Cümə axşamı günü, 26 noyabr 2026
     

Daha bir Avropa ölkəsi enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırlaşır

Image


Rusiya ilə Ukrayna arasında müharibənin hələ uzun müddət davam etməsi qaçılmaz sayılır. Bunun isə dünya iqtisadiyyatına, o cümlədən enerji bazarlarına təsiri hər keçən gün daha da artır. Belə ki, məhz bu müharibə səbəbindən dünya bazarlarında enerji resurslarının qiyməti yüksək həddə qalmaqda davam edir.

Ekspertlər hesab edir ki, müharibə uzanarsa, enerji resurslarının, ilk növbədə təbii qazın qiymət artımı davam edəcək. Daha bir mənfi hal enerji resurslarının iqtisadi, siyasi təzyiq vasitəsinə çevrilməsidir. Qərb ölkələri Ukraynada keçirilən hərbi əməliyyatları əsas gətirərək, Rusiyadan enerji resurslarının idxalına qadağa qoymağa hazırlaşır. Öz növbəsində Rusiya satdığı təbii qazın ödənişini milli valyutası olan rublla etməyən ölkələrə “mavi yanacaq” tədarüküün tədricən dayandırır. Artıq Bolqarıstan və Polşa rublla ödənişdən imtina etdikləri üçün Rusiya bu ölkələrə təbii qaz ixracını dayandırıb. Belə ölkələrin sayının artması istisnalıq təşkil etmir. Bu müstəvidə Avropa İttifaqı, ayrı-ayrı Avropa ölkələrinin Azərbaycanla təmasları daha da sıxlaşmaqdadır. Öz növbəsində Azərbaycanın Avropaya nəql etdiyi qazın həcmi də artır. Qarşıdakı dövr ərzində Azərbaycan Avropaya daha çox həcmdə təbii qaz nəqlinə hazırdır. Bu kontekstdə bir sıra Avropa ölkələri enerji təhlükəsizliyini məhz Azərbaycanın hesabına təmin etmək niyyətində olduqlarını gizlətmirlər. Məsələn, Azərbaycan qazı hazırda Bolqarıstan üçün həyati əhəmiyyət kəsb edir. Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir. Bolqarıstanla yanaşı, Serbiya da təbii qaz təminatında Azərbaycana böyük ümid bəsləyir. Azərbaycan qazının bu ölkəyə Bolqarıstan vasitəsilə çatdırılması mümkündür. Avstriya, Rumıniya üçün də Azəbaycan qazının əhəmiyyəti artır. Azərbaycanın  Yunanıstan, Albaniya, İtaliyaya, bir sıra Mərkəzi Avropa ölkələrinin təbii qaz təminatında rolu artır. Belə bir vaxtda bəlli olub ki, artıq Litva da Azərbaycan qazına xüsusi maraq göstərir. Litva prezidenti Gitanas Nauseda qeyd edir ki, Azərbaycan qazı bir gün onun ölkəsinə də daxil olacaq. Litva prezidentinin ofisindən Trend-ə bildirilib: "Ukraynadakı müharibə enerji təchizatının şaxələndirilməsi baxımından Avropa üçün təcili çağırış oldu. Avropa İttifaqı (Aİ) Rusiyanın qazıntı yanacağından asılılığına son qoymağa çalışdığı üçün Aİ ölkələri enerji daşıyıcılarının alternativ tədarükçüləri ilə enerji əməkdaşlığının gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində, o cümlədən, Azərbaycandan böyük həcmdə təbii qaz əldə etməkdə son dərəcə maraqlıdır. Biz Azərbaycanı Aİ-nin enerji sektorunda etibarlı tərəfdaşı kimi qiymətləndiririk. Litva prezidenti gözləyir ki, bir gün Azərbaycan qazı Litvaya da daxil olacaq. Dövlət başçısı hesab edir ki, bu, Litvanı və Baltikyanı ölkələri Avropa Qaz Şəbəkəsi (GIPL) ilə birləşdirən yeni qaz kəməri, Litvanın mayeləşdirilmiş təbii qaz terminalının gücü, Azərbaycanı Aİ ilə birləşdirən qaz kəmərləri və əməkdaşlığın dərinləşdirilməsi üzrə hədəflər sayəsində mümkün olacaq”. Qeyd olunub ki, Azərbaycanın dünya ticarətindəki rolu nəzərə alınarsa, logistika sahəsində daha geniş investisiya imkanları ortaya çıxır: “Litvada bərpa olunan enerji sektoru yaxşı inkişaf edib. Eyni zamanda, Azərbaycanın Aİ-yə, o cümlədən Litvaya enerji tədarükünü artırmaq potensialı var. Biz bilirik ki, Azərbaycan ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını artırmağa çalışır. Litva bərpa olunan enerji, xüsusilə Günəş enerjisi sektorunun inkişafında güclü mövqeyə malikdir. Azərbaycan Qafqaz regionunda Litvanın çox mühüm tərəfdaşıdır. Biz əvvəlki kimi ikitərəfli münasibətlərin 13 sentyabr 2007-ci il tarixli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq daha da inkişaf etdirilməsində maraqlıyıq. Litva Aİ və NATO-nun üzvü olaraq bir çox sahələrdə, iqtisadiyyat, mədəniyyəti və təhsil sahələrində ikitərəfli əməkdaşlığın fəallaşmasına ümid edir. Litva prezidentini Azərbaycanda geniş biznes nümayəndə heyəti müşayiət edir. Litva biznesi Azərbaycanla ikitərəfli ticarətin, xüsusilə, İKT, innovasiyalar, nəqliyyat və logistika, enerji sahələrində inkişafına böyük maraq göstərir. Litvanı təhsil sektorunun nümayəndələri də müşayiət edəcək. Litva universitetlərinin rektorları ali təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Azərbaycan bütün Aİ üçün mühüm tərəfdaşdır. Biz yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlarda irəliləyişi səbirsizliklə gözləyirik. Bu, Azərbaycanla Aİ ölkələri arasında bir çox sahələrdə iqtisadi əməkdaşlığı fəallaşdırmağa imkan verəcək. İkitərəfli əməkdaşlığın prioritet sahələri iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və təhsildir. Litva enerji ehtiyatları idxalının şaxələndirilməsində maraqlı olduğu halda, Azərbaycanın marağı ərzaq idxalındadır və burada bizim biznes çox şey təklif edə bilər. Litva, həmçinin innovasiya və yüksək texnologiyalar, informasiya texnologiyaları və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində də təklif edə biləcəyi çox şey var”. Beləliklə, Azərbaycanın enerji resursları Litva üçün də xüsusi maraq doğurur. Bütün bunlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbycanın getdikcə daha mühüm tərəfdaşa çevrildiyini göstərir. Elə bundan irəli gəlir ki, enerji sahəsində Azərbaycan-Avropa əməkdaşlığı daha da dərinləşir. Bu da Azərbaycana əlavə siyasi, iqtisadi üstünlüklər qazandırır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ