Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Nigeri Ermənistanla əvəzləməyə çalışır, amma...

Image


“Azərbaycan güc yolu ilə öz maraqlarının tam şəkildə həyata keçirilməsini təmin etdi, eyni zamanda, öz qalib ölkə nüfuzunu təsdiqləmiş oldu, bu isə müasir dünyada olduqca zəruridir”. Bu fikri Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Qarabağ münaqişəsinin tam başa çatmasından sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn görüşdə bəyan edib.

Onun sözlərinə görə, bu gün beynəlxalq institutların böhran keçirməsi ucbatından çoxlu sayda ölkənin hərbi resurslara müraciət etməyə məcbur qaldığı bir şəraitdə prezident İlham Əliyev zəfərin simvollarından biridir: “Tam qələbənin əldə edilməsi indi bütün dünyada zəruri sayılan təcrübədir”. Ekspertin fikrincə, hazırda dünyada geosiyasi vəziyyət kəskin şəkildə dəyişib və Cənubi Qafqazda müxtəlif layihələrin yarışı gedir: "Bir neçə variant var. Bunlardan biri Azərbaycan, Gürcüstan və Ermənistanın, həmçinin Cənubi Qafqazla həmsərhəd olan Rusiya, Türkiyə və İranın daxil olduğu "3+3" formatıdır. Onlar təhlükəsizlik tədbirləri və iqtisadi əməkdaşlıq barədə razılığa gəlirlər". Onun fikrincə, bu formatda bölgənin bütün dövlətləri üçün faydalı olacaq vahid iqtisadi məkanın yaradılması müzakirə edilə bilər. “Bu, biri Zəngəzur olan bir neçə regional nəqliyyat dəhlizinin açılması əsasında mümkündür”. Politoloq həmçinin qeyd edib ki, xarici aktorlar, ilk növbədə Fransa bu gün Cənubi Qafqaz ərazisinə daxil olmağa çalışır: "Bu, Fransanın Nigeri Ermənistanla əvəzləmək cəhdidir. Hazırda Ermənistanda Amerika hərbi bazasının yaradılması məsələsi müzakirə olunur". Qeyd edək ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Çünki bölgədə sülh, əməkdaşlıq və rifahın təmin olunması üçün sülh sazişinin imzalanması vacib əhəmiyyət kəsb edir. Azərbaycan bu məsələdə istənilən ölkənin, beynəlxalq təşkilatın vasitəçilik təşəbbüsünü alqışlayır. Lakin bu cür təşəbbüslər səmimi və tərəfsiz olmalıdır. Daha Fransanın mövqeyi kimi sırf qərəz üzərində qurulmamalıdır. Bu arada, Azərbaycana qarşı mübarizəsində heç bir uğur əldə edə bilməyən Fransa hansısa əhəmiyyət kəsb etməyən, sadəcə kağız parçası olan sənədlərlə ölkəmizə təsir etməyə çalışır. Məsələn, Fransa BMT İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə bəyanat qəbul edilməsinə nail oldu. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair iddialar səsləndirilib. Amma bu iddialar əsassız və böhtan xarakterlidir. Bəyanatda ermənilərin Qarabağdan köçməsi faktı ilə bağlı manipulyasiyalara yol verilib. BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan nümayəndə heyəti Fransanın bəyanatına cavab olaraq bəyanatla çıxış edib. Azərbaycan nümayəndə heyəti bəyanatında Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı zamanı ölkənin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə selektiv yanaşması, son 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad edilməsində, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının, o cümlədən Ermənistandan zorakılıqla qovulmuş 300 min azərbaycanlının öz doğma yurdlarına qayıtmasında qərəzsiz vasitəçilik rolunun uğursuzluğa düçar olması səbəbindən bu proseslərdə heç bir rolunun olmadığını vurğulayıb. Bildirilib ki, Ermənistan mətbuatında yayılan və 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən bəyanat, əslində, yalnız Fransa və Ermənistan adından verilib.

Bundan başqa, Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan qeyd edib ki, qurum həmçinin eyniadlı tövsiyə qəbul edib. Rubinyan bildirib ki, bu sənədlərdə, guya Qarabağın erməni əhalisinin fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycan hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir: “Assambleya Nazirlər Komitəsini Avropa Şurasına üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsinə əsaslanaraq, Azərbaycanla bağlı monitorinq prosesi keçirməyə çağırır. Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın Azərbaycan nümayəndə heyətinin mandatına etiraz etməkdən başqa yolu qalmayacaq, bu o demək olacaq ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakı ən azı məhdudlaşacaq”.  Bundan əvvəl Avropa Parlamentində də belə qərəzli sənəd qəbul olunub. Lakin bütün bunlar hansısa əhəmiyyətə malik deyil və yalnız tövsiyə xarakterlidir. Bunu Ermənistan parlamentinin keçmiş deputatı, “Təhlükəsizlik və Demokratiya” hüquq müdafiə təşkilatının prezidenti Naira Zöhrabyan da etiraf edir: “AŞPA qətnamə qəbul edib: “etnik təmizləmə”, “artsax xalqının fiziki məhv edilmə təhlükəsi”, Azərbaycanın “hərbi təcavüzünü pisləmək”. Sual verirəm, bəs sonra? AŞPA-nın qətnamələri Avropa Parlamentinin qətnamələri kimi, hüquqi qüvvəyə malik deyil. Azərbaycana qarşı konkret sanksiyalar təklif ediblərmi? Bir neçə gün əvvəl Avropa Parlamenti daha irəli gedərək, Avropa Birliyinə Azərbaycana sanksiyalar tətbiq etməyi tövsiyə etdi. AB Azərbaycana qarşı sanksiyalar tətbiq etdimi? Təbii ki, yox! Üstəlik, AB liderləri bəyan etməkdə davam edirlər ki, Azərbaycana sanksiyalar tətbiq etmək planları yoxdur”. Zöhrabyan bildirib ki, bu müraciətlər adi kağız tullantılarıdır, zibildir: “AB-nin Azərbaycanla qaz müqavilələrinə xitam verməyəcəyindən, hansısa sanksiyaya əl atmayacağından əminəm. Bu sənədlərin heç bir hüquqi nəticəsi yoxdur”. Zöhrabyan həmçinin bildirib ki, Avropa Ermənistanda insan haqlarının pozulmasına da göz yumur: “Buradakı görüşlərim zamanı, məsələn, Armen Aşotyanın siyasi məhbus olduğunu etiraf etməyən yox idi, amma Ermənistanla bağlı həmməruzəçilərin niyə bunu qeyd etmədiyini soruşanda, cavab ancaq budur: çünki hazırda bölgədən Rusiyanı təmizləmək üçün Avropaya ən təsirli vasitəsi kimi Nikol Paşinyan lazımdır. Ona görə də Nikol Ermənistanda nə edirsə etsin, bütün medianı məhv etsin, bütün rəqiblərini həbs etsin, lap meydanlara gilyotinlər qoyub hamının başını kəssin, Qərb bütün bunlara açıq gözlə baxacaq və buna "demokratiya" deyəcək”. Beləliklə Qərbdə, Fransa başda olmaqla, bəzi dairələrin ikiüzlülüyü Ermənistanda da etiraf olunur.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ