şənbə günü, 28 noyabr 2026
     

Ərdoğanın böyük qorxusu...

Image


Qardaş Türkiyədə növbəti parlament seçkilərinə az müddət qaldığı bir vaxtda siyasi partiyalar birinciliyi ələ almaq üçün bütün güclərini səfərbər ediblər. Bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 31 siyasi partiya iştirak edir. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu dəfə də hökuməti təkbaşına qura bilmək üçün səslərin böyük əksəriyyətini qazanacağına ümid edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu xüsusda bildirib ki, hökumətin tək bir partiya tərəfindən formalaşdırılması zəruridir. Onun fikrincə, koalisiya hökuməti Türkiyəyə zərər verəcək:»Mən koalisiyanın bu ölkəyə ziyan vuracağına inanıram. Bu çox açıq və dəqiqdir. Tarixdə bunun nümunələri var. Terrorla mübarizə məsələsində də problemlər yaranacaq. Bizdən əvvəl koalisiya hökuməti vardı. 5 il dayana bilmədilər. Orta hesabla 16 aydan bir hökumət dəyişdi. Sabitlik olmayınca xaos yaranır».
Müxalifət isə qələbəni bütünlükdə AKP-yə vermək niyyətində deyil və bu səbəbdən ən xırda detallardan belə istifadə edərək AKP-ni nüfuzdan salmağa çalışır. Məhz belə bir vaxtda müxaliflərin diqqət yönəltdiyi əsas məqam seçki öncəsi Rəcəb Tayyib Ərdoğanın təbliğat kampaniyası zamanı əlində Quranla və dua mərasimində ağlayan yerdə şəkilləridir. Bu, müxaliflər tərəfindən müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün dünyəvi ənənələrinə zidd adlandırılaraq, onların kəskin tənqidi ilə üzləşib. Ekspertlər isə bildirir ki, əslində, Türkiyə siyasətində din həmişə rol oynayıb. İslamçı və millətçilərin dindən əvvəllər də simvolizm kimi istifadə etməsi ordunun çevriliş etməsinə yol açmışdı. 1970-ci illərdə Süleyman Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyası hakim partiyanın Quranın nüsxələrini partiya simvolu kimi paylamasına kəskin reaksiya göstərmişdi. İndi də eyni vəziyyət müşahidə olunmaqdadır. Lakin müxaliflərin ittihamlarını qəbul etməyən Ədalət və İnkişaf Partiyası rəqib siyasətçilərə qeyri-müsəlman damğası vurub.
Onu da xatırladaq ki, Ərdoğan üçün parlament seçkilərinin nəticəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, o, parlamentə əsaslanan hökumətin prezidentin idarəçiliyinə verilməsi üçün konstitusiyada dəyişiklik etməyə çalışır. Bunun üçün ona parlamentdə əksəriyyətin əldə edilməsi çox vacibdir. Hakim düşərgə din amilindən də istifadə edir. Məsələn, elə keçən həftə kürdlərin əksəriyyət təşkil etdiyi Batman və Siirt şəhərlərində keçirilən seçkiqabağı kampaniyaları zamanı Ərdoğan Quranın kürd dilindəki nüsxəsini onlara təqdim edib. Qeyd edək ki, Quranın kürd dilinə tərcüməsi 5 il vaxt aparıb. Quranın kürd dilinə ilk rəsmi tərcüməsini kürdlərə təqdim edən prezident Türkiyənin cənub-şərq regionunda hakim partiyaya seçkilərdə Xalqların Demokratik Partiyasının (HDP) böyük təhlükə təşkil etməsinin dinlə heç bir əlaqəsi olmadığını deyib. Halbuki, HDP Ərdoğanın konstitusiya islahatlarına ən böyük maneə ola bilər. Partiya parlament seçkilərində 10 faiz səs qazansa, konstitusiyada dəyişiklik planına qarşı çıxa bilər. Qeyd edək ki, elə bu günlərdə Adana və Mersində HDP-nin qərargahlarında partlayışlar bir neçə adamın yaralanmasına səbəb olub. Partiya, hökumətin hücumları qınamasına baxmayaraq, bunun məsuliyyətini Ərdoğan və onun hakim partiyasının daşıdığını bildirib.
Ərdoğan Cumhuriyyət Xalq Partiyasını da dini etinasızlıqda günahlandırır. Partiyanın lideri Kamal Kılıncdaroğlu isə Ərdoğanın xalqın dini dəyərləri və milyonlarla insanın müqəddəs kitabı olan Qurandan istifadə etməsini tənqid edib. Prezidentin seçkiqabağı kampaniyasının tənqidçiləri iyunun 7-də keçiriləcək seçkilərdən sonra hakim partiyanın ölkəni daha artıq islamçılıq yolu ilə idarə edəcəyi barədə xəbərdarlıqla çıxış edir. Belə bir vaxtda Amerikanın tanınmış «Benenson Strategy Group» reytinq agentliyinin mayın ilk ongünlüyündə apardığı sorğu nəticəsində məlum olub ki, yanvar ayından may ayına kimi hakim partiyanın tərəfdarları 4% azalaraq 38%-ə düşüb. Cumhuriyyət Xalq Partiyasına isə səs vermək istəyənlərin sayı 2% artaraq 30%-i keçib. Parlamentdə təmsil olunan digər iki müxalifət partiyasının tərəfdarları dəyişməyib. Rəyi soruşulanların 18%-ə qədəri Milliyyətçi Hərəkat Partiyasına, 11%-ə qədəri isə PKK-nın sivil qanadı sayılan Xalqların Demokratik Partiyasına səs verəcəyini söyləyib. Sorğu Rəcəb Tayyib Ərdoğanın da reytinqinin kəskin düşdüyünü göstərib. Rəyi soruşulanların yalnız 38 faizi Ərdoğanı dəstəklədiyini bildirib. Halbuki, yanvarda Türkiyə prezidentinin tərəfdarları 47 faiz olub. Bu durum Türkiyənin siyasi elitasında əhvalı dəyişib. Artıq bəllidir ki, müxalifətçi siyasi partiyalardan hər hansı biri CHP ilə koalisiyaya girərsə, AKP iqtidardan gedəcək. Lakin AKP sorğuların nəticələrinin reallığı əks etdirmədiyini bildirir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ