şənbə günü, 10 oktyabr 2026
     

Davosdan sonra - Çinin “Bir kəmər, bir yol” üçün Azərbaycan, ya Ermənistan daha önəmlidir...

Image


Bu günlərdə keçirilən Davos forumunda Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinə, Çinlə əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini bir daha ortaya qoydu.

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsinə dəstək verdiyini bir daha bəyan etdi: “Əvvəla, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.

Bundan başqa, Davos forumundan sonra Azərbaycan Prezidenti yeni təqvim ili ilə bağlı Çin rəhbərini təbrik etdi.

Orta Dəhlizdə, yəni Şərq-Qərb marşrutu üzrə Azərbaycanın rolunun, mövqeyinin güclənməsi Ermənistanda revanşistlərin gələcək aktivləşməsinin qarşısında necə bir sədd çəkə bilər? Daha doğrusu, Çinin layihəsi çərçivəsində Azərbaycanın mühüm rol oynaması və bunun getdikcə güclənməsi Ermənistan revanşistləri ilə Çin hakimiyyətinin arasındakı münasibətlərin perspektivinə necə təsir göstərəcək? Daha dəqiq desək, Ermənistan rəhbərliyi də Çinlə yaxınlaşmağa çox meyllidir. Burada Türkiyə faktoru var. Erməni tərəfi fikirləşir ki, Türkiyə Çində uyğurların hərəkatına dəstək verdiyinə görə Ankaranın acığına Pekinlə yaxınlaşmaq lazımdır. Yəni Ermənistan belə bir strategiya ilə hərəkət edir. Ancaq onların Çinlə yaxınlaşması, münasibətlərinin yaxşılaşması ermənilərin seçimidir. Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan da “Bir kəmər, bir yol”a çox böyük dəstək verir. Belə vəziyyətdə Çinin öhtəlikləri, yeni vəziyyətə uyğun hərəkət normaları necə olmalıdır? Ermənistanla hədsiz yaxınlaşma, yoxsa məsafə saxlama? Məlum məsələdir ki, Çin müstəqil dövlət olduğuna görə, istənilən dövlətlə əlaqələr qura bilər. Amma Çinin “Bir kəmər, bir yol” layihəsində Azərbaycan daha çox rol oynayır, nəinki Ermənistan. O baxımdan, Çinin Ermənistanla yaxınlaşmasının müəyyən həddi-hüdudu olmalıdır. Bütün bunların fonunda Çinin yeni şəraitdə Azərbaycan və Ermənistana münasibətdə siyasi strategiyasında nə kimi fərqlər gözlənilir?

  • “Bütün bunlar, istər-istəməz, Ermənistanda revanşist meyllərin önlənməsinə öz təsirini göstərəcək”

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, bütün bunlar Çinin siyasi strategiyasında fərqlərə təsirsiz ötüşməyəcək: “Əvvəla, Orta Dəhlizin tərkib hissəsi olan “Bir kəmər, bir yol” layihəsinin keçdiyi ən qısa yol Azərbaycan variantıdır. Yəni layihənin Azərbaycandan keçən hissəsi daha qısadır. Yol qısa olduğu üçün iqtisadi baxımdan daha səmərəlidir. Bu yolun Çin üçün önəmi daha böyükdür. Ona görə ki, Rusiyadan keçən marşrutdan fərqli olaraq, bu yolla yükləri Avropaya daha tez çatdırmaq mümkündür. Bu isə, əlbəttə ki, Çin üçün daha sərfəlidir. Nəzərə almaq lazımdır ki, Çin böyük sənaye və ticarət dövlətidir. Dünyada istehsal olunan məhsulların böyük hissəsi Çinin payına düşür.Üstəlik, sözügedən məhsullar əsasən Çin üzərindən dünyaya daşınır. Bu baxımdan əlbəttə ki, Azərbaycanın önəmi Çin üçün daha da artır. Təbii ki, belə olan halda Çinin Azərbaycan faktoruna daha çox önəm verəcəyi gözlənilir. Ən azından praqmatik maraqlar bunu tələb edir. Bütün bunlar, istər-istəməz, Ermənistanda revanşist meyllərin önlənməsinə öz təsirini göstərəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın Orta Dəhlizə münasibəti bir qədər fərqlidir. Səbəb odur ki, Birləşmiş Ştatlar Çinin çox güclənməsini istəmir. Ancaq ABŞ-dan fərqli olaraq, Avropa İttifaqı “Bir kəmər, bir yol” layihəsində maraqlıdır. Çünki bunun sayəsində Rusiyadan tranzit daşımalar baxımından asılılıq azalacaq. Ermənistanın da şansı var ki, bu layihənin bir parçası olsun. Söhbət Zəngəzurdan keçən hissədən gedir. Yetər ki, xəstə düşüncələrindən əl çəksinlər. Avropa dövlətlərinin Ermənistana münasibətinin birmənalı olmaması, bəzi Avropa qurumlarının qərəzli qətnamələri işə mənfi təsir edir. Erməni revanşistləri bundan sui-istifadə edirlər. Hesab edirəm ki, Avropa təsisatları Ermənistana təzyiq etsə, İrəvan bu məsələdə geri addım ata bilər. Çünki Ermənistandakı hazırkı hakimiyyət Rusiyanın təsirindən çıxmaq istəyir. O baxımdan lazımdır ki, Avroittifaq daha qətiyyətli mövqe sərgiləsin. Baxmayaraq ki, bu gün Ermənistanın siyasi strategiyası yetərincə ziddiyətlidir. Paşinyan bir tərəfdən Qərblə inteqrasiyaya can atır, o biri tərəfdən Rusiyameyilli müxalifətdən çəkinir. Eyni zamanda, Ermənistan Rusiyanın patronu olduğu təşkilatlarda təmsil olunur. Ancaq layihənin əhəmiyyətini nəzərə alsaq, Çin istəməz ki, Ermənistan hansısa təhdid mənbəyi rolunda çıxış etsin. Bütün bunlar nəticə etibari ilə layihənin fəaliyyət göstərməsinə gətirib çıxaracaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ