Cümə axşamı günü, 12 noyabr 2026
     

Petrosyanla Köçəryan arasında hakimiyyət uğrunda mübarizə başladı

Image


Son vaxtlar Ermənistanda  açıq şəkildə müharibə ritorikası müşahidə edilir. Baş nazir Nikol Paşinyanın Fransaya, xarici işlər naziri Ararat Mirzoyanın isə Birləşmiş Ştatlara səfərlərindən sonra İrəvan Azərbaycanla danışıqlar prosesini davam etdirməkdən daha çox Bakıya qarşı təhdid dolu bəyanatlar səsləndirməyə üstünlük verir.

Bəs, görəsən bütün bunlar və Ermənistanın müharibə hazırlıqları yeni hərbi qarşıdurma və genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi? Bu və   digər suallarla Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət etdik.

-Yunus bəy, son vaxtlar Ermənistan tərəfindən səsləndirilən təhdid dolu bəyanatlar və müharibə hazırlıqları yeni bir savaşa gətirib çıxara bilərmi?

-44 günlük müharibə kimi genişmiqyaslı bir savaşın olması gözlənilmir. Əslində buna Ermənistanın silahlı qüvvələri də hazır deyil. Digər tərəfdən hazırkı situasiyada daha çox Ermənistan daxili siyasi proseslərin gərginliyi, həmçinin İrəvanın Rusiyadan qaçmaq istədiyi müşahidə edilir. Baş nazir Nikol Paşinyanın Fransaya səfəri, bu ölkənin KTMT-də iştirakdan imtina etməsi barədə səsləndirilən fikirlər, eləcə də Fransa və Amerikadakı erməni lobbilərin məlum bəyanatları bir daha onu göstərir ki, Ermənistanda Rusiyadanqaçma  prosesi sürətlənib. Bunun da səbəbi məlumdur. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın düşmüş olduğu vəziyyət Ermənistanı özünə daha güclü ölkə tapmaq məcburiyyətində qoyub. Rusiya Ukrayna müharibəsinə qədər nə qədər güclü, qüdrətli idisə, Ermənistan onun yanında idi. Ukrayna ilə müharibə başlayandan və ona qarşı sanksiyalar tətbiq ediləndən sonra Rusiyanın əli, təsiri bir qədər zəiflədiyi üçün Ermənistan ondan yan qaçnağa üstünlük verib. Ancaq Rusiyadan kənarlaşmaq Ermənistana çox ağır başa gələ bilər. Faktiki olaraq bu gün Ermənistanın bütün strateji istiqamətlərini, hava məkanı, gömrük, dəmir yolu, elektrik enerjisi, təbii qaz kimi vacib sahələri Rusiya idarə edir. Bundan başqa Rusiyanın Gümrüdə 102-ci bazası mövcuddur. Bir sözlə Rusiyadan uzaqlaşmaq istiqamətində aparılan fəaliyyətlə Ermənistanın uçuruma yuvarlanmaq prosesinə təkan verilir. Cərəyan edən hadisələrin fonunda Nikol Paşinyanın hakimiyyətdən getmək məsələsi gündəmə gəıib. Əgər Rusiya əlini Paşinyanın üstündən çəksə və onun hakimiyyətdə qalmasını istəməsə, təbii ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistanda hakimiyyət uğrunda gedən mübarizədə iki əsas fiqur diqqət çəkir, onların proseslərin önündə getdiyi müşahidə edilir. Bunlar sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryandır. Robert Köçəryan birbaşa Rusiyaya, Ter-Petrosyan isə daha çox Qərbə, Amerikaya meyillidir. Eyni zamanda onun xalqın içərisindəki nüfuzu Köçəryandan daha çoxdur. Onu da qeyd etmək yerinə düşər ki, hər iki şəxsin Azərbaycan və Türkiyəyə qarşı loyal münasibəti hiss olunur. Düzdür, Qarabağ Petrosyanın Ermənistan prezidenti, olduğu illərdə işğal edilib. Məhz Köçəryanın separatçıların lideri olduğu zamanda Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirilib.  Ancaq indiki halda müşahidə edilən mənzərə ondan ibarətdir ki, onlar mövcud reallıqlarla barışdıqlarını ifadə edirlər. Məsələn, Köçəryanın son müsahibəsi əvvəlki müsahibələrindən tamamilə fərqlənir. O artıq Hadrut və Şuşanın adını çəkmir. Açıq şəkildə bildirir ki, Rusiya ilə Azərbaycanın müttəfiqliyi var və Moskva Ermənistana görə Bakı ilə münasibətləri pozmayacaq. Fakt ondan ibarətdir ki, artıq hər üçü, həm Petrosyan və Köçəryan, həm də Paşinyan Qarabağ adını çəkmir və Azərbaycanla, eləcə də Türkiyə ilə normal münasibətlərin formalaşdırılmasına maraqlı olduğunu sərgiləyirlər. Bu baxımdan hesab edirəm ki, yaxın vaxtlarda Petrosyanla Köçəryan arasında hakimiyyət uğrunda çox ciddi mübarizə başlayacaq. Proseslər hətta vətəndaş müharibəsi səviyyəsinə belə çata bilər. 

 

-Bu həm də Qərblə Rusiyanın Ermənistan uğrunda mübarizəsi sayıla bilərmi?

-Əslində çox maraqlı proseslər gedir. Ermənistan həm KTMT-də Rusiyanın müttəfiqidir, həm də qeyd etdiyimiz kimi bu ölkənin bütün strateji nöqtələri Rusiyanın nəzarəti altındadır. Rusiyaya Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq edilsə də, lakin eyni addım Ermənistana qarşı atılmır. Niyə? Çünki Ermənistan-Azərbaycana münasibətlərində Qərb, Avropa və Rusiya birləşmişdi. Ancaq son zamanlar hiss olunur ki, Rusiya həmin faktordan ayrılıb və Qərb yenə də eyni mövqedə qalır. Ermənistana nəinki Qərb tərəfindən sanksiyalar tətbiq olunur, əksinə ona dəstək verilir. Düşünürəm ki, bu da Qərbin ənənəvi olaraq nümayiş etdirdiyi ikili standartlardan irəli gəlir. Hazırda Qərbin Ermənistan qarşısında qoyduğu seçim ondan ibarətdir ki, KTMT-dən çıx, səni yanımıza alaq. Ancaq qeyd etdiyim kimi belə bir addım atmaq Ermənistan üçün acı nəticələrə gətirib çıxara bilər. Ermənistan nəzərə almalıdır ki,  atları döngədə dəyişməzlər. 

-Bu arada İranın və Hindistanın Ermənistana hərbi yardım etməsi, o cümlədən Amerika və Fransanın İrəvana hərbi yardımlar ayıracağı barədə yayılan xəbərlər İrəvanın əlini nə qədər gücləndirmiş olacaq?

-Bu cür informasiyalar dövriyyəyə burxılsa da, əslində onlar hələ öz təsdiqini tapmayıb. Məsələn, Amerikanın Ukrayna kimi, Ermənistana da silah-sursat verəcəyi bildirilirdi. Ancaq sonradan bəyan edildi ki, həmin silahlar Ermənistana verilə bilməz. Çünki həmin silahların sirrini Rusiya əldə edə bilər. Yəni, bu da o anlamı verir ki, Rusiyadan uzaqlaş, bundan sonra həmin silahları sənə verək. Ancaq düşünürəm ki, Rusiya buna imkan verməyəcək.  Moskvanın Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün elə də ciddi fəaliyyətə ehtiyacı yoxdur. Ter-Petrosyan, yaxud Köçəryanın əli də Paşinyan hakimiyyətdən devrilə bilər. 

O ki qaldı İrana, bu ölkə doğrudan da Ermənistana dəstək verir və bu dəstək hər zaman olub. Ancaq hazırda İranın başı özünə qarışıb.  Artıq iki həftədir ki, bu ölkədə igtişaşlar davam edir. Əslində İranda iğtişaşların baş verməsinin səbəbi bir nəfərin baş örtüsünü atması və ona qarşı törədilən cinayət deyil. Çünki ötən illər ərzində ondan da cəmiyyət tərəfindən tanınan, xüsusi fəallığı olan şəxslər qətlə yetirilib, lakin İran bu şəkildə ayağa qalxmayıb. İnsanlar, cəmiyyət ciddi bir şəkildə etiraz etməyib. İranda 40 ildən artıqdır ki, insanlar rejimdən yorulub, daim təqib olunmaq, izləmməkdən beziblər. Siyasi azadlıqları bir tərəfə qoyaq, hətta sosial azadlıqlardan məhrum olmaları, bəzi təhlükəsizlik qurumlarının hətta dövlətdən üstün mövqedə durması insanları tamamilə yorub və onlar bununla barışmaq istəmirlər. Sadəcə olaraq həmin xanımın öldürülməsi İranda bir qığılcım oldu və partlayışa çevrildi. Bundan sonra isə artıq siyasi mübarizə başlayır və düşünürəm ki, həmin siyasi mübarizəyə Güneydə yaşayan soydaşlarımız da qoşulacaq.  Çünki Güneydəki soydaşlarımızın da artıq özlərinin şüarı var. Bunlar "milli hökumət", "azadlıq" və "ədalət" şüarlarıdır. Hesab edirəm ki, İranda bundan sonra təlatümlər çox olacaq. Çünki İranda hakimiyyət, rejim dəyişikliyində Amerika da maraqlıdır və Birləşmiş Ştatlar istəyir ki, köhnə şah rejimini bərpa etsin. Ancaq hesab edirəm ki, indi həmin dövr deyil. Amerikaya daha çox demokratik bir dövlət lazımdır. Hər halda Amerika istəyir ki, demokratik dövlət adı altında İranda da İraq kimi bir şey yaratsın. Beləliklə, İranı da öz bildiyi kimi idarə edib onun nefti, qazını ələ keçirsin. Bir sözlə, İranda hələ çox hadisələr baş verəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ