Hollandiyanın da baş naziri 200 il əvvəl ölkəsinin Latın Amerikası və Karib ölkələrində apardığı dəhşətli qul ticarətinə görə rəsmi üzr istədi. Qulçuluğun rəsmən ləğv edildiyi 1872-ci ilin 1 iyuluna qədər milyonlarla Latın amerikalı holland müstəmləkəçiləri tərəfindən qul kimi satılıb. Baş nazir Ryütte bütün bəşəriyyətin ürəyindən xəbər verən addım atdı. Bəs bu böyüklüyü Fransa niyə göstərmir?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
“Almaniya Hitlerin anti-bəşəri cinayətlərinə görə, yəhudilərdən üzr istədi və kompensasiya ödədi.
ABŞ hökuməti qırmızıdərili yerli hinduları başının üstündə saxlayır, onları işləməyə qoymur və tam şəkildə dövlətin təminatına alıb ki, bizim babalarımız sizə qarşı qanlı cinayətlər törədib.
Bəs Fransa Əlcəzairdə 1836-cı ildən 1961-ci ilədək 6 milyon insanı genosid etdiyinə görə, üzr istəməyəcək? Makronun "ağ şəkərbura" kimi futbol meydançalarında "pozlar" verməsi ilə sivil millət və sivil dövlət imici yaradacağı dəryada balıq sevdasıdır. 1907-ci ildə Mərakeşin paytaxtı Kasablankanın bir günlük bombardmanı nəticəsində 10 mindən çox öldürülmüş dinc insanın ruhunu əziz tutanlar nə vaxtsa Makronların dədə-babasını qəbirdən çıxarıb gorbagor etməyəcəkmi?!..” - A.Quliyev yazır.
Tahir TAĞIYEV