Bazar ertəsi günü, 15 iyun 2026
     

Zəfərə gedən yol... - Rövşən MÜRVƏTOV yazır...

Image


27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. 

Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı –  44 günlük Vətən Müharibəsindən bir il ötür. Noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü "Anım Günü" kimi qeyd etmək barədə sərəncam vermişdir. 2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin” .

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla­rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi. Yeri gəlmişkən, müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi. Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiya­da dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.

Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasi­ya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutmuşdur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Füzuli–Şuşa yolunun inşasına başlanıl­ması, eyni zamanda, Azərbaycan xalqının və Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürü idi. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən həmin ərazilərdə nəinki daşı daş üstə qo­yub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşa­yış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.

Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə döv­rünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Pre­zidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Pre­zident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

Ermənistanın kapitulyasiya aktı­na imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.

Noyabrın 20-də xalqa müraciətində Ağ­damın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaq­larını bildirən dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş mey­danında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanın­da məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordu­su, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yal­nız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşıyır, eyni zamanda, bəyanatla Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir. Ekspertlərin fikrincə, üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respub­likamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlü­yümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Yuxarıda vurğulandığı kimi, cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu­günkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruş­du, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qara­bağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə islahatlar aparılır, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasında kadrlarla işin səmərəli təşkilinə, onların düzgün seçilməsinə xüsusi önəm verilir. Bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı daim diqqətdə saxlanılır. Son illər şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa yeni qəbul olunmuşİkinci Qarabağ müharibəsi iştirakçılarından biri də Penitensiar xidmətin Konvoy taborunda xidmət edən ədliyyə kiçik çavuşu İsmayılov Həsən Fəxrəddin oğludur.

İsmayılov Həsənin döyüş xatirələrindən: “Zəngilan rayonuna daxil olarkən Bizi bir yerə toplayıb Beşdəli kəndindən lazımı mövgeləri ələ keçirməyimiz barədə döyüş tapşırıqlarını aldıq. Bölük şəklində irələməliydik. Hamımızda ruh yüksəkliyi var idi, çünki bu tapşırıq çox vacib tapşırıq idi. Tutacağımız mövqelərdən düşmənə ağır zərbələr endirəcəkdik. Bölük komandiri bizi tağımlara bölüb istiqamətləndirmişdi. Heç kim arxaya qalmaq istəmirdi. Hər bir tağıma fərqli döyüş tapşırığı verilmişdir. Biz tək deyildik. Bizimlə birlikdə Xüsusi Təyinatlı Qüvvələrdə irələyirdi. Onların və artilleriyanın köməkliyi ilə lazımı olan mövqeləri alırdıq. Təbii ki düşməndə susmurdu və ağır artilleriyadan zərbələr endirirdi. Bunlara baxmayaraq heç birimizdə qorxu hissi yox idi. Zəngilan şəhərinin Beşdəli kəndinin bizə tapşırılan mövgeləri ələ keçirməyə nail olmuşduq. Hamı çox sevinirdi. Və hər gün ordumuzun irələməyi haqqında xəbər eşidəndı dahada ruhlanırdıq. Bir neçə gün ərzində aldığımız mövgelərdən Zəngilan şəhərinin Mincivan kəndinə tərəf irələməyə əmr almışdıq. Sıx meşədən çətinliklə də olsa, keçib döyüş tapşırığını yerinə yetirməli idik. Ordumuzun ağır artilleriya zərbələri nəticəsində düşmən geri çəkilirdi. Dağa çıxarkən bizim bir hərbi texnikamız tank eleyhinə minaya düşdü. Xoşbəxtlikdən şəhid olan olmamışdır, amma bizim bir zabitimiz və sürücümüz yaralanmışdır. Bütün bölük həmin yerin açıq hədəf olmağına baxmayaraq, köməyə özünü çatdırdı. İçimizdə vətən sevgisi hər dəqiqə artırdı və biz heç nəyi əsirgəmədən Zəngilan şəhərini azad etdik”.

İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. İndi az qala bütün dünya həmin ərazilərdə bərpa-quruculuq işlərinin necə geniş və əhatəli şəkildə vüsət almasına şahidlik edir. Səfər boyu dövlət başçısının işğaldan azad edilmiş müxtəlif yaşayış məntəqələrindən keçərkən səsləndirdiyi fikirlər əslində Azərbaycan xalqına, bütün dünya ictimaiyyətinə və sözsüz ki, həm də məğlubiyyəti ilə barışmağa acizlik çəkən işğalçı Ermənistana mesajlar idi. Bunlar o demək idi ki, Azərbaycanda ordu daha da güclənəcək, bərpa və quruculuq işləri yüksək texnologiyalar üzərində qurulacaq, işğal edilmiş ərazilərdə şəhərlər və kəndlər mütərəqqi “ağıllı” layihələr əsasında salınacaq.

Prezidentin Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində icra olunacaq “ağıllı kənd” layihələrinə start verildiyini bildirməsi, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində işə salınan su elektrik stansiyasının açılışında iştirak etməsi bir daha göstərir ki, Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi də tarixi bir missiyadır.

Qarabağda həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara ötəri nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev Güləbird kəndində çıxış edərkən də elə həmin məsələlərə toxunmuşdur: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.

Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana səmt götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Bununla Azərbaycan həm də quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir. Özü də qonşu Ermənistanda siyasi qüvvələrin qarşıdurmasının sərtləşdiyi bu zamanda.

Azərbaycan Prezidenti bu səfərdə də diqqəti bir daha erməni vandalizminə yönəltdi: “Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın, nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları”.

Bu gün Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təminatçısı olduğunu dünya ictimaiyyəti etiraf etməli, dəstəkləməli və müzəffər ordumuzun diz çökdürdüyü erməni faşizminin dirçəlməsinə imkan verməməlidir. Azərbaycan özü həmin missiyasını yerinə yetirməkdə qərarlıdırş Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın.

Rövşən MÜRVƏTOV
Konvoy taborunun Nizami hissə rəisi, ədliyyə kapitanı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

15.06.2026 / 02:04
Tramp Putinə söz verdi - Avropanı və Kiyevi razı salmağa çalışacaq...

15.06.2026 / 01:35
Pakistan tarixi razılaşmanı dünyaya elan etdi - ABŞ və İran razılaşdı... 107 gün davam edən müharibə başa çatdı...

15.06.2026 / 00:43
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - FOTO/VİDEO

15.06.2026 / 00:14
Prezident İlham Əliyev Trampı 80 illik yubileyi münasibətilə təbrik etdi

14.06.2026 / 23:14
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 23:12
Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 20:57
Rusiyalı strateqdən Qərbə görünməmiş nüvə təhdidi... İlk hədəfi də açıqladı - yer üzündən silinəcəklər...

14.06.2026 / 20:11
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert...

14.06.2026 / 18:23
ABŞ-ın 30-dan çox ölkədə azı 120 gizli bioloji laboratoriyası ortaya çıxdı - Kəşfiyyat rəhbərindən ŞOK ETİRAFLAR...

14.06.2026 / 18:07
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

14.06.2026 / 17:45
Dünya sülh gözləyərkən İsrail Beyrutu vurdu –Trampın planları pozulur, İranla saziş dalana dirənir...

14.06.2026 / 16:27
İrandakı mühafizəkarlar Tehran-Vaşinqton razılaşmasına qarşı çıxdı - Qalibaf və Ərakçi hədəfdə...

14.06.2026 / 15:10
ABŞ-İran sazişi nə vaxt imzalanacaq? – Vaşinqton bu gün deyir, Tehran isə...

14.06.2026 / 14:47
"15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır" – ŞƏRH

14.06.2026 / 14:31
İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

14.06.2026 / 13:58
İran–ABŞ sazişi üçün “rəqəmsal imza mərasimi” planlaşdırılır

14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

14.06.2026 / 13:45
AZAL-dan qərar - Naxçıvana bu günə olan bütün uçuşlar ləğv olundu...

14.06.2026 / 12:53
Nizamidə narkokuryer 30 kiloqrama yaxın narkotiklə yaxalandı

14.06.2026 / 12:08
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14.06.2026 / 11:55
İranda Xameneyinin mərasimləri səbəbindən imtahanlar təxirə salına bilər

14.06.2026 / 11:32
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev dühasının təntənəsi -MDU rektoru yazır

14.06.2026 / 11:17
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verdi

14.06.2026 / 10:35
Ağdamda mağazaya İLDIRIM DÜŞDÜ, güclü yanğın başladı...

14.06.2026 / 08:15
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ