çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan XİN BMT-ni birbaşa Azərbaycan-Ermənistan danışıqlarını təşviq etməyə çağırdı...

Image


Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Nazirliyin bununla bağlı şərhində deyilir:

"Ermənistanın bu qurumdan Azərbaycana qarşı manipulyasiya kampaniyası məqsədilə istifadə etmək cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın haqlı narahatlıqlarını, o cümlədən Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı qəsdən, davamlı və düzəldilməyən pozuntularla əlaqədar məsələləri qaldırması, habelə bununla əlaqədar beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün növbəti platforma olub.

Azərbaycan nümayəndəsi öz bəyanatında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı Ermənistan tərəfindən irəli sürülən bütün iddiaları rədd edərək, onların tamamilə yalan və əsassız olduğunu bildirib. Bəyanatda nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağlamadığı qeyd olunub.

Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejimi dəyişməz olaraq qalır, həmçinin sülhməramlılar yol boyu hərəkətin tənzimlənməsi üzrə vəzifələrini yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirir.

Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər də eyni dərəcədə yalandır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları heç bir maneə olmadan yoldan keçib.

Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir.

BMT TŞ-nın iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb. 3 və 7 dekabr tarixlərində Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında Qızılbulaq və Dəmirli yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirməsi şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib. Görüşlərdə yerli erməni nümayəndələri də iştirak edib və azərbaycanlı mütəxəssislər tərəfindən bu cür fəaliyyətlərin yol xəritəsi ilə bağlı razılıq əldə olunub.

Əldə olunmuş razılaşmanın ardınca, azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş addımları nəticəsində maneçilik törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri etiraz əlaməti olaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar.

Təbii sərvətlərin qeyri-qanuni istismarı, Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq sənədlərə əsasən yolverilməz olmaqla yanaşı, ətraf mühitlə bağlı müvafiq standartlara tamamilə məhəl qoyulmadan həyata keçirilir və bununla ekoloji sistemə ciddi və bərpa olunmaz ziyan vurur. Bu, həmçinin özəl xarici şirkətin Azərbaycan hökuməti ilə bağladığı müvafiq müqavilələrə əsasən sözügedən faydalı qazıntı yataqlarını istismar etmək hüquqlarını pozur. Müqaviləyə əsasən, faydalı qazıntı yataqlarını istismar etmək hüququ yalnız bu xarici şirkətə məxsusdur.

Bu, bütün Azərbaycan cəmiyyəti üçün haqlı və əsaslı narahatlıq mənbəyidir. Ona görə də Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif seqmentləri, eləcə də sadə vətəndaşlar qanuni olaraq Azərbaycan xalqının milli sərvətlərinin talan edilməsinin qarşısının alınmasını, ətraf mühitə dəymiş ziyanın müvafiq mütəxəssislər tərəfindən monitorinqinin təşkil olunmasını tələb edirlər.

Bu, Ermənistanın hərbi əməliyyatların dayandırılması və bütün silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı öhdəliklərinin davamlı olaraq yerinə yetirilməməsilə yanaşı, Laçın yolundan qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün sui-istifadəsini, o cümlədən Azərbaycanın resurslarının qeyri-qanuni daşınmasında istifadəsini də əhatə edir. Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da daxil olmaqla Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyi davam etdirir, bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.

Qeyd olunmalıdır ki, BMT TŞ-ya üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə dair çağırış olub. Ermənistanın sözügedən sənədi açıq-aşkar pozduğunu nəzərə alaraq, BMT TŞ-nın üzvlərinin bu cür çağırışları nəhayət, Ermənistan tərəfindən eşidilməli və onlara əməl olunmalıdır.

Münasibətlərin normallaşdırılması məqsədilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsi üçün BMT TŞ üzvlərinin əksəriyyətinin çağırış etdiyini vurğulamaq da böyük əhəmiyyət kəsb edir. Biz bu prosesin əsası kimi, o cümlədən sərhədlərin delimitasiyası kontekstində Ermənistan və Azərbaycan tərəfindən suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı çağırışları yüksək qiymətləndiririk.

Məhz Azərbaycan münaqişənin sona çatmasından sonrakı ilk gündən etibarən davamlı olaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin bu əsasda normallaşmasının tərəfdarıdır. BMT TŞ-da bununla bağlı çağırışlar Azərbaycanın münaqişədən sonrakı normallaşma gündəliyinin daha geniş beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini nümayiş etdirir.

Eyni zamanda, BMT TŞ-ya üzv olan bəzi dövlətlərin qərəzli, birtərəfli mövqe nümayiş etdirməkdən çəkinməməsi dərin məyusluq doğurur. Azərbaycan ərazisinin bir hissəsinə münasibətdə yanlış istinad edilməsi xüsusi narahatlıq mənbəyidir.

Müzakirələr zamanı da bildirildiyi kimi, Azərbaycan bu kimi istinadları öz daxili işlərinə qarışma, habelə coğrafi adların istifadəsi ilə bağlı BMT-nin müvafiq tələblərinin pozulması kimi rədd edir. Azərbaycan bir daha həmin dövlətləri BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bəyanatlardan çəkinməyə çağırır.

BMT TŞ-nın iclasında qeyd edildiyi kimi, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və formalaşmış beynəlxalq təcrübəyə əsaslanır.

Biz, Azərbaycanın təklifinə cavab verməyə, siyasi və hərbi təxribatlarını dayandırmağa, təcavüzkar ritorikasından və hərəkətlərindən əl çəkməyə, Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlər çərçivəsinə daxil olan bütün məsələlərin sülh yolu ilə diplomatik həllini tapması üçün birbaşa danışıqlara xoş niyyətlə yanaşmağa Ermənistanı inandırmaq məqsədilə beynəlxalq ictimaiyyətə çağırışımızı bir daha təkrar edirik".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ