Cümə axşamı günü, 12 noyabr 2026
     

Miqrantların Rusiyadan böyük qayıdışı sürətlənir

Image


Rusiyada prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıblar. İndi maraq doğuran odur ki, bu səfərbərliyin Rusiyada yaşayan həmvətənlərimizə təsiri necə olacaq.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bəzi ruslar, eləcə də orada yaşayan həmvətənlərimiz Azərbaycana üz tutub. Məlumata əsasən,  Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib. “Novaya Gazeta.Avropa” Rusiya Prezidenti Administrasiyasındakı mənbəyinə istinadən bu xüsusda bildirir: “Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı FTX-nin rəqəmləri bildirməsindən sonra başlayıb. Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”. Xatırladaq ki, Rusiya qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfər cəlb etmək istəyir. Onlar sırasında azərbaycanlılar da var. Lakin soydaşlarımız Ukraynaya qarşı vuruşmaq istəmir. Kurqan əyalətindən bir azərbaycanlı bu xüsusda BBC-yə bildirib: “Rus vətəndaşı olan azərbaycanlılar canlarını qurtarmağa çalışır. İnsanlar təşviş və çaşqınlıq içindədir, nə edəcəklərini bilmirlər". Onun sözlərinə görə, səfərbərlik qərarından sonra aviabiletlərin də qiyməti kəskin bahalaşıb: “Normal vaxtlarda 8-10 min rubla (240-300 manat) aldığımız biletlər indi 70-80 min rubla (2000-2400 manat) satılır.Bileti çərşənbə günü aldıq, amma cümə axşamı gələndə bilet almaq istəyən azərbaycanlılar dedilər ki, bir istiqamət üzrə biletlərin qiyməti 100-120 min rubla (3000-3600 manat) qalxıb”. Rus media qurumlarının yazdığına əsasən, ilk olaraq xüsusi hərbi vəzifə təcrübəsi olanlar - atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər və sürücü-mexaniklər orduya çağırılır. İkinci mərhələdə yaşı 35-dən aşağı olan əsgər və çavuşlar, 50 yaşa kimi orta rütbəli, 70 yaşa qədər isə yüksək rütbəli zabitlər səfərbərliyə alınır. Bundan əlavə, hərbi qeydiyyatda olan qadınlar, xüsusilə həkim qadınlar səfərbərliyə cəlb edilir. “Novaya Gazeta” nəşri isə özünün Prezident Administrasiyasındakı mənbəyinə istinadla bildirib ki, səfərbərlik qərarında gizli saxlanılan 7-ci bəndə görə, Rusiya Müdafiə Nazirliyi əslində bir milyon insanı səfərbərlik xətti ilə hərbi xidmətə cəlb etmək niyyətindədir. Onlar arasında vətəndaşlıq alan  miqrantların da sayı çoxdur. Çünki Rusiya vətəndaşlığı alan hər bir şəxs Rusiya dövlətinin qanunları ilə yaşayır. Azərbaycanlılarla yanaşı, burada Orta Asiya ölkələrindın olan miqrantların sayı da xeyli çoxdur. Orta asiyalı miqrantlar Moskvanın, belə demək olarsa, çirkli işlərini görməyə öyrəşiblər. Hər il Orta Asiya ölkələrinin yüz minlərlə vətəndaşı Rusiyanın paytaxtına gedərək orada süpürgəçi, təmizlikçi, tikinti işçisi kimi işlərdə çalışır. Onlar xidmət sektorunda çalışanların əsas hissəsini təşkil edirlər. Bunlar yerli rusların görmək istəmədiyi işlərdir. İndi isə Rusiyanın Ukraynada apardığı müharibə fonunda Dövlət Dumasının qəbul edə biləcəyi bir düzəlişlə insanlara Rusiya vətəndaşlığına “sadələşdirilmiş” sürətli keçid verilə bilər. Ancaq bunun əvəzində onlar “Rusiya Federasiyasının silahlı qüvvələrində, digər qüvvələrində və ya hərbi birləşmələrində” bir illik hərbi xidmət keçməlidirlər.

Qanunvericilikdə dəyişikliklə bağlı bu təklif Putinin sentyabrın 21-də qismən hərbi səfərbərlik elan etməsindən bir gün sonra səsləndirilməyə başlayıb. Səfərbərlik elanının, xüsusən də Moskva kimi şəhərlərdə olduqca mənfi qarşılanması bir daha ölən əsgərlərin böyük əksəriyyətinin ölkənin ucqar və yoxsul bölgələrindən olması faktını anlamağa imkan verir. Bu əsgərlərin çoxu etnik rus deyil. Miqrasiya tədqiqatçısı Yan Matuseviç deyir ki, hökumətin miqrantlara üz tutması, xüsusən də Moskva və Sankt-Peterburqdan olan imkanlı rusları səfərbərlikdən qurtarmaq məqsədi daşıyır. Bu siyasət iri şəhərlərdə imkanlı ruslara toxunmadan səfərbərlik sayını artırmağa imkan verə bilər. Moskva meri Sergey Sobyanin prezidentin sərəncamından az sonra öz şəxsi səhifəsində Saxarovo miqrasiya mərkəzində "xarici vətəndaşların hərbi xidmətə cəlb edilməsinin təşkili ilə bağlı Rusiya Müdafiə nazirliyini dəstəkləmək üçün infrastrukturun” yaradıldığını yazıb. Həm Putin, həm də müdafiə naziri Sergey Şoyqu bildiriblər ki, bu səfərbərlik ilk növbədə uyğun döyüş təcrübəsi olan ehtiyat əsgərləri hədəfə alır. Ancaq onların bu kimi bəyanatları az təlim görmüş kişilərin cəbhəyə göndəriləcəyi ilə bağlı narahatlıqları aradan qaldırmayacaq. Kreml dəfələrlə orduya yeni çağırılanların Ukraynaya göndərilməyəcəyini deyib. Ancaq əslində, çağırışda olan əsgərlərin orduya göndərildiyi hallar az deyil. İş adamı və Rusiyada Qırğızıstandan olan miqrantların diaspora lideri kimi tanınan Azamat Adılqaziyev “Azadlıq” radiosuna deyib ki, onun həmvətənləri, xüsusən də gənclər bir qədər panika içindədirlər. Onun sözlərinə görə, bəziləri təyyarə biletlərinin bu qədər baha olmasına rəğmən ölkəni tərk etməyə tələsir. O əlavə edib ki, ölkədən çıxanların çoxu artıq Rusiya vətəndaşlığı ala bilmiş qırğızlardır: “Vətəndaşlıq ala bilməyənlər üçünsə hərbi xidmət müqabilində Rusiya pasportu cəlbedici ola bilər. Çünki Rusiya pasportu almaq asan olmaya bilər. Bunun üçün bəzən iki il ora-bura qaçmaq lazım gəlir. Nə qədər adam yazılacaq? Saxarovoda növbə görməyənədək bunu demək mümkün deyil. Ancaq müəyyən qədər maraq və bunun nəticələrini anlamayan çoxlu insan var”.  Orta asiyalı miqrantların böyük əksəriyyəti üç ölkədəndir: Qırğızıstan, Tacikistan və Özbəkistan. Hər üç dövlət Rusiyaya siyasi loyallığı ilə seçilir. Bununla yanaşı, bu dövlətlər Rusiya və Belarusa qarşı beynəlxalq sanksiyalara önəm verdiklərindən, öz vətəndaşlarına qanunları pozaraq xarici müharibədə iştirak edənləri həbs cəzası gözlədiyi haqda xəbərdarlıq ediblər. Özbəkistanın Baş prokuroru sentyabrın 22-də xarici müharibədə iştirak etməyə görə 5 və 10 il arasında həbs cəzası nəzərdə tutulduğunu bəyan edib. Rəsmi Rusiya statistikasına görə, bu ilin ikinci rübündə Orta Asiyadan Rusiyaya işləməyə gələnlərin tən yarısı, yəni 1,54 milyon nəfəri Özbəkistan vətəndaşlarıdır. Qonşu Qırğızıstanın Moskvadakı səfirliyi isə eyni gündə xarici müharibələrdə döyüşməyə görə “10 ilədək” həbs cəzası nəzərdə tutulduğunu bəyan edib. Qırğızıstanın keçmiş baş naziri Feliks Kulov hökuməti artıq Rusiya pasportu alan və buna görə səfərbərliyə məruz qala biləcək 500 minədək Qırğızıstan doğumlu həmvətəninə kömək etməyə çağırıb: “Bu insanların hərbi xidmətə çağırılması onların yaxınlarına mənfi, hətta faciəvi təsir göstərəcək. Onlar yaxınlarının yeganə gəlir gətirənidir”. Qırğızıstan rəsmən Rusiya ilə ikili vətəndaşlığı qəbul etməsə də, praktikada bir çox vətəndaşlar hər iki ölkənin pasportuna sahibdirlər. Tacikistan hökuməti də sentyabrın 22-də bəyanatında xaricdəki hərbi fəaliyyətlərdə iştirak edənlərə qarşı “cinayət məsuliyyətinin” nəzərdə tutulduğunu bildirib. Bunlar fonunda Moskvanın səfərbərliyi məhdud miqyasda saxlayacağı ilə bağlı vədləri şübhə ilə qarşılanır. Bunun səbəblərindən biri Ukrayna qüvvələrinin irəliləyərək yüzlərlə kənd və şəhəri öz nəzarətinə qaytarmasıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ