çərşənbə günü, 11 noyabr 2026
     

Talıbov özünü də, Naxçıvanı da bu hala necə sala bildi?..

Image


Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun bununla bağlı müraciəti dekabrın 21-də Ali Məclisin iclasında açıqlanıb. Vasif Talıbov 1995-ci il dekabrın 16-dan Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Bundan əvvəl son həftələr Naxçıvanda bir sıra vəzifəli şəxslərin həbsi və onların mənimsəmədə ittiham edilməsi orada ciddi korrupsiya probleminin olduğunu ortaya qoydu. Dekabrın 13-də Naxçıvanda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olundu. V.Talıbov düz 27 il Ali məclisin sədri olub. Onun idarəçiliyi ilə bağlı birmənalı münasibət olmayıb. Narazılıq həddən ziyadə böyük idi və zaman-zaman bu özünü müxtəlif  formada göstərirdi.

Bütün bu deyilənlərin fonunda, V.Talıbovun özünün, şəxsi karyerasının acınacaqlı sonluğu və Naxçıvanda vəziyyət niyə bu həddə gəldi çıxdı?

  • Qabil Hüseynli: “Xüsusən də korrupsiya və mərkəzi büdcədən ayrılan vəsaitlərin talan olunması onun sonunu sürətləndirdi”

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin fikrincə, bir sıra neqativliklər V.Talıbovun belə biabırçı sonluğuna gətirib çıxardı: “Fikrimcə, dövlətə xəyanət, müxtəlif dövlətlərin agentura şəbəkələri ilə şübhəli əlaqələr, Naxçıvan əhalisinə tutulan divan, ağır sosial vəziyyətləri, onların sosial səbəblərə görə bölgəni tərk etməsi buna gətirib çıxardı. Xüsusən də korrupsiya və mərkəzi büdcədən ayrılan vəsaitlərin talan olunması onun sonunu sürətləndirdi. Çünki o, həmin vəsaitlərin çoxunu mənimsədi. Nəticədə Naxçıvanda insanların sosial durumu pisləşdi. V.Talıbov mərkəzi hakimiyyət orqanlarına tabe olmaq istəmirdi. Naxçıvanın yerli təbii sərbvətləri hamısı V.Talıbovun monopoliyasında idi. Duz mədənlərindən tutmuş mineral sulara qədər hamısı onun monopoliyasında idi. Faktiki olaraq Naxçıvanı talayırdı. Bütün bunlar isə milyardlarla manat pulla ölçülür. Belə halların hamısı çox ciddi cinayətlər yaradır. Çünki bütün bunlar Naxçıvanın ümumi inkişafına çox mənfi təsir göstərdi. Ona görə də hesab edirəm ki, bütün bunlara görə Talıbov və bu işdə iştirak edən əsas şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

  • Rəşad Bayramov: “27 il ərzində Talıbov tədricən sanki toxunulmaz şəxsə çevrildi”

Əslən Naxçıvandan olan AMİP-in Mərkəzi Şurasının sədri Rəşad Bayramovun sözlərinə görə, V.Talıbova 27 il ərzində sanki toxunulmazlıq hüququ verilmişdi: “Zaman-zaman Naxçıvanda baş verən neqativ hadisələrlə, korrupsiya hadisələri ilə bağlı, ordakı bəzi sərt idarəçiliklə bağlı çoxsaylı məlumatlar olsa da, mətbuatda dərc olunmurdu. Bəzi saytlarda dərc olunsa da, bir neçə saatdan sonra çıxarılırdı. Sanki gizli bir əl var idi və bütün bu məsələləri tənzimləyirdi. Nəticə etibari ilə 27 il ərzində V.Talıbov tədricən sanki toxunulmaz şəxsə çevrildi. İnsan hər hansı bir tənqid, danlaq eşitməyəndə özünü sanki bir büt hesab edir. Nəticədə istədiyini edir. Baş verənlərin başlıca səbəbi bununla bağlıdır. Naxçıvanda sərt idarəçilik və korrupsiya əsasən bu toxunulmazlıqdan irəli gəlirdi. Bu adam özünə o qədər arxayın idi ki, Naxçıvanda bir sıra sahələrdə yeyintilərə nəzarətsizlik hökm sürürdü. Ötən illər ərzində mərkəzi hökumət tərəfindən Naxçıvanda ayrı-ayrı dövlət müəssisələrində dəfələrlə audit yoxlamaları həyata keçirilib. Ancaq bugünə qədər həmin audit yoxlamaların nəticəsində yaranan problemlərin səbəbləri öz əksini tapmayıb. Niyə konkret tədbirlərin görülmədiyi araşdırılmalıdır. Bütün bu neqativ halların zaman-zaman toplanması buna gətirib çıxardı. Nəticə etibari ilə bu, V.Talıbovun istefası ilə nəticələndi. Ancaq təkcə Talıbovun istefası ilə problemlər həll olunmur. Əsas odur ki, bundan sonra hansı addımlar atılacaq. Bir sıra görüləsi işlər var”.

  • Aydın Hüseynov: “Talıbov bunu davam etdirə bilmədi”

Millət vəkili Aydın Hüseynovun Naxçıvanda baş verənlərə münasibəti belə oldu: “Son zamanlar Naxçıvanda maliyyə və gömrük sistemində gedən proseslər o qədər də ürəkaçan deyil. Hesab edirəm ki, orda seçiləcək məclis sədri özündən əvvəlki məclis sədrinin buraxdığı səhvləri tez bir zamanda düzəldəcək. Ulu Öndərimizin Naxçıvanda işlədiyi dövrdə necə böyük bir dövlətçilik əsası yaratdığını biz bilirik. Vasif Talıbov bunu davam etdirə bilmədi. Amma hesab edirəm ki, o vəzifəyə təyin ediləcək şəxs həmin ənənəni davam etdirəcək və Naxçıvan daha da yüksək inkişaf mərhələsinə qədəm qoyacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ