çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya səfirinin BMT TŞ-də “Laçın çıxışı” spiker Simonyanı niyə qıcıqlandırdı?..

Image


BMT-də Laçın yolu ilə bağlı müzakirələr aparılıb və Qərb dövlətləri yenə də məsələyə birtərəfli yanaşaraq ikili standartlardan çıxış ediblər.

Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva da çıxış edib. A.Yevstiqneyevanın sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində razılaşmalara əməl etməyə çağırır: “Biz əminik ki, bu bəyanatların müddəalarının tam yerinə yetirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən sabit düsturdur. Dörd sənədin hamısı mürəkkəbdir, ayrılmaz şəkildə bağlıdır və onların müddəaları bir-birindən irəli gəlir. Onların icrası Cənubi Qafqazda təkcə region dövlətlərinin deyil, həm də bütün qonşuların maraqlarına cavab verən davamlı sülhün formalaşması üçün şərait yaradacaq”.

Burada Rusiya nümayəndəsinin fikrində iki incə nüans var. O qeyd edir ki, Laçın dəhlizinin regionda mədənlərin istismarı üstündə tərəflər arasında yaranmış mübahisə nəticəsində bağlanması xəbərləri bizi narahat edir. Daha sonra qeyd edir ki, biz indi Azərbaycanın təbiət mühafizəçilərinin o mədənlərə gəlişini təmin etmək üçün yollar axtarırıq. Digər ölkələrə baxanda, BMT-də Rusiya nümayəndəsi nisbətən obyektiv mövqe sərgiləyib. Söhbət Fransa və digər dövlətlərlə müqayisədən gedir.

Rusiya nümayəndəsinin nisbətən ədalətli mövqe sərgiləməsi Ermənistan parlamentinin sədri Alen Simonyanı qıcıqlandırıb. Bu səbəbdən o, Rusiyanı tənqid edib: “Rusiya nümayəndəsinin BMT-dəki çıxışını mənfi dəyərləndirirəm. Çünki hesab edirəm ki, müttəfiq ölkə kimi Rusiya Ermənistanla sıx münasibətləri olmayan ölkələrin etdiyi kimi daha ünvanlı çıxış edə bilərdi. Düşünürəm ki, Rusiya ya bacarmır, ya istəmir, ya da nə bacarır, nə də istəyir. Son baş verən hadisələrdən sonra bu məni təəccübləndirmir”.

  • “Rusiyanın Qərblə münasibətləri gərgin olduğu üçün TŞ-nin toplantısında nümayəndəsi nisbətən obyektiv danışıb”

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Ermənistandakı mövcud hakimiyyət Rusiyaya qarşıdır: “Əvvəla, bu məsələdə erməni hay-küyü hər zaman olduğu kimi tamamilə yalanlar üzərində qurulub. Ermənilər dünya ictimaiyyətini çaşdırmaq, belə bir uydurma xəbərlər yaymağa başlayıblar ki, guya Azərbaycan Laçın yolunu bağlayıb "artsaxı" blokadaya məruz qoyur. Belə xəbərlər tamamilə əsassız, yalançı, uydurma erməni təbliğatından başqa bir şey deyil. Birincisi, Azərbaycan istədiyi vaxt  beynəlxalq hüquq tərəfindən tanınmış istənilən ərazisində təhlükəsizlik tədbirləri həyata keçirə bilər. Bu bölgədə yalnız ekofəallar Azərbaycanın ermənilər tərəfindən barbarcasına talan olunan mədənlərindəki vəziyyəti öz gözləri ilə görməyi tələb edirlər. Sülhməramlılar da bu dinc təşəbbüsə şərait yaratmalıdır. Ancaq biz bu məsələdə də sülhməramlıların xoş niyyətlərinin olmadığını görürük. Məntiqlə, "sülhməramlılar" bu xoş təşəbbüsləri anlayışla qarşılayıb dinc ekofəallara şərait yaratmalıdır. Ancaq onlar da yaxşı bilirlər ki, 44 günlük Vətən savaşından sonra ermənilər bu bölgəyə  qanunsuz olaraq silah-sursat daşıyıblar. Məhz bu cinayətkar əməlləri ört-basdır etmək üçün belə xoşniyyətli təşəbbüsləri kölgə altına salaraq uydurma xəbərlər tirajlayırlar. Ermənistanın diplomatik korpusu belə bir mərhələdə konstruktivlik nümayiş etdirmək əvəzinə, bölgədə konfliktin yenidən yaranmasını körükləyir. Bu çox təhlükəli tendensiyadır. Burada Rusiyanı günahlandırmaq əvəzinə, Azərbaycanın haqlı tələblərini yerinə yetirməklə bölgədə sülhə nail olmaq olar. Azərbaycan dövləti bu bölgədə çox doğru addımlar atır. Yeri gəlmişkən, ekofəalların fəaliyyətini yüksək qiymətləndirərək  onlara öz dəstəyimi ifadə edirəm. Biz də belə məsələlərdə hər zaman dövlətin yanında olmaqla öz siyasi dəstəyimizi əsirgəməyəcəyik. Rusiyanın Qərblə münasibətləri gərgin olduğu üçün Təhlükəsizlik Şurasının toplantısında nümayəndəsi nisbətən obyektiv danışıb. Əminəm ki, Ukrayna məsələsi olmasaydı, Rusiya da Fransanın mövqeyindən çıxış edərdi. Alen Simonyan Ermənistanda antirus ovqatını daha da gücləndirmək üçün tənqidi mövqedən çıxış edir. Nəzərə almaq lazımdır ki, Ermənistandakı rejim Rusiyanın maraqlarını yox, Qərbin maraqlarını təmsil edir”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ