şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiya "Türk axını"nı "zorla" həyata keçirməyə başladı
Tarix: 22.05.2015 / 03:45
Bölmə: Siyasət
Məlumat verildiyi kimi, Rusiyanın "Qazprom" şirkəti Türkiyənin icazəsi olmadan "Türk axını" kəmərinin tikintisinə başlayıb. "Kommersant" qəzeti yazır ki, belə hal beynəlxalq praktikada ilk dəfədir baş verir və layihədə iştirak edən ölkələr arasında öhdəliklərə dair müqavilə imzalanmadan kəmər tikintisi başlayır.
Analitiklərin qənaətinə görə, bu, Rusiyanın "Türk axını" kəmərinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini 2018-ci ilə qədər tikib başa çatdırmaq planlarından irəli gəlir. Lakin bu tələskənlik kəmərin tikintisinin Qara dənizin dibində yarımçıq qalması risqi daşıyır. Məsələ burasındadır ki, Türkiyə "Türk axını" qaz xəttinin inşasında iştirak etməyəcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın sözlərinə görə, tikinti başa çatdıqdan sonra Türkiyənin Rusiya-Türkiyə birgə şirkətinin həmtəsisatçısı olacağı gözlənir. Şirkətin Edirne vilayətində boru xəttinin quruya çıxdığı yerdə yaradılması nəzərdə tutulur. Ancaq tikinti prosesində, qeyd olunduğu kimi, Ankara özü iştirak etməyə hazırlaşmır. Bununla belə, "Qazprom" razılaşmanın əldə edilməsini gözləmədən podratçı şirkətlərə işə başlamaq barədə göstəriş verib.
"Qazprom"un idarə heyətinin üzvü Oleq Aksyutin bildirib ki, kəmərin Qara dənizin dibindən keçən hissəsinin tikintisi iyunda başlayacaq. Kəmərin birinci bağının tikintisi üçün İtaliyanın "Saipem" şirkəti ilə müqavilə bağlanıb. İşlər iki borudüzən gəmi ilə başlayacaq. "Qazprom"un Hollandiyada qeydiyyatdan keçmiş "South Stream Transport B.V." törəmə şirkətinin Qara dənizin Rusiyanın iqtisadi zonasına daxil olan hissəsində kəmər tikintisinə dair icazəsi var. Bu, "Türk axını" kəmərinin dəniz hissəsinin üçdə ikisi deməkdir. Lakin kəmərin Türkiyə ərazi sularından keçən hissəsinə dair heç bir razılaşma yoxdur. Beləliklə, "Qazprom" heç hökumətlərarası razılaşma da olmadan ilk dəfə ixrac qaz kəmərinin tikintisinə başlayır. Ekspertlərə görə, Rusiyanın qaz nəhənginin tələsməsi Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq Cənub Qaz Dəhlizinin reallaşmasından əvvəl "Türk axını" kəmərini çəkməkdir. O da məlumdur ki, ABŞ başda olmaqla, Qərb dövlətləri buna razı deyil. ABŞ-ın "Bloomberg" agentliyi yazır ki, Ağ Evin Avropanın enerji təhlükəsizliyi üçün əsas mənbə kimi Azərbaycan qazını seçməsi, Kremlin isə "Türk axını" layihəsini irəli sürərək sona qədər israr etməsi tərəflərin hazırda Makedoniyada üz-üzə gəlməsinə səbəb olub. Qeyd olunur ki, Yunanıstan hökuməti Moskva ilə razılaşsa belə, yunan torpaqlarına qədər çıxarılacaq rus qazının Avropa bazarına aparılması üçün mütləq şəkildə Makedoniya yolu təmin olunmalıdır. Bu planların hazırlandığı bir vaxtda Makedoniya bir-birinə qarışdı, insanlar küçələrə çıxdı və hökumətin getməsi tələbi qoyuldu. Rusiya xarici işlər naziri Sergey Lavrov bu haqda deyir: "Makedoniyada baş verən hadisələr bu ölkənin hökumətinin Rusiyaya qarşı sanksiyalara aktiv şəkildə qoşulmaması fonunda diqqət çəkir. Xüsusilə "Türk axını" layihəsinə qarşı Brüssel və Vaşinqtonun tutduğu mövqe bizi düşündürür. Əminliklə deyə bilmərəm, amma bu hadisələrin arasında hansısa əlaqənin olduğuna dair hisslərdən qurtula bilmirik".
"Bloomberg" qeyd edir ki, Lavrovun fərziyyələri təsadüfi deyil. Belə ki, ötən ilin dekabrında Vladimir Putin "Cənub axını" layihəsindən imtina etdi. Bu xətt Ukraynadan yan keçərək Bolqarıstan vasitəsilə Avropaya uzanmalı idi: "Brüssel Sofiyaya güclü təzyiq etdi və layihəni dəstəkləyən bolqar hökuməti bundan imtina etdi. Lakin bu, Putini dayandırmadı və o, "Türk axını" adlandırdığı boru kəmərini Türkiyə vasitəsilə Balkanlara qədər uzatmaq qərarını verdi". O da bildirilir ki, bu gün Makedoniyada yaşananlar da əslində ABŞ-Rusiya qarşıdurmasının yeni müstəvisidir. Bütün bunlar isə həm də Qərbdə Azərbaycan qazına böyük ümidlər olmasının göstəricisi sayıla bilər.
Xatırladaq ki, Azərbaycan qazı TANAP kəməri ilə Türkiyənin Yunanıstan sərhədinə "Türk axını" kəməri ilə eyni məntəqədə çıxacaq. Bu səbəbdən Rusiya birinci olmaq üçün tələsir. "Qazprom"da hesab edirlər ki, ən pis variantda onlar kəmərin dəniz hissəsinin üçdə ikisini çəkib Türkiyənin qərarını gözləyəcəklər. Tikintini suyun altında yarımçıq dayandırmaq texniki baxımdan mümkündür. Bununla belə, "Qazprom" hesab edir ki, Türkiyə ilə tezliklə razılaşma əldə olunacaq. Hər halda, proseslər getdikcə daha maraqlı müstəvidə cərəyan edir. Bu şəraitdə ekspertlər Qərbin "Transxəzər" layihəsinin icrasına başlamasının Rusiyanı daha aqressiv hala gətirəcəyini proqnozlaşdırır. Qeyd edək ki, bu günlərdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Avropa turnesi çərçivəsində türkmən qazının Avropaya çatdırılması üçün qaz kəmərləri infrastrukturunun yaradılmasını planlaşdırdıqlarını açıqlayıb. ATƏT-in birinci katibi Lamberto Zaner onunla görüşdə deyib ki, Avropa Türkmənistana qaz təchizatçısı kimi baxır və bu yöndə əməkdaşlığın perspektiv aspektlərinin müzakirəsinə hazırdır. Berdiməhəmmədov da Aşqabadın Avropa ilə dialoqa hazır olduğunu dilə gətirib. O, bu yaxınlarda Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyi energetika sahələri rəhbərlərinin iştirakı ilə dördtərəfli müzakirələr apardıldığını diqqətə çatdırıb. Xatırladaq ki, həmin görüşdə "Xəzər konsorsiumu"nun yaradılması haqda ilkin razılığa gəlinib.
Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Razılaşma gələcəkdə "Transxəzər" kəmərinin reallaşmasına kömək etməlidir. Lakin Rusiya bütün vasitələrlə buna qarşı çıxır. Hər halda, baş verənlər qaz gərginliyinin yaxın tezlikdə çözümünü tapmayacağını göstərir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
Tarix: 27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
Tarix: 27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
Tarix: 27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
Tarix: 27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
Tarix: 27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
Tarix: 27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
Tarix: 27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ