şənbə günü, 28 noyabr 2026
     

ABŞ və Rusiya böyük barışıq ərəfəsində...

Image


Dünya iqtisadiyyatına yaranan təhlükə aradan qalxa bilər

Bir neçə gün əvvəl Rusiyada səfərdə olan ABŞ dövlət katibi Con Kerrinin Moskvaya tətbiq edilən sanksiyaların aradan qaldırıla biləcəyini bəyan etməsindən sonra Kremllə Vaşinqton arasında münasibətlərin qaydaya düşəcəyini ehtimal edənlərin sayı artıb. Həmin vaxt Kerri qeyd edib ki, Minsk razılaşmasına tam əməl edilsə, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ləğvinə başlayacaq.
O, bir daha bildirib ki, ABŞ Minsk razılaşmasının tam yerinə yetirilməsində təkid edir. Kerrinin dediyinə görə, ABŞ-la Rusiya bir çox məsələlərdə bir-biri ilə razılaşır, amma hələ də müxtəlif detallar ətrafında fikir ayrılıqları mövcuddur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya-ABŞ münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığı uzun müddətə korlaya biləcək addımlardan mütləq qaçmaq lazımdır":Bu gün çoxlu aktual məsələlərin həlli bizim beynəlxalq arenadakı konkret birgə səylərimizdən asılıdır". Bütün bunlar beynəxalq miqyasda xüsusi diqqət mərkəzindədir. ABŞ dövlət katibi Con Kerri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Rusiyaya səfərlərini şərh edən "Stratfor" kəşfiyyat-analitik mərkəzi isə qeyd edir ki, Vaşinqton ötən həftə "qayıq diplomatiyası"na müraciət edib və Ukrayna böhranının nizama salınmasında öz rolunu artırmaq arzusunu göstərib: "Kerri və Nulandın Rusiyaya bu yaxınlarda səfəri onu göstərir ki, Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi daha elastik olur. Səfərlər ona işarədir ki, Vaşinqton Ukrayna böhranı üzrə dialoqun daha əhəmiyyətli iştirakçısı olmaq istəyir və "Normand dördlüyü"nün iştirakçıları ilə güzəştli qərarların müzakirəsinə hazırdır". Analitiklər hesab edirlər ki, Rusiya Vaşinqtondan bir neçə əsas güzəştə nail olmaq istəyir":Birincisi, Moskva Ukraynada Amerika hərbi təlimatçılarının olmasından narahatdır və ABŞ-dan zəmanət gözləyir ki, Amerika hərbçilərinin "Ukrayna missiyası" uzadılmayacaq və ya genişləndirilməyəcək. İkincisi, ittifaqın şərq sərhədlərində - Polşa, Rumınıya, Bolqarıstan və Baltikyanı ölkələrdə ABŞ və NATO-nun fəallığının dayandırılması Kremlin digər əsas tələbidir. Ehtimal etmək olar ki, ABŞ Ukraynadakı hərbi təlimatçıların missiyası məsələsində güzəştə getmək istəmir. Amma Ağ Ev Kiyevə silah verməkdən qaça bilər. Bu, Ukraynanın hərbi potensialını artıra bilərdi". Sanksiyaların ləğvinə gəlincə, deyilir ki, Vaşinqton güzəştə getməyə hazırdır. Mərkəzin analitikləri qeyd edirlər ki, Vaşinqton və Kreml arasında danışıqların tam seriyasının keçirilməsi Ukrayna böhranının sona çatdığı anlamına gəlməsə də, ABŞ Rusiya ilə danışıqlara və güzəştlərin axtarışına hazır olduğunu göstərdi.
Ekspertlər isə Vaşinqton və Kreml arasında sanksiyalar savaşının aradan qalxmasının dünya iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirir. Sanksiyalar üzündən isə dünya iqtisadiyyatında müəyyən çətinliklər yaranıb və bundan əksər ölkələr, o cümlədən MDB dövlətləri də əziyyət çəkir. Çünki qadağalar nəticəsində bir sıra ölkələrin Rusiyaya ixracatında kəskin azalmalar gözə çarpır. Beləliklə, Qərblə Rusiya arasındakı sanksiya müharibəsi təkcə Avropa və Rusiya deyil, dünya iqtisadiyyatına da mənfi təsir edir. Beynəlxalq Valyuta Fondu (BVF) Qərbin Rusiyaya yönələn sanksiyalarının mənfi nəticələrinin özünü qlobal miqyasda göstərdiyini bildirir. BVF xüsusi risqlə üzləşən maliyyə qurumları arasında Avropa banklarının olduğunu bildirib. Qurum iqtisadi gərginliyin Mərkəzi Asiya regionuna və digər bölgələrə də mənfi təsir etdiyini bildirib. Sanksiyaların həm də Cənubi Qafqaz regionuna təsiri olub. Burada ən birincisi, iqtisadiyyatı Rusiyadan tam asılı olan Ermənistan ciddi təhlükə ilə üz-üzədir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da xəbərdarlıq edib ki, indiki durumda Ukrayna böhranı Rusiyanı iqtisadi tənəzzülə aparırsa, bu, dünya iqtisadiyyatına da ziyan vura bilər. EBRD-nin baş iqtisadçısı Erik Berglof deyir: "Həqiqətən də bizim əsl narahatlığımızın səbəbi sanksiyaların artmasıdır, xüsusilə də maliyyə sistemində. Ukrayna-Rusiya geosiyasi böhranı və Türkiyə kimi böyük iqtisadiyyatı olan digər ölkələrdəki ləngimələr hesabına regionda iqtisadi azalma ola bilər. İnkişaf etməkdə olan bazarların büdrəməsi Avropanın inkişaf etmiş iqtisadiyyatına da ziyandır. Öz sönük iqtisadiyyatlarını canlandırmaq üçün onlar inkişaf etməkdə olan ölkələrdəki inkişaf dinamikasına ümidlidirlər. Krımın anneksiyası ilə beynəlxalq sanksiyalar tətbiq olunmazdan əvvəl Rusiyanın iqtisadiyyatı onsuz da ləngiyirdi. Əlavə gərginlik bu il iqtisadi artımın azalması, 2015-ci ildə isə 0.6 faizə çatması deməkdir. Ən pisi isə budur ki, sanksiyalar artarsa, regionda böyük iqtisadiyyatı olan Rusiya tənəzzülə doğru gedə bilər. Bu, dünya üzrə də inkişafın azalmasına səbəb ola bilər. Rusiya-Ukrayna böhranı bundan sonra qlobal iqtisadiyyata təsir göstərmək iqtidarındadır". Belə vəziyyət isə ABŞ üçün də təhdid yaradır. Buna görə tərəflər artıq daha çox ortaq mövqeyə gəlməyə çalışır.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ