şənbə günü, 28 noyabr 2026
     

İstiqlalçı Gürcüstan siyasətçiləri qorxu içində...

Image


Separatçı rejimlərlə Rusiyanın əlaqələri gücləndikcə Qafqazda təhlükə artır

Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında əsas tranzit məkan olan Gürcüstanın Rusiya ilə münasibətlərini normallaşdırmaq cəhdləri hələ də alınmır. Bununla belə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edir ki, Tiflis Rusiya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək fikrindədir. O qeyd edib ki, Gürcüstan rəhbərliyi bu çətin prosesi əməli ruhda davam etdirəcək və son vaxtlar ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafında irəliləyiş var.
Qaribaşvili qeyd edib ki, Rusiya ilə qalan siyasi problemlərin həllində çətinliyə baxmayaraq, rəsmi Tiflis Gürcüstanın dövlət maraqlarına görə bu istiqamətdə işi intensiv şəkildə davam etdirəcək.
Amma Gürcüstanın Qərbmeylli siyasəti Moskvanın bu ölkəyə qarşı təzyiq siyasətini davam etdirməsi ilə müşayiət olunur. Məhz belə bir vaxtda bəlli olub ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Cənubi Osetiya arasında imzalanmış müttəfiqlik və inteqrasiya haqqında müqaviləni təsdiqləyib. Xatırladaq ki, Rusiya ilə Cənubi Osetiya arasında bu müqavilə martın 18-də imzalanıb. Müqaviləyə əsasən, Rusiya Cənubi Osetiyanın müdafiəsini rəsmən öz üzərinə götürəcək və öz bazasını separatçı regionda yerləşdirəcək. Cənubi Osetiyanın hərbi qüvvələri Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil olacaq. Eyni zamanda, saziş Cənubi Osetiya vətəndaşlarının rus pasportlarını alması üçün prosedurun sadələşdirməsini nəzərdə tutur. Müqavilə 25 illik müddətə bağlanıb.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili baş verənlərə çox sərt reaksiya nümayiş etdirib. Marqvelaşvili Rusiyanın bütün keçmiş SSRİ ölkələrini tutmaq istədiyini bildirir: "Rusiya hökuməti keçmiş Sovet Sosialist Respublikaları İttifaqını bərpa etməyə hazırdır". Marqvelaşvili bildirib ki, Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibəsi, həmçinin, Krımın birləşdirilməsi onu göstərir ki, Moskva hələ də təsir edə biləcəyi ölkələrdə qeyri-stabil vəziyyəti istismar edə bilər. Onun sözlərinə görə, Qərb Rusiyanın bu təcavüzkar siyasətinə qarşı qətiyyətli mövqe sərgiləməlidir":Keçən il Rusiya hərbi qüvvələri başqa bir ölkənin ərazisinə daxil oldu və həmin ərazi Rusiyanın torpaqlarına çevrildi. Söhbət Krımdan gedir. Belə bir hal İkinci Dünya Müharibəsindən sonra baş verməmişdi. Rusiyanın təcavüzkar siyasətindən təkcə Gürcüstan əziyyət çəkmir. Hazırda bütün dünyada təhlükəsizlik risq altındadır. Rusiyaya qarşı konkrekt addımlar atılmazsa, bu cür təcavüzkar addımları dünyanın digər yerlərində də müşahidə edəcəyik. Avrasiya materiki həmişə qorxu içərisindədir. Hansısa ölkədə problem varsa, onu qonşu ölkə "Kalaşnikov"la həll edir. Gürcüstan 2008-ci ildən sonra hələ də Rusiya tərəfindən təhdid hiss edir".
Ekspertlər hesab edir ki, son dövrlərdə Kremlə loyal münasibət bəsləyən "Gürcü arzusu" koalisiyasının nüfuzunun azalması da Moskvanı narahat edir və bu səbəbdən Moskva bölgədə hərbi mövcudluğunu artırır. Qeyd edək ki, Gürcüstanı idarə edən "Gürcü arzusu" koalisiyasının reytinq səviyyəsi ötən ilin sonu ilə müqayisədə iki dəfə azalıb. ABŞ Milli Demokratiya İnstitutunun (NDI) sosioloji tədqiqatına əsasən, "Gürcü arzusu" 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində yerlərin əksəriyyətini qazanıb. 2013-cü ilin əvvəlində koalisiyanın reytinqi 60, 2014-cü ilin sonunda isə 50 faiz olub. Məlumata görə, parlament seçkiləri bu gün keçirilərsə, "Gürcü arzusu" 24 faiz səs ala bilər. Sabiq prezident Mixeil Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" Partiyasında bu göstərici 12 faiz olub. Rəyi soruşulanların 27 faizi mövqeyini müəyyənləşdirməyib. Respondentlərin 46 faizi isə ümumiyyətlə seçkilərə əhəmiyyət vermədiyini bildirib.
Strategiya və İnkişaf İnstitutunun rəhbəri, Gürcüstanın dövlət dəftərxanasının keçmiş müdiri Pyotr Mamradzenin sözlərinə görə, koalisiyanın reytinqinin bu şəkildə düşməsi, hər şeydən əvvəl, ölkənin pisləşən iqtisadi vəziyyəti və seçkiqabağı vədlərin yerinə yetirilməməsi ilə bağlıdır: "Obyektiv səbəblər var. Xalq gördü ki, hakimiyyətdə təmsil olunanlar özlərinə böyük maaşlar yazdılar, ən yaxın qohumları və həmkəndlilərini yüksək postlara təyin etdilər. Bütün bunlar isə əhalinin maliyyə durumunun əhəmiyyətli şəkildə pisləşməsi fonunda baş verib. İnsanlar xeyli kasıblaşıb. Təqaüdçülər əzab çəkir. Arzularının gerçəkləşəcəyini gözləyən insanlar çox sarsılıb. Ortaya çıxan reytinq də bunun nəticəsidir". Mamradze hesab edir ki, partiyalar əsasən populizm və demaqoqluqla məşğuldur: "İnsanların 97 faizi inanırdı ki, Saakaşvili korrupsiyaya qalib gələcək. Və sonra məlum oldu ki, Saakaşvili korrupsiyaya qalib gələ bilmədi. Eyni ümid "Gürcü arzusu"na, İvanişviliyə bəslənirdi. Amma bu ümidlər də özünü doğrultmadı. Xalq partiyalardan yorulub. Hazırda ictimai rəydə belə bir fikir hökmranlıq edir ki, onların qayğısına qalacaq lider yoxdur, yalnız özləri haqqında düşünürlər və buna görə də hakimiyyətə gəlmək istəyirlər".
Bu şəraitdə Rusiya separatçı bölgələrdə mövqelərini gücləndirir. Beləliklə, yaranmış vəziyyət Qafqazda böyük təhdid mənbəyi formalaşdırır və bu, region ölkələri üçün müsbət heç nə vəd etmir. Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, Moskva mövqelərini gücləndirmək üçün güc faktorundan istifadəyə xüsusi diqqət yetirir. Bütün bunlar maraqları üzündən Rusiyanın Qafqazı sakit buraxmayacağını aydın göstərir.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ