çərşənbə günü, 11 noyabr 2026
     

Naxçıvan və Vasif Talıbov barədə biabırçı kitab...

Image


Konkret.az saytı "Vasif Talıbovun “media ruporu” və ya “Azərbaycan” qəzetindən növbəti rəzalət" adlı yazı dərc edib. Yazını olduğu kimi təqdim edirik:

“Naxçıvan gerçəklikləri” – bu haqda indi hamı danışır, daha doğrusu vətənimizin ayrılmaz dilbər guşəsi olan Muxtar Respublikada baş verən, dövlət adına utanc gətirən proseslər indi ölkə mediasının diqqət mərkəzindədir.

“Naxçıvan gerçəklikləri” – sən demə, bu kitab adı imiş!!! Və bu ilin fevral ayından başlayaraq “Azərbaycan” qəzetinin əməkdaşları Naxçıvana fasiləsiz səfərlər edərək sislsilə məqalələr yazıblar, hələ bununla da ürəkləri soyumayıb bu ilin iyun ayında yuxarıda qeyd olunan adda irihəcmli, nəfis tərtibatlı kitab da buraxıblar.

Qəribə olan odur ki, deputat İsa Həbibbəylinin ön söz yazdığı, “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun redaktoru olduğu “Naxçıvan gerçəklikləri” heç də bütün ölkənin bildiyi yox, Vasif Talıbovun sifariş etdiyi, göstərmək istədiyi gerçəkliklərdir.

Kitabın müəllifi isə Ramiz Mehdiyevin mirzəliyini eləməkdə ad çıxarmış Bəxtiyar Sadıqovun varisi, redaksiyanın “boz kardinalı”, Ulu öndər Heydər Əliyevi söydüyünə görə işlədiyi “Yeni Azərbaycan” qəzetindən qovulan İxtiyar Hüseynlidir. Yəni axsaq atın kor nalbəndi olar.

Kitabı açan kimi İsa Həbibbəylinin alovlu publisistikasının qığılcımları adamın gözünü qamaşdırır.

Akademik yazır: “Azərbaycan Respublikasının Əməkdar jurnalisti İxtiyar Hüseynlinin “Naxçıvan gerçəklikləri” kitabı publisistik janrda qələmə alınan məqalələr toplusu həm də gələcək nəsillərə ünvanlanan salnamədir. “Naxçıvan gerçəklikləri” Muxtar Respublikanın Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yorulmaz və məqsədyönlü fəaliyyəti ilə baş vermiş böyük inkişafın mükəmməl publisist salnaməsi kimi diqqəti cəlb edir”.

Akademiki təəssüfləndirməli olacağıq – “nəsillərə ünvanlanan salnamə”nin ömrü heç altı aya çatmadı. İndi bütün bu pafoslu cümlələrin nə qədər tavtalogiya və sözyığını olduğunu isbat etməyə gərək yoxdur. Həm də ona təəssüflənirik ki, dövlət siyasətini təbliğ etməli olan Milli Məclisin orqanı “Azərbaycan” qəzeti hansısa şəxsi maraqlar və təmənna müqabilində özündən gerçəklıik uydururb ictimai rəyə sırımaqdan utanmır.

Kitabın “şah əsəri” olan “Naxçıvanın inkişaf modeli” məqaləsi isə, necə deyərlər, “gül vurur”. Bircə sitata diqqət edək: “Sədərək Gömrük Sərhəd-Buraxılış məntəqəsinin yeni inşa olunan binasının əzəməti, tətbiq edilən texniki innovasiyalar, xidmət keyfiyyətinin yüksəkliyi növbəti təəccübümüzə səbəb oldu. Buradakı xidmət, əslində, BÜTÜN GÖMRÜK-BURAXILIŞ MƏNTƏQƏLƏRİ ÜÇÜN ÖRNƏK OLMALIDIR… Naxçıvan gömrükçüləri  ötən il büdcə öhdəliyini 108 faiz yerinə yetiriblər”.

Bu Vasif Talıbovun özünün ruporu hesab etdiyi “Azərbaycan” qəzetinin mirzələrinin ifasında uydurduğu gerçəklikdir. Əsl gerçəklıik budur ki, İsa Həbibbəylinin general oğlunun rəhbərlik etdiyi Naxçıvan gömrüyünün şöbə rəisi Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur… və dövlətin rəsmi qəzeti belə rüsvayçılığı ölkənin “bütün gömrük-buraxılış məntəqələri üçün örnək olmalıdır”, – deyə israr edir.

Əsl “Naxçıvan gerçəklikləri” odur ki, Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

“Azərbaycan” qəzetinin baş mirzəsi və ikinci plan mirzəsi cinayətkar, rüşvətxor ünsürləri müdadfiə edir, onları təmizə çıxarmaq üçün məqalələr, kitablar yazır, lakin heç bir məsuliyyət daşımır.

Təkcə bu ilin fevral ayında Vasif Talıbovu vəsf edən məqalələr qalereyasının bəzilərinə nəzar salaq:

1) Naxçıvan təhsilin inkişafında liderdir / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 6 fevral.- № 27.

2) “Made in Nakhchivan”: 22 xarici dövlətdə nüfuz qazanan bu keyfiyyət brendi Azərbaycan iqtisadiyyatına və ixrac potensialına böyük töhfə verir / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 19 fevral. – № 38.

3) Naxçıvan turizmi: Muxtar respublika cəlbedici bölgəyə çevrilib / Rəşad Cəfərli // Azərbaycan. – 2022.- 16 fevral.

4) Naxçıvanda inkişaf kənddən başlayır / İxtiyar Hüseynli // Azərbaycan. – 2022.- 12 fevral. – № 32.

5) Möhtəşəm minilliklərin şanlı 98 ili / Səttar Möhbalıyev // Azərbaycan. – 2022.- 9 fevral. – № 29.

6)Naxçıvanın inkişaf modeli / İxtiyar Hüseynli // Azərbaycan.- 2022.- 29 yanvar. – № 20.

Xatırladaq ki, rəsmi qəzetin rekvizitində yazılıb ki, “qəzetdə gedən materiallar dövlətin mövqeyini əks etdirməlidir”. Budurmu dövlətin mövqeyi? Bəxtiyar və İxtiyar cütlüyü 20 ildən artıqdır dədə malı kimi özəlləşdirdikləri Milli Məclisin orqanı olan qəzeti dövlətin çətiri altında gizlənərək öz maraqlarının kağız parçasına çeviriblər. Qəzet azlıq edir, hələ bir akademik İsa Həbibbəylinin təbirincə desək, “nəfis tərtibatlı” “Vasifnamə” buraxırlar.

Qədim Şərq atalar sözüdür “ilan üstə qonan milçək zəhərlidir ilan kimi”. Dövlətin sütunlarının içəridən laxladılması, qalib ölkənin Prezidentinin xalqın həmrəyliyinə söykənən siyasətinə kölgə salınması istiqamətində 20 il dayanmadan tər tökən mirzələrin məsuliyyəti yalnız media etikası qarşısında olmamalıdır. Milli Məclis, heç olmasa, öz qəzetinə nəzər salsın, yiyə dursun! Bu dövlət əxlaqından uzaq partizanlığa dur deməyin vaxtı çatmayıbmı? Nəzərə alaq ki, söhbət mediaya, rəsmi ideologiyaya və dövlətçilik ideyalarının təbliğinə cəmiyyətin inamından gedir. Bu inamı sarsıtmaq cinayət deyilmi?

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ