənistanın müxalifət qəzetlərinin hesablamalarına görə, gündəlik əsasda yığılan cərimələrin həcmi 50 milyon dramdan artıqdır ki, bu da Saşik vasitəsilə Sarkisyan ailəsinin büdcəsinə daxil olur.
Saşikin Ermənistandan təkcə ABŞ-a 200 milyon dollar vəsait çıxardığı bildirilir. Vaxtilə sürücü işləyən və qaz sayğaclarının quraşdırılması ilə məşğul olan Saşik kriminal dairələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa başlayıb. Onun narkoman oğlu Narek erməni "qanuni oğrular" arasında tez-tez görünür. Saşikin kriminal dairələrlə əlaqələri vaxtilə ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. ABŞ-da iri erməni cinayətkar sindikatı olan "Erməni gücü"nün fəaliyyəti araşdırılarkən onun rəhbəri "Pzo" ləqəbli Armen Kazaryan həbs edilərək mühakimə edilmişdi. Mətbuatda bildirilirdi ki, Saşikin onunla müştərək biznesi var idi və "Pzo"vasitəsilə diaspordakı erməni cinayət aləminin nümayəndələri, eləcə də Rusiyadakı "qanuni oğrular"la əlaqə saxlayırdı. Görünür, Saşikin Ermənistan prezidentinin qardaşı olması faktı ona qarşı dosyenin açılmasına mane olub.
O da vurğulanır ki, Serj Sarkisyan demokratiyadan, iqtisadi azadlıqlardan danışanda Saşik bütün varlığı ilə bunun əksini göstərir. Prezidentin digər qardaşı Levon Sarkisyan isə İrəvan Dövlət Universitetində kafedra müdiridir və elit tikinti sahəsini nəzarətdə saxlayır. Xarici investorların Ermənistana cəlb olunmasının fırıldaq sxemi üzrə məşhurdur. Serj Sarkisyanın kürəkəni Mixael Minasyan isə toplanan pulların yuyulmasında əsas rollardan birini oynayır.
Bütün bunlar müasir Ermənistanın real simasıdır.
David Sanasaryanın məqaləsinin tərcüməsinin tam mətni ilə qəzetimizin növbəti sayında tanış ola bilərsiniz.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ