Cümə axşamı günü, 12 noyabr 2026
     

BMT rəhbərliyi ədalətli olsaydı Paşinyanın ağzından elə oradaca vurardı - Azərbaycan ərazi bütövlüyü prinsipini inkar etmir

Image


Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də BMT Baş Assambleyasının 77-ci sessiyasında özünü yenidən dünyanın gülüş hədəfinə çevirdikdən sonra yenə də BMT-də səsləndirdiyi cəfəngiyyatlarını davam etdirib.

Ermənistanın Baş naziri "Twitter" mikrobloqunda bildirib ki, İrəvan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı suala cavab almayıb: “BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, onda sülh sazişinə getmək lazımdır. Təəssüf ki, hələlik müsbət reaksiya yoxdur. Sual budur ki, niyə?”

Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın tanıyacağı xəritəni göstərməsini xahiş edib.

N.Paşinyan deyib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayıb. Sual olunur, əgər BMT Ermənistanın ərazi bütövlüyünü tanıyıbsa, demək Azərbaycan da tanıyıb. Bu öz yerində. Məlumdur ki, Ermənistan ərazi bütövlüyü məsələsinə normal yanaşmır, o, “ərazi bütövlüyü” deyəndə Qarabağı Ermənistanın tərkibində görür. Bunu Azərbaycan necə tanıya bilər? Yaxud da ki, BMT Ermənistanın ərazi bütövlüyünü Qarabağla bir yerdəmi tanıyıb?

Ekspertlər deyir ki, əslində Paşinyanın cavabını BMT rəhbərliyi BMT Baş Assambleyasının 77-ci sessiyasında verməli idi. Yəni BMT rəhbərliyi ədalətli olsaydı Paşinyana yerindəcə cavab verərdi və o, Ermənistana qayıtdıqdan sonra sərsəmləmələrini davam etdirməzdi.

  • “Ermənistan həmin dövrdən indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımayıb...”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənisanın baş naziri yenə də öz ənənəsinə sadiq qalaraq beynəlxalq aləmi çaşdırmağa çalışır: “İndiki vəziyyətdə Ermənistan dünya qarşısında tamamilə riyakar bir mövqedən çıxış edir və beynəlxalq aləmi çaşdırmağa çalışır. Əgər söhbət ərazi bütövlüyü məsələsindən gedirsə, Azərbaycan və Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT tərəfindən sərhədləri daxilində tanınıb. Ermənistan həmin dövrdən indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, millətlərin öz müqəddəratını təyin etmək hüququ bəhanəsi ilə Qarabağa qarşı ərazi iddiası irəli sürüb. Nəinki Qarabağa, hətta digər ərazilərimizə qarşı da əsassız iddialar edib. İndiki dövrə və 12-13 sentyabrdan sonrakı vəziyyətə gəlincə, bilirsiz ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli sərhəd məsələsi həll olunmayıb. Azərbaycan təklif verir, saziş imzalamağa 5 prinsip irəli sürür, komissiya yaranıb, amma Ermənistan müstəqil siyasət yeridə bilmədiyinə, forpost olduğuna görə onun başına ip salıb fırlayırlar, o da hər dəfə bir söz deməklə canını qurtarmaq istəyir. Əgər normal bir dövlət olsaydı, normal siyasət yeritsəydi bu problemlər çoxdan həll olunardı. İndiki dövrdə Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən olunmadığına görə hər hansı bir ərazini tutmaq, əraziyə girmək, öz ərazisi kimi təqdim etmək məsələsi düzgün yanaşma deyil. Qaldı ərazi məsələsinə, BMT-yə qədər Birinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq qurumlar var. Xəritə məsələsinə gəlincə, biz xəritələri irəli sürə bilərik. Cümhuriyyət dövründən əvvəlki dövrün xəritəsini də, Cumhuriyyət dövrünün xəritəsini də təqdim edə bilərik. Məsələn, Cumhuriyyət dövrü xəritəsində sərhəd Göyçə gölünün içindən keçir, Zəngəzur tam Azərbaycan ərazisidir”.

M.Zülfüqarlının sözlərinə görə, xanlıqlar dövrünü götürsək, Ermənistan adlı dövlətdən söhbət gedə bilməz, ermənilər burada yaşamayıb, onlar bura Türkmənçaydan sonra köçürülüblər. Köhnə xəritələrin heç birində Ermənistanın izi-tozu olmadığını deyən M.Zülfüqarlı deyir ki, Azərbaycan müasir dövrdə beynəlxalq hüquqa hörmətlə yanaşdığı üçün biz Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edirik. “Biz Ermənistandan tələb edirik ki, sən Azərbaycanın ərazi bütövlüyünü tanı, biz də səni BMT-yə daxil olarkən qəbul olunmuş sərhədlər daxilində tanıyırıq və bu sərhədləri də bir yerdə komissiya vasitəsilə müəyyən edək. Doğrudan da, müstəqilliyin bərpasından sonra, hətta SSRİ dövründən sərhədlər düzgün bölünməyib, müəyyən edilməyib. Bu problem hətta Rusiya ilə Azərbaycan, Azərbaycanla Gürcüstan arasında da var. Bunları tənzimləmək lazımdır. Sadəcə olaraq Ermənistan daim razılaşmadan qaçmaqla və beynəlxalq aləmdə məsuliyyətsiz fikirlər irəli sürməklə işini bitmiş hesab edir. Azərbaycan qalib dövlətdir və Ermənistan artıq bəhanələrlə heç bir şey edə bilməz. İndi çalışmalıyıq ki, BMT-də qəbul olunan sərhədlər daxilində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və Azərbaycan ərazisində olan erməni hərbi birləşmələri də təcili ərazimizdən çıxsın. Azərbaycan-Ermənistan sərhədləri yaranməş komissiya ilə birgə müəyyən edilsin. Yeganə çıxış yolu da budur, Azərbaycan da bunu istəyir. Əgər belə olmazsa Azərbaycan necə ki Qarabağ münaqişəsini öz gücünə həll etdi, sərhəd problemini də öz gücünə həll etmək iqtidarına malikdir. Biz beynəlxalq hüquqa söykənərək öz hüquqlarımızı, öz ərazi bütövlüyümüzü müdafiə etməyə hazırıq”.

M.Zülfüqarlı qeyd etdi ki, Qarabağ BMT tərəfindən Azərbaycan ərazisi olaraq tanınıb: “Qarabağ BMT tərəfindən Azərbaycanın sərhədləri daxilində tanınıb. BMT rəsmən Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olduğu da məlumdur. BMT rəhbərliyi Paşinyanın cəfəngiyyat danışdığını çox yaxşı bilir və gərək orada ona Ermənistanın işğalçı olduğu xatırladıla idi. Qarabağ Azərbaycanın ərazisidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ