çərşənbə günü, 11 noyabr 2026
     

İki "elektrik körpüsünün" biri, Əliyevin unikal kombinasiyası, Putini "səxavətdən" çəkindirən arqument… - Aydın QULİYEV yazır...

Image


İkinci körpünün də reallaşacağına doğru proses gedir, lakin heç də hər şey Azərbaycanın əlində olmadığı üçün proseslərə indikindən artıq sürət vermək olmur.

Söhbət Azərbaycan-Zəngəzur dəhlizi-Türkiyə-Avropa və Azərbaycan-Gürcüstan -Qara dəniz-Rumıniya-Macarıstan elektrik xətlərindən, məntiqi olaraq "yaşıl enerji körpülərindən" gedir.

Çoxları əsaslı olaraq gözləyirdi ki, Zəngəzur dəhlizi üzərindən Türkiyə vasitəsilə Avropaya elektrik enerjisinin ötürülməsi daha tez baş tuta bilər. Çünki Vətən Müharibəsinin yaratdığı reallıqların "izləri hələ isti-isti" olanda Rusiya Zəngəzur dəhlizinin mümkün qədər tez açılmasında maraqlı görünürdü. Bu dəhlizin açılmasının İranda doğuracağı narahatlığın bütün konturları və Ermənistanın Zəngəzur dəhlizini olduqca baha qiymətə satmaq siyasətinin bütün çərçivəsi isə Rusiya tərəfindən hələ tam nəzərə alınmamışdı. Aylar ötdükcə, Rusiyada fərqinə varmağa başladılar ki, Zəngəzur dəhlizinin açılması ilə İran və Ermənistan kimi regional müttəfiqlərimizin maraqları arasında balansı heç cür sərf-nəzər etməməliyik, İran və Ermənistan kimi müttəfiqlərimizin işləyən Zəngəzur dəhlizində nələri itirə biləcəklərini bu başdan dəqiq görməli və nəzərə almalıyıq. Üstəlik, Avropa ilə enerji müharibəsinin qızışması Putini məcbur edir ki, Zəngəzur dəhlizinin açılmasına daha təmkinli yanaşsın, bir qədər gözləmə mövqeyi tutsun və Zəngəzur üzərindən Avropaya yeni enerji körpüsünün açılması şanslarını çox da səxavətlə xərcləməsin. Beləliklə, bu və digər arqumentlər Azərbaycandan Avropaya Zəngəzur üzərindən şərti birinci sayılan "enerji körpüsünün" perspektivlərini bir qədər uzaqlaşdırdı. Taktiki oyunlara alternativlərsiz baş qoşmadığını və hamı üçün çox şeylərin itirilmiş sayıldığı məqamlarda gözlənilməz kombinasiyalarla  özünü göstərmək qabiliyyətini indiyə qədər artıq bir neçə şəraitdə sübut etmiş İlham Əliyev bu anda da tədbirsiz qalmadı...

Rumıniya səfəri və Buxarestdə məlum strateji əməkdaşlıq sazişinin imzalanması bu cəhətdən önəmli nümayişdir. Əliyev oturub gözləyəsi deyildi ki, İran-Rusiya-Ermənistan üçlüyü nə vaxtsa "insafa" gələrək Zəngəzur dəhlizinin açılmasında qərarlaşacaqlar. Təbii ki, nə zamansa bu reallıqla onların üçü də hesablaşmalı olacaqlar. Ancaq Azərbaycan Prezidenti bizim xeyrimizə işləyən əlahəzrət zamanın bəxş etdiyi şanslara göz yuma bilməzdi. Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında "yaşıl enerji"nin hasilatı və ötürülməsi üzərində sazişin imzalanması mövcud şansları həssaslıqla tutmaq bacarığını növbəti dəfə sərgilədi. Bu saziş Azərbaycandan Avropaya ilk "yaşıl enerji" körpüsü adlandırılır. Siyasətdə, geosiyasətdə və beynəlxalq münasibətlərdə heç nə təsadüf olmur və hər şey bir-birini tamamlayır. Sadəcə bir formulla bunu izah etmək mümkündür. Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycan üçün böyük miqyasda külək, günəş və hidroenerjinin hasilat imkanları açdı, xaricdən bu sektora xüsusi həvəslə investisiya qoyuluşları başladı və bu başlanğıclar hasil olunacaq "yaşıl enerji"nin satışı üçün stabil və təminatlı bazar axtarışlarını zəruri etdi… Heç təsadüfi deyil ki, İlham Əliyev Buxarestdə "sizə enerji təhlükəsizliyi təminatı, bizə isə stabil bazar təminatları lazımdır" deyə bəyanat verdi. Təkcə bu sözlər Avropa liderlərini növbəti dəfə əmin etmək gücündədir ki, Azərbaycan Prezidenti bütün əməkdaşlıq layihələrinə maksimum ardıcıl və dəqiq hesabatlılıqla yanaşmaq prinsipinə nə qədər sadiqdir. Azərbaycan Prezidenti bunu Bakı-Ceyhanda, Bakı-Ərzurumda, Bakı-Qarsda, Cənub Qaz Dəhlizində, TANAP-da, TAP-da, İAP-da göstərdi və Transbalkan kəmər layihəsində də göstərmək əzmini bir an azaltmır. Avropa liderləri yaxşı anlayır ki, Azərbaycan özünün "yaşıl enerji" mənbələrini nə qədər çox üzə çıxarsa, həm o qədər "yaşıl enerji" ixracına şərait açılacaq, həm də Azərbaycanın ixrac qaz potensialı böyüyəcək ki, bu da avropalılar üçün əlavə qaz həcmi almaq deməkdir. Əliyevin "yaşıl enerjimizin 80 faizini ixrac edəcəyik" bəyanatı Avropa dövlətləri üçün göydəndüşmədir və Rusiyanın ciddi enerji təhdidləri qarşısında onların daha inamlı daxili siyasət aparmaları üçün böyük motiv verir...

Bu mənada İlham Əliyevin Azərbaycanın quruda 27 qiqavat, dənizdə 157 qiqavat "yaşıl enerji" hasil etmək potensialları barədə söylədikləri Avropa üçün olduqca önəmlidir, həm də Azərbaycanın postmüharibə dövrünə xas yeni güc imkanlarını nümayiş etdirir.

Burada məsələnin başqa bir tərəfi də var. Bizim Prezident Azərbaycanın bərpa olunan enerji sektoruna hələlik iki qlobal şirkətin sərmayə qoyması və azı 10 qiqavat elektrik enerjisinin hasil olunacağı barədə bəyanatı da təsadüfən səsləndirmədi.  Bu eyni zamanda, Avropa ölkələrini Azərbaycanın bərpa olunan enerji sektoruna sərmayə yatırmağa güclü təşviq mesajıdır.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ