Bazar günü günü, 11 oktyabr 2026
     

Avropa enerji böhranının həllində Azərbaycan önə çıxır…

Image


Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynaya biləcəyinə dair qlobal miqyasda etiraflar artır. Məsələ ilə bağlı  qardaş Türkiyənin "Haber7" nəşri yazır ki, Avropa təlaş içərisində Rusiya qazını əvəz edəcək vasitə axtarır: “Bu baxımdan, bir ölkə bir çox ölkələr üçün qaz təchizatı sahəsində həmin alternativ olmağa hazır olduğunu bildirib. Eyni zamanda, həmin Avropada etiraf edirlər ki, Rusiya qazının çatışmazlığını kompensasiya etmək o qədər də asan olmayacaq. Qardaş ölkəmiz Azərbaycan enerji böhranı şəraitində İsveçrə üçün alternativ olmağa hazırlaşır.

İsveçrə Qaz Sənayesi Assosiasiyasının bəyanatına görə, Ukrayna münaqişəsinə görə Rusiya qazının Avropaya tədarükü kəsilərsə, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Enerji böhranı yaranacağı təqdirdə İsveçrə Azərbaycan qazını almağa ümid edir. Azərbaycan Rusiya-Ukrayna münaqişəsi fonunda bir çox ölkələr üçün qaz təchizatı sahəsində alternativ olmağa hazırlaşır. Bu yaxınlarda İsveçrə Qaz Sənayesi Assosiasiyasının nümayəndəsi Tomas Heqqlin bildirib ki, Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmaq məcburiyyətində qalacaq. İsveçrə üçün ən mühüm alternativlərdən biri isə Azərbaycan qazıdır. Mümkün qaz təchizatı böhranına diqqət yetirən Heqqlin belə davam edib: “Biz buna hazır olmalıyıq. Rusiya qazının çatışmazlığı Avropada ən azı qısa müddətdə və istehlakı azaltmadan tam kompensasiya edilə bilməz. Lakin bu ssenaridə belə, İsveçrə yenə də üstün olacaq. Çünki İsveçrə Azərbaycandan qaz almağa davam edə biləcək". Nəşr daha sonra yazır ki, Azərbaycandan daha çox qaz almaq istəyən Avropa ölkələrinin sayı artır. Elə Azərbaycan da Avropaya qaz nəqlinin həcmini artırmaqda maraqlıdır. Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan 3,5 milyard dollar dəyərində 5,7 milyard kubmetr təbii qaz ixrac edib. 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 7,8% azalıb, dəyəri isə 4 dəfəyə yaxın artıb.  Buna səbəb Avropada qazın yüksək qiymətləri olub. Belə ki, gəlirlərdə artım Azərbaycan qazını Avropaya daşıyan 2020-ci il dekabrın 31-də istismara verilən “Transadriatik” boru kəməri (TAP) hesabına baş verib. Avropa ölkələrində isə qaz bahalaşır. Məsələn,  Almaniyada ölkədəki 13 milyon ev təsərrüfatının təchizatına cavabdeh olan elektrik tədarükçüləri aprel, may və iyun aylarında tariflərin təxminən 19,5 faiz artacağını bildiriblər. “Verivox” onlayn platforması 2022-ci ildə fərdi istehlakçıların üzləşəcəyi elektrik enerjisi qiymətlərindəki artımın Ukraynada baş verən hadisələrlə bağlı olduğunu bildirib. Almaniyada qazın qiymətində artım orta hesabla 42,3 faiz olacaq. Platforma qaz tədarükçülərinə “tarixdə görünməyən yüksək” qaz qiymətləri barədə xəbərdarlıq edir. Məlumata görə, əvvəllər bir ev təsərrüfatı təxminən dörd min kilovat-saat elektrik enerjisi istehlak edərək 1171 avro ödəyirdisə, hazırda bu rəqəm 1737 avroya çatıb. Digər ölkələrdə də qiymətlər yüksəlir.

Yaranmış şəraitdə Avropaya qaz nəqlinin həcm artımı Azərbaycanın maraqlarına cavab verir. Beynəlxalq Enerji Agentliyinin son hesabatında bu fonda deyilir ki, 2022-ci ildə TAP ilə Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrə çatacaq. Agentlik qeyd edir ki, 2021-2022 istilik mövsümündə Azərbaycan qazının Avropa İttifaqına tədarükü təxminən 4 milyard kubmetr artıb: "Oktyabr-fevral aylarında Azərbaycanda təbii qaz hasilatı 28 faiz və 3,4 milyard kubmetr artıb ki, bu Avropaya TAP vasitəsilə qaz tədarükünü 3,35 milyard kubmetr artırmağa imkan verib. 2021-ci ildə Azərbaycand təbii qaz hasilatı 25 faiz və ya 6,5 milyard kubmetr artıb". Həmçinin qeyd olunur ki, Azərbaycandan Avropaya qaz ixracı 40 faiz və ya 4,5 milyard kubmetr artıb. Bu artım davam edəcək. Artıq bəzi Avropa ölkələri üçün Azərbaycan əsas təchizatçılar sırasın yüksəlir. Məsələn, bu gün Azərbaycan İtaliyaya ən iri xam neft tədarükçüsüdür, indi isə TAP sayəsində üçüncü ən iri qaz tədarükçüsünə çevrilib. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə "Euractiv" nəşrinə müsahibədə bu xüsusda bildirib: "Ötən il biz İtaliyaya yeddi milyard kubmetrə yaxın qaz tədarük etmişik. İndiki hasilat tempinin saxlanacağı təqdirdə bu ilin sonunadək İtaliyaya uzunmüddətli və spot müqavilələr üzrə qaz ixracımız 9,5 milyard kubmetrə çata bilər. Məhz bu günlərdə TAP konsorsiumunun rəhbərliyi qaz kəmərinin tam nəql gücünə çıxdığını bildirib. Söhbət sutkada 33 milyon kubmetr və ya ildə 12 milyard kubmetr qazdan gedir. Bunun 10,5 milyard kubmetri İtaliyanın payına düşür”. İndi Avropada nəzərə alırlar ki, Ukraynada müharibə aparan Rusiya enerji resurslarının ixrac istiqamətini dəyişdirmək  niyyətini gizlətmir. Bu məqsədlə Rusiya ixrac üçün yeni infrastruktur layihələrinin icrasını sürətləndirməyə başlayıb. Şimal qonşumuz  indi neft, qaz və kömür tədarükünü Cənub və Şərqə yönəltməyə daha çox diqqət yetirir. Qərb istiqamətində enerji resurslarının tədarükü bu kontekstdə azalacaq. Araşdırmalar göstərir ki, Rusiya enerji resursrlarından imtina Qərb dövlətləri üçün ciddi problemlər yaratmaq iqtidarındadır. Bunu statistik rəqəmlər də təsdiq edir. Ötən ilin yekunlarına əsasən, Rusiyadan 214 milyon ton kömür, 230 milyon ton neft və 244 milyard kubmetr qaz ixrac edilib. Kömürün 28 faizi, neftin yarıdan çoxu, qazın 63 faizi Avropa, ABŞ və Yaponiya tərəfindən alınıb. Bu həcmin azalması Qərbdə enerji ilə bağlı ciddi çətinliklər yaradacaq. Elə buna görə də Qərb ölkələrinin Azərbaycanla enerji sahəsində əməkdaşlığı daha da genişlənir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ