çərşənbə günü, 11 noyabr 2026
     

Söz azadlığından sui-istifadə meylləri - xarici təsirdə olanlar ermənilərlə eyni tezisləri bölüşür...

Image


Söz və mətbuat azadlığı problemi dünya jurnalistikasında hələ də aktuallığını saxlamaqdadır və müasir medianın inkişafında, şübhəsiz ki, bu problem ən çox müzakirə olunan mövzulardandır. İnformasiyanın sərbəst və sürətlə yayıldığı indiki zamanda söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir. Bu problemə əksər nəzəriyyəçilərin elmi və konseptual yanaşmaları əslində mövzunun dərin və çoxşaxəli olduğunun göstəricisidir.

Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir. Ancaq biz görürük ki, bəzi hallarda bir çox təsisatlar və media quruluşları bu amildən suistifadə edərək, bəzən milli maraqlarımızla uzlaşmayan, hətta ermənilərin mövqeyi ilə üst-üstə düşən mövqe sərgiləyirlər.

Laçın yolunun Xankəndiyə  doğru humanitar yük aparan maşınlar üçün ermənilərin planları ilə əvvəlcə bağlanması, sonra da öz planları ilə açılmasından elə özləri ciddi peşmançılıq keçirməyə başlayıblar.

Bununla dünyaya nümayiş etdirmək istəyirdilər ki,  Azərbaycanın guya Xankəndidə humanitar fəlakət yaratması ittihamı ilə car çəksinlər.

Lakin biz sübut etdik ki, Laçın yolunu humanitar yüklər üçün bağlayan biz yox, sülhməramlılar və ermənilərin özüdür. Artıq neçə gündür ki, həqiqi faktların təzyiqi altında ermənilər Laçın yolunda humanitar avtomobilləri qəbul etmək zorundadırlar. Necə deyərlər,  qurduqları oyun öz əleyhlərinə işlədi.

  • Ermənilərin mövqeyi ilə üst-üstə düşən paylaşımlar edirlər...

Çox təəssüflər olsun ki, özünü Qərbpərəst adlandıran bəzi şəxslər sırf ermənilərin mövqeyi ilə üst-üstə düşən palıaşımlar edirlər.

Vəfa  Nağı adlı Qərbpərəst fəalən paylaşdığı statusa diqqət edək:

“Dekabrın 12-də özlərini “eko aktivist kimi” təqdim edən bir qrup azərbaycanlı mülki şəxs Laçın dəhlizinə daxil olaraq Dağlıq Qarabağı faktiki olaraq mühasirəyə alıblar. Dağlıq Qarabağın Ermənistan və dünya ilə həyati önəmə sahib əlaqəsi kəsildiyi üçün insanlar humanitar böhran yaşanmasından qorxurlar”.

Gəlin görək, Qərbin pulları əsasında fəaliyyət göstərən Meydan.TV adlı sayt nə yazır. Sayt “Arevik” Tibb Mərkəzinin direktoru Karen Melkumyana istinadən bunları deyir:

“Əgər bu məsələ belə davam etsə, uzun müddət ayaqda qala bilməyəcəyik. Payız-qış fəsli kəskin şəkildə yayılan xəstəliklər mövsümidir və xəstəxana dolub-daşır.

“Arevik” Tibb Mərkəzi Dağlıq Qarabağın yeganə uşaq xəstəxanasıdır. Dağlıq Qarabağa verilən qaz artıq 3 gün idi ki, kəsilmişdi. Ermənistandan Dağlıq Qarabağ bölgəsinə qaz daşıyan boru kəmərləri hazırda Azərbaycan hökumətinin nəzarətində olan ərazidən keçir. Bu ərazidən keçmişdə də bölgəyə təzyiq göstərmək məqsədilə istifadə edilib. Bizdə olan dərmanları az-az istifadə edirik ki, əgər hər hansı bir uşaq qəflətən ağır xəstələnərsə, ilk növbədə ona kömək edə bilək”.

  • Bəzi fəallarımız tutduqları antimilli mövqeyə görə heç utanırlarmı?

Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.

Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın dövlət qarşısında müvafiq öhdəlikləri, vəzifələri var.

Ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir.

Amma təəssüflər olsun ki, bəzən ölkəmizdə yaradılmış bu şəraitdən sui-istifadə cəhdləri də müşahidə edilir.

Nə qədər qəribə olsa da, bəzi ermənilər yaranmış vəziyyətlə bağlı həqiqətləri yuxarıda qeyd etdiklərimizdən daha obyektiv çatdırırlar.

“Laçın yolunda baş verənlər barədə uşaqdan tutmuş böyüyə qədər, hamı bu mövzu barəsində fikir yürüdür. Amma artıq bir həftədir Azərbaycan tərəfinin aksiyasına Xankəndidən 3-4 nəfər belə yığılıb bir şüar səsləndirməyib”.

Bu fikirləri tanınmış erməni politoloq Armen Baqdasaryan bildirib.

“Sizcə, niyə belə tendensiyanı izləyirik? Bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilər susur. Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “Dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”, - deyə o qeyd edib.

Görəsən, bu fikirlərlə tanış olan bizim söz azadlığından sui-istifadə edən bəzi  fəallarımız tutduqları antimilli mövqeyə görə heç utanırlarmı?

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ