Bazar günü günü, 11 oktyabr 2026
     

Qaz məsələsi Avropanı Rusiya qarşısında çökdürür, Azərbaycana ehtiyac artır

Image


Enerji daşıyıcılarının qiymətinin artması fonunda Rusiya bu il Avropa ölkələrinə qaz satışından rekord məbləğ - 100 milyard dollar qazana bilər. Bu məlumat Avropanın məşhur “Les Echos” qəzetində yer alıb.

Qəzet yazır ki, Rusiyanın qaz satışına görə proqnozlaşdırılan gəliri ötən illə müqayisədə təxminən iki dəfə çox olacaq. Bu proqnozu ABŞ-ın “Citibank”ının analitikləri də təsdiq edib. Bununla yanaşı qeyd edilir ki, Rusiyanın gəlirlərində neft, kömür və digər faydalı qazıntıların satışından əldə olunan maliyyə hesaba alınmır. Qəzet qeyd edir ki, sanksiyalara, səs-küylü bəyanatlara və embarqo təhdidlərinə baxmayaraq, Avropa İttifaqının 27 ölkəsi hər gün “Qazprom” şirkətinə 200 milyon dollar köçürür. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib, o cümlədən Rusiyadan neft-qaz idxalına embarqo qoyulması barədə müzakirələr gedir. Amma indiyə qədər bu xüsusda hansısa razılıq əldə edilməyib. Əksinə, Avropa şirkətləri bir-birinin ardınca Rusiyanın şərtləri ilə razılaşır. Hətta yayılan məlumata əsasən, İtaliyanın “Eni” neft-qaz şirkəti “Gazprombank”da rubl hesabının açılması prosesinə başlayır. Şirkətin yaydığı məlumata görə, “Eni” “Gazprombank”da biri avro, ikincisi rublla olmaqla iki cari hesab açacaq. Bu, “Gazprom Export”un Rusiya tərəfindən müəyyən edilmiş yeni qaz ödənişi proseduruna uyğun olaraq tərəflər arasında mövcud müqavilələrə dəyişiklik etmək üçün birtərəfli tələbindən sonra baş verib. “Eni” bu düzəlişləri rədd etsə də, hələ də avro ilə ödənişi nəzərdə tutan müqavilə hüquqlarına xələl gətirmədən həmin iki bank hesabını müvəqqəti açacaq. Bu açıq şərt ödəniş proseduruna daxil ediləcək. İtaliyanın müvafiq qurumları bu barədə məlumatlandırılıb. “Eurasiadaily” nəşri isə yazır ki, Avropa şirkətlərinin bir çoxu analoji addım atmağa məcbur olacaq və bunun də səbəbləri var: “Avropanın bu yay daha çox Rusiya qazına ehtiyacı ola bilər. Belə ki, avropalı alimlər Avropa, Asiya və ABŞ-da bu il yayın isti və quraq olacağını proqnozlaşdırırlar. Bundan əlavə, yay aylarında Asiya istehlakçıları gələn qış üçün ehtiyatlarını doldurmağa başlayırlar. Bu səbəbdən Avropa İttifaqı ölkələrində artıq əvvəl aldıqları qədər maye qaz olmaya bilər.

Qeyd edildiyi kimi Avropa, Asiya və ABŞ-ın bir hissəsi quraq və isti yay gözləyir. Bu proqnozu Aİ-nin Kopernik proqramının bir hissəsi olan İqlim Fəaliyyəti Xidməti dərc edib. May ayı proqnozunun dərc olunmuş qrafiklərinə əsasən, iyun və iyul aylarında təkcə Avropanın cənubunda və mərkəzində deyil, həm də qismən şimal-qərbdə anomal temperatur gözlənilir. Anomal temperaturlar kondisioner  üçün təbii qaza tələbatı artıra bilər. Çünki  enerji istehsalı üçün qaz lazımdır. Asiyada maye qazın ən böyük istehlakçıları olan Çin və Yaponiyada da isti yay vəd edilir. Deməli, Asiyada da qaz baha olacaq.  Avropada qazın qiyməti min kubmetr üçün hələ də 1000 dollar səviyyəsində qalır və indiyədək Asiyadakı qiymətləri üstələyir. Bu o fonda baş verir ki,  Rusiya qazının Avropaya tədarükü azalır. Rusiya qazının Avropanın ümumi idxalında payı 25%-ə düşüb. Bu il “Qazprom”un, Türkiyə və Böyük Britaniya istisna olmaqla, Avropaya tədarükünün 110 milyard kubmetrə qədər azala biləcəyi proqnozlaşdırılır. Ötən il onlar 140 milyard kubmetr təşkil edib. Səbəb Rusiyanın Avropa ilə münasibətdə qazdan siyasi təsir vasitəsi kimi istifadə etməsidir. O səbəbdən Avropa başqa mənbələrə üz tutur. Amma qısa müddətdə Rusiya qazını əvəzləmək çətindir”. Nəşr bildirir ki, Avropa başqa mənbələrlə təmaslarını intensivləşdirir. Azərbaycan və Əlcəzairlə aparılan son danışıqlar bunun faktiki təzahürüdür. Azərbaycan Avropa üçün həm də ona görə maraqlıdır ki, bu ölkə üzərindən Türkmənistan və İran qazı Avropaya çatdırıla bilər. Məhz belə bir vaxtda İranın Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini qeyd edib ki, İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək. Onun sözlərinə görə, İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək: “Türkiyə və İraqa qaz ixracına dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər iki ölkə qaz ixracının artırılmasını tələb edir. Biz Türkiyə ilə danışıqlar aparırıq, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər. Mövcud imkanları nəzərə alaraq, potensialın artırılması üçün bütün səylərimizi göstərəcəyik. Bu məsələ müzakirə olunur, işçi qrup yaradılıb və o, potensialını artıraraq, müqavilənin müddətinin uzadılmasına da çalışacaq. İraqa qaz ixracına gəlincə, həmin ölkə də əvvəlki müqavilənin uzadılmasını istəyir”. Azərbaycana İrandan qaz ixracının artırılması isə artıq həcmin Avropaya nəqlinə imkan verir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ