Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan 13 sentyabr təxribatından hələ dərs götürmür – İrəvan kimin iradəsinə oynayır...

Image


Ermənistan, 12-13 sentyabr təxribatları nəticəsində ağır zərbələr almasına baxmayaraq, hələ də sərhədlərin dəqiqləşməsi üzrə danışıqlara başlamağa maraq göstərmir. Böyük zərbə aldı, 200-dən artıq əsgərini, hərbi texnikalarını itirdi, mühüm strateji yüksəkliklər Azərbaycanın nəzarəti altına keçdi, Azərbaycan Ermənistanın özünün də ərazisi daxil olmaq şərtilə bir sıra ərazilərə gözlə görünən qaydada nəzarət imkanlarını ələ keçirdi.

Bütün bunlara baxmayaraq, hələ də Ermənistan bundan nəticə çıxarmayıb. Bu ölkənin bu qədər ağır zərbələrdən lazımı nəticə çıxararaq sərhədlərin delimitasiyası və demarkasiyası danışıqlarına başlamaması nə deməkdir? Bu, Ermənistanın özünün apardığı müstəqil siyasətdir, yoxsa Ermənistanın havadarları və müttəfiqləri ona lazımı dərsi, nəticəni çıxarmağa imkan vermirlər?

  • “...yenidən revanşist qüvvələrin təsiri altında Azərbaycana qarşı təxribatçı addımlar atır”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edildikdən və kapitulyasiya aktını imzaladıqdan sonra bu ölkənin daxilindəki xaotik proseslər, iğtişaşlar, qarşıdurmalar, vətəndaşlarla dövlət qurumları, o cümlədən də müxalifətlə hakimiyyət arasında qarşılıqlı ittihamlarla, qarşıdurmalarla paralel sərhəd təxribatlarını davam etdirir: “Öncə ona diqqət yetirək ki, əvvəllər bu təxribatlar Azərbaycan ərazisində, Qarabağda, sülhməramlıların nəzarəti altında olan ərazilərdə baş verirdi. Amma ən sonda 3 avqust tarixində Azərbaycan ərazisində baş verən təxribat nəticəsində biz bir şəhid verdik, ermənilər isə kütləvi şəkildə itkilər verdilər. Azərbaycan mart ayında Xocalı, Xocavənd ərazilərinə ciddi nəzarət imkanları verən Fərrux yüksəkliyini əldə etdikdən sonra Bozdux, Qırxqız, Sarıbaba, Üçdik və Laçın dağ yüksəkliklərini əldə etdi. Ermənistanın hərbi hissəsini darmağın etdi, bir neçə postunu məhv etdi. Demək olar ki, hazırkı məqamda Azərbaycan Qarabağ ərazisində, ətraf yerlərdə bütün strateji yüksəklikləri öz nəzarəti altında saxlayır, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan bu yüksəkliklərdən həm Xankəndiyə, həm ümumilikdə Qarabağa, həm də digər ərazilərə açıq şəkildə nəzarət etmək mümkündür. Bundan sonra Ermənistan artıq Laçın dəhlizi üzərində yerləşən Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmaq istəməməsinin nəticəsi olaraq bu təxribatları törətdi. Bu təxribatlar nəticəsində lazımı cavabını aldıqdan sonra həmin əraziləri boşaltdı. Artıq bizə məlumdur, 26 avqustda Laçın şəhəri Azərbaycanın nəzarəti altına keçdi. Bundan sonra Laçın şəhərinə alternativ yol olan Laçın-yeni yol Azərbaycanın nəzarətində olan ərazilərdən keçdi. Burda artıq Ermənistanın, onun qanunsuz silahlı birləşmələrinin manevr imkanları sıfıra düşüb. Onlar artıq Azərbaycan ərazilərində yeni təxribatlar törədə bilmirlər. Çünki Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərə ciddi şəkildə nəzarət edir. Məhz bunun nəticəsi idi ki, həmin o təxribatlar artıq sərhədyanı ərazilərə çıxdı. Onlar ən son Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində təxribatlar törətdilər. Bu təxribatlarla da İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan mövqelərini atəşə tutduqları Basarkeçər, Qarakilsə, İstisu və Gorus istiqamətindən atəşkəsi pozmağa cəhdlər göstərdilər. Sentyabrda baş verən sonuncu genişmiqyaslı təxribatın da cavabı Azərbaycan Ordusu tərəfindən layiqli şəkildə verildi. Azərbaycanın 81 hərbçisi şəhadətə yüksəldi, amma Ermənistanın yüzlərlə itkisi oldu, hərbi hissələri, postları darmadağın edildi. Demək olar ki, hazırda Azərbaycan sərhədyanı ərazilər boyu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Murovdan Araz çayına qədər bütün strateji yüksəklikləri öz nəzarəti altında saxlayır. Bəzi məqamlarda ermənipərəst qüvvələr Azərbaycanı Ermənistan ərazisinə girməkdə ittiham edirlər, hətta Azərbaycanın daxilində olan sapı özümüzdən olan bəziləri də bu iddianı səsləndirdilər. Amma bu məsələlərə Prezident İlham Əliyev Laçın şəhərinə etdiyi səfər zamanı son qoydu ki, Azərbaycanın heç bir dövlətin ərazisinə girmək istəyi yoxdur. O cümlədən də Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlamasına baxmayaraq və Azərbaycana qarşı kifayət qədər cinayətlər, soyqırım, təcavüzlər törətsə də, Azərbaycan buna analoji addımla cavab vermək istəmir. Azərbaycan sadəcə olaraq Ermənistandan sülh sazişini imzalamağı, Ermənistanı sülhə məcburetmə prosesini həyata keçirir və Azərbaycan regionda sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarıdır”.

X.Bəşirovun sözlərinə görə, amma bütün bunlara baxmayaraq, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra, 10 noyabr bəyanatı da daxil, 11 yanvar 2021-ci il tarixli Moskva bəyannaməsini, 26 noyabr 2021-ci il Soçi bəyanatını, ondan sonra Brüssel platformasının başlanmasından sonra ötən ilin 13-14 dekabr tarixlərində Brüsseldə keçirilən ilk görüşdə, bu ilin aprel ayının 6-da keçirilən ikinci, 22 may tarixində keçirilən üçüncü Brüssel görüşündə və ən sonda 31 avqust tarixində keçirilən sonuncu Brüssel görüşündə üçtərəfli qaydada Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin iştirakı, təşəbbüsü və vasitəçiliyi ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri, kapitulasiya aktını imzalayan Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşlərdə əldə edilən razılaşmalara, səsləndirilən bəyanatlara baxmayaraq, öz üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədi. “Amma buna baxmayaraq, Azərbaycan həmin bəyanatlarla, razılaşmalarla, imzalanmış sənədlərlə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı şəkildə həyata keçirdi. Hətta bəzi məqamlarda vaxtından əvvəl həyata keçirir.

Fikrimcə, bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın daxilində xaotik proseslər davam edir, dövlət olaraq, ordu olaraq Ermənistanın gücü sıfıra düşüb, bu gün Ermənistan yenidən revanşist qüvvələrin təsiri altında Azərbaycana qarşı təxribatçı addımlar atır. Eyni zamanda növbəti müharibələrdən dəm vurur. Amma düşünürəm ki, bu məsələ heç də Ermənistanın hazırkı siyasi və hərbi rəhbərliyinin müstəqil siyasəti ilə bağlı deyil. Əksinə, onlar kimlərinsə boyunduruğu altında bu addımları atırlar. Burda əsas rol erməni diaspor və lobbi təşkilatlarının üzərinə düşür. Erməni diaspor və lobbi təşkilatları mövcud olduqları dövlətlərdə təsir mexanizminə malikdirlər. Həmin o dövlətlər vasitəsilə Ermənistanın indiki iqtidarına, Nikol Paşinyana və onun qruplaşmasına təsir göstərirlər. Onlar mümkün qədər regionda münaqişə fonunun movcud olduğunu göstərməyə, mümkün qədər Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra tarixin arxivinə göndərdiyi “status”, “Dağlıq Qrabağ”, “ATƏT-in Minsk qrupu” və digər bu kimi məhv edilmiş dırnaqarası ifadələri gündəmə gətirməyə çalışırlar. Onların da bu istəklərinə erməni diaspor və lobbi təşkilatlarının mövcud olduğu ABŞ-dakı bəzi qüvvələr, Fransada və digər bir sıra dövlətlərdə, hətta Rusiyada belə olan bəzi qüvvələr təsir göstərir. Hesab edirəm ki, əslində bu, Ermənistanı daha da ciddi bataqlığa, o cümlədən də siyasi və iqtisadi blokadaya aparır. Düşünürəm ki, Ermənistan hazırkı məqamda müdriklik göstərib bu prosesdən çıxmaq əvəzinə daha da dərinliyə doğru getməkdədir. Bu da əslində Ermənistanın bir dövlət kimi ciddi təhlükə altında olmasından xəbər verir. Hər bir halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, atılan istənilən təxribatçı addımlarda, onun nəticələrində məsuliyyət bilavasitə Ermənistanın hazırkı iqtidarı, Nikol Paşinyanın və onun ətrfındkı qruplaşmanın üzərinə düşür”.

X.Bəşirovun qeyd etdiyinə görə, İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın atdığı bütün addımlara, törətdiyi cinayətlərə görə məsuliyyət Qarabağ klanının -  Köçəryanın, Sarkisyanın, Ohanyanının üzərinə düşürdüsə, Ermənistanın  İkinci Qarabağ müharibəsində törətdiyi cinayətlərin məsuliyyətini Paşinyan iqtidarı daşıyır. Bu məsələdə də bizim haqlı mövqedən çıxış etdiyimizi vurğulayan X.Bəşirovun fikrincə, hazırda nə dövlətçilik, nə hərbi və digər məqamlar baxımından, məqsədəuyğun deyil ki, Azərbaycanın bütün strateji yüksəkliklərə nəzarət etdiyi ərazilərdə Azərbaycan ordusuna qarşı hansısa təxribatçı addım atılsın: “Bu, erməni silahlı birləşmələrinin tör-töküntülərinin, Ermənistanda qalan və kapituliyasiya aktından sonra mövcud olan hərbçilərinin, erməni zabit və əsgərlərinin ölümə göndərilməsindən başqa bir çey deyil. Təbii ki, bu məsələdə Ermənistan mümkün qədər çox itkilər verib, dünya ictimaiyyətinin diqqətini regiona cəlb etmək istəyir. Düşünürəm ki, bu ağılsızlıqdır, uzaqgörənlikdən, dövlətçilikdən tam kənardır. Hər halda, Ermənistan anlamalıdır ki, bu prosesdən yeganə çıxlış yolu nə Moskva, nə Paris, nə Brüssel, nə Vaşinqton və digər paytaxtlar deyil, sadəcə rəsmi Bakı ilə bu məsələdə ikitərəfli qaydada  danışıqlar aparıb, Azərbaycanın sülh şərtlərini qəbul etməlidir, necə ki, 11 mart tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana göndərdiyi sülh təşəbbüsləri ilə bağlı beş bəndlik təklifi Ermənistan qəbul edib. Amma onun qəbul edilməsi ilə bağlı real addımlar atmır. Bu istiqamətdə Ermənistan addım atmalıdır və bu prosesdən yalnız bu yolla çıxa bilər. Əks təqdirdə Ermənistan özünü daha ciddi problemlərlə üz-üzə qoyacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ