O bildirib ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının mayın 19-da keçirilən Şura iclasında Nizamnamə pozuntusuna yol verilib: "Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, Şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar Şuranı üzvlərin 3/1-i çağırıla bilər. Yəni, göründüyü kimi orada Nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, Şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək”.