Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Postsovet ölkələri Ukraynanın təcrübəsindən nə öyrənməlidir...

Image


Üç ildir ki, Ukraynada müharibə gedir. Bu müharibədə Avropa dövlətləri, ABŞ Ukraynaya dəstək verdi. İndi Tramp dəstək vermək istəmir, geri çəkilir, Avropa dövlətləri nə edəcəyini bilmir, tərəddüd içindədir, ölkə dağılıb gedir. Bu baxımdan, Ukraynanın bugünkü təcrübəsinin postsovet məkanında digər ölkələrə nə kimi mesajı, dərsi var?

Bugünkü Ukraynanın vəziyyəti postsovet məkanındakı bütün digər ölkələrə öz siyasətlərini müəyyənləşdirməkdə hansı mesajları verir?

Tural İsmayılov: “Özəlliklə postsovet ölkələrinin taleyində Rusiya ilə ərazi yaxınlığı onlara daha ehtiyatlı siyasət həyata keçirmək...”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Nəzərə almaq lazımdır ki, Ukraynada hələ Maydan ssenariləri və rəngli inqilab mövzuları işləyəndə geopolitik situasiyanı normal dəyərləndirməyi bacaran siyasi mərkəzlər Ukraynaya geopolitik xətti seçərkən ehtiyatlı olmağı tövsiyə etmişdilər. Biz unutmamalıyıq ki, bütün dünyada özünə yaxın ərazilərdə siyasi və hərbi seçimlər ucbatından ərazisi böyük olan ölkələr digər ölkələri həmişə təzyiq altında saxlayır. Eyni zamanda, Rusiyanın tarix boyu həyata keçirdiyi işğal və digər faktorları nəzərə alanda NATO-nun Şərqə doğru genişlənməsi, Ukraynanın NATO-ya inteqrasiyada atdığı addımların Rusiyanın aqressiv işğalçılıq siyasətini növbəti dəfə ortaya çıxaracağı aydın bir məsələ idi. Son baş verən hadisələr də bir daha onu göstərdi ki, Qərb özünə lazım olanda dövlətləri Rusiyanın cənginə atır, onlardan istifadə edir, daha sonra Rusiya qarşısında həmin ölkələri müdafiə edə bilmir, Ukrayna nümunəsi buna ən yaxşı göstəricidir”-deyə bildirdi.

T.İsmayılovun sözlərinə görə, hələ Ukraynaya qədər Qərb artıq belə bir ssenarini Gürcüstanda həyata keçirmişdi və Gürcüstandan sonra Maydan ssenarisi ilə Ukraynada bu siyasəti çox açıq-aydın formada Qərbin reallaşdırdığını görürük. “Əslində, Ukrayna təcrübəsinin öyrənilməsi çox vacibdir, çünki bu təcürübə bir daha sübut edir ki, bütövlükdə siyasi mərkəzlərlə münasibətləri neytrallıq kontekstində balanslaşdırılmış formada həyata keçirmək vacibdir. Özəlliklə postsovet ölkələrinin Rusiya ilə ərazi yaxınlığı onlara daha ehtiyatlı siyasət həyata keçirmək üçün növbəti bir səbəbdir”-deyə T.İsmayılov qeyd etdi.

Şakir Ağayev: “Bu təcrübədən dərs çıxarmaq lazımdır, amma bizim üçün o qədər təhlükə gözləmirəm”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin isə məsələyə yanaşması belə oldu: “Bu gözlənilən idi ki, Tramp hakimiyyətə gələndən sonra proseslər bu cür olacaq. Yəni Amerikanın da Ukraynanı axıra qədər müdafiə etmək planları o dərəcədə ciddi deyildi. Avropa dövlətləri Ukraynanı müdafiə etməyə çalışırlar. Amma Avropa dövlətlərinin o gücü yoxdur, onların özlərinin hərbi təhlükəsizliyi birbaşa ABŞ-dan asılıdır. Yəqin məlumatlısınız, Londonda Ukrayna sammitində hamı çox şey danışdı, amma son qərar bu oldu ki, enində-sonunda ABŞ-la razılaşmaq lazımdır, Amerikanın köməyi olmadan çox çətin olacaq. Londondakı sammit, əslinə qalsa, Avropa İttifaqının (Aİ) sammiti deyildi. Bilirsiz, Baltikyanı ölkələr də narazılıq etdilər. O sammitdə baş verənlər Aİ daxilində artıq bir parçalanmanın baş verdiyinin sübutudur.

Ukraynanın bugünkü təcrübəsi, sözsüz ki, postsovet ölkələrinə təsirsiz ötüşməyəcək. Əgər ABŞ Rusiya ilə danışıqlar aparırsa və dünyanın bölünməsi prosesini Tramp Putinlə aparmaq istəyirsə, sözsüz ki, hər kəsin bir təsir dairəsi müəyyənləşəcək. Kimin harda təsiri daha güclü olmalıdır? Bunu da gələcək göstərəcək. Sözsüz, Rusiya istəyir ki, postsovet məkanında öz təsir dairəsini saxlasın. Amma bəzən müqayisə edirlər ki, Ukraynadan sonra növbədə filan ölkələrdir və sair. Mən bunu qəbul etmirəm. Bu, Avropanın ortaya atdığı bir fikirdir, Rusiyanı bir qorxulu düşmən gözündə göstərib xalqlarına sübut etsinlər ki, biz büdcəni ona görə artırırıq ki, Rusiya kimi təhlükəli bir dövlət, bir qorxulu imperiya var və sair. Mənim üçün ən maraqlı Azərbaycandır. Hesab edirəm ki, Azərbaycan üçün ciddi bir təhlükə gözlənilmir. Niyə? Ona görə ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət sübut etdi ki, onun yolu ən düzgün yoldur - heç kimlə, heç bir tərəflə yaxın məsafədə olmağa ehtiyac yoxdur, hamı ilə eyni məsafədə qalıb ölkənin milli maraqlarını müdafiə etmək, ölkənin milli maraqlarının müdafiəsində dayanmaq. Məhz Azərbaycan bu gün bu siyasəti aparır. Azərbaycan əvvəldən Aİ-yə daha yaxşı bələd olub, ABŞ-a da, Rusiyaya da bələdçiliyi var, hansı dövlətin nə ilə nəfəs aldığını Azərbaycan Prezidenti çox gözəl bilir. Ona görə də, kiminlə hansı məsafədə olmaq lazımdır, o məsafəni saxlayır ki, Ukraynada baş verən proseslər Azərbaycanda baş verməsin”.

XXI əsrin iki müharibə təcrübəsi olduğunu deyən Ş.Ağayev qeyd etdi ki, biri Azərbaycanın apardığı 44 günlük müharibə, biri də Ukrayna müharibəsidir. “Baxın, Azərbaycan rəhbərliyi 44 günlük müharibədə necə hərəkət etdi. Mən nəyi demək istəyirəm? Bizim vəziyyətimiz Ukraynadan daha ağır, daha çətin idi. Ona görə ki, bugünə kimi 32 NATO dövləti, 28 Avropa Birliyi ölkəsi, Trampa qədər ABŞ, Kanada, Yaponiya, Koreya hamısı Ukraynanın yanında idi. Amma 44 günlük müharibədə tam əksinə, hamı Azərbaycana qarşı idi. Azərbaycan Prezidenti necə cəsarətlə, necə məharətlə diplomatik addımlar atıb bu müharibədən qalib çıxdı. Azərbaycan Prezidenti də daim müharibə zonasında idi, amma müharibə olmayan yerdə verdiyi müsahibələr, keçirdiyi görüşlərin hamısında normal geyimdə, qalstukda idi. Hər kəsin cavabını lazımı səviyyədə verirdi. Bu iki təcrübədir - Azərbaycan və Ukrayna təcrübəsi. Həyat sübut etdi ki, Azərbaycan təcrübəsi daha effektivdir, Azərbaycan əvvəlcədən heç bir dövlətə arxayın olmamışdı. Təbii, bir Türkiyədən başqa heç bir dövlət də bizə zəmanət verməmişdi ki, biz sizin yanınızdayıq. Belə bir şey yoxdur, axıra qədər heç kim heç kimin yanında olmur. Hər kəsin öz marağı var, birləşənə qədər bir yerdədilər, maraqlar toqquşanda hər kəs ayrılır. Necə ki, biz bu gün bunu ABŞ-ın timsalında görürük. Ona görə də, əsas bizim məmləkətdir. Bu nümunənin Azərbaycan üçün təhlükəli olduğunu gözləmirəm. Türkiyə ilə Şuşa Bəyannaməsi var, Rusiya ilə müttəfiqlik sazişi imzalanıb, Azərbaycan qonşu dövlətlərlə (Türkiyə və Azərbaycanın təşəbbüsü ilə-Ş.A) 3+3 formatında iştirak edir, Azərbaycan türkdilli dövlətlərlə bir yerdədir. Ona görə də hesab edirəm ki, bəli, bu təcrübədən dərs çıxarmaq lazımdır, amma bizim üçün o qədər təhlükə gözləmirəm”-deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ