Laçın yolunun Xankəndinə doğru humanitar yük aparan maşınlar üçün ermənilərin planları ilə əvvəlcə bağlanması, sonra da öz planları ilə açılmasından elə özləri ciddi peşmançılıq keçirməyə başlayıblar.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Tam aydın olur ki, bu məsələ onlar üçün planlı iş idi -əvvəlcə yolu başlamaq, dünyaya Azərbaycanın guya Xankəndidə humanitar fəlakət yaratması ittihamı ilə car çəkmək, ermənilərin hüquq və təhlükəsizliyi məsələsini yenidən beynəlmiləlləşdirmək... Demək, onlar öz bağladıqları yolun uzun zaman bağlı qalmasında, hətta heç bir humanitar yük aparan avtomobilə də açılmamasında maraqlı idilər.
Lakin biz sübut etdik ki, Laçın yolunu humanitar yüklər üçün bağlayan biz yox, sülhməramlılar və ermənilərin özüdür. Artıq neçə gündür ki, həqiqi faktların təzyiqi altında ermənilər Laçın yolunda humanitar avtomobilləri qəbul etmək zorundadırlar. Peşmançılıq bu üzdəndir ki, qurduqları oyun öz əleyhlərinə işlədi.
Qurduğunuz qalacığı başınıza belə yıxarlar...”
Tahir TAĞIYEV