Bazar günü günü, 04 oktyabr 2026
     

Bakının uğurlu Qarabağ gedişləri erməni tərəfini yenidən mat vəziyyətinə salır...

Image


Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra Azərbaycan azad edilmiş ərazilərdə sülh və əminamanlıq şəraitində yeni abadlıq-quruculuq işlərinə başlanılmasında maraqlı tərəf qismində çıxış edir. Bu istiqamətdə rəsmi Bakı artıq konkret addımlar da atır. Sadəcə, erməni tərəfinin müəyyən addımları hadisələrin Azərbaycanın cızdığı xətlər daxilində daha sürətli inkişafına müəyyən əngəllər yaradır. Lakin bunun müvəqqəti xarakter daşıdığını Ermənistanda da yaxşı bilirlər.

Azərbaycanın mövqeyi beynəlxalq miqyasda tam dəstək alır

Azad olunmuş ərazilərdə Azərbaycanın abadlıq-quruculuq istiqamətində gördüyü işlərə bu gün dünya miqyasında müvafiq dəstək ifadə edilir. Təsadüfi deyil ki, indi müxtəlif ölkələrdən fərqli şirkətlər bu prosesdə iştirak etmək niyyətlərini ortaya qoyub. Digər tərəfdən, Azərbaycan azad olunmuş ərazilərdə çoxsaylı layihələr də həyata keçirərək, bununla regionda yeni əməkdaşlıq mühiti yaratmaqda da maraqlı tərəf kimi çıxış edir. Bu mövqeyə də yenə dünya miqyasında lazımı dəstək nümayiş etdirilir, Azərbaycanın, onun rəhbərinin addımları təqdir edilir. Rusiya Dövlət Dumasının deputatı, “Rodina” partiyasının sədri Aleksey Juravlyov “Rosbalt” informasiya-analitik agentliyinə müsahibəsində bu xüsusda olduqca maraqlı məqamlara toxunur. Bu günlərdə Azərbaycandan səfərdən qayıdan deputat Azərbaycan rəhbərliyinin addımlarının olduqca böyük önəm kəsb etdiyini qeyd edir: “Mənim apardığım təhlil və şəxsi müşahidələrim belə nəticə çıxarmağa əsas verir ki, prezident İlham Əliyevin planlarına və barışığın uğurlu olacağına inanmaq lazımdır. Ümumiyyətlə, obyektiv müşahidəçilər qeyd edirlər ki, Azərbaycan prezidenti öz adını Azərbaycanın tarixinə yazıb. Bu gün mübaliğəsiz demək olar ki, o, ən nüfuzlu rəhbərlərdən biridir. Onun ən mürəkkəb şəraitdə ən yaxşı, optimal qərarlar qəbul etməsini xüsusi vurğulamalıyam. Bəli, biz hər iki tərəfdən insanların həlak olmasına görə heyfsilənirik. Bundan yaxa qurtarmaq olardı, lakin bu, Əliyevin təqsiri deyil. O nə mümkündürsə etdi. Əməliyyatı zərgər dəqiqliyi ilə, minimal itkilərlə apardı və uzunmüddətli sülhə nail oldu. Bu, Azərbaycanın həm Qarabağı dirçəltmək, həm də regional iqtisadi əməkdaşlıq vasitəsilə barışığı təmin etmək məsələsinin öhdəsindən gələ bilməsinin xeyrinə olan birinci amildir.

Mənim olduğum yerlər Rusiya və Türkiyəni birləşdirən dəmir yolu tikintisindən başlamış, ta məşhur “Ağdam” portveyninin istehsalının bərpasına qədər geniş iqtisadi fəaliyyət üçün münbit yerlərdir. Bu layihələr və əsas regional qüvvələrin mənafeləri ətrafında yaranan geosiyasi vəziyyət uzunmüddətli sülhə təminat verir. Nəhayət, üçüncü və ən başlıca məsələ insanların o yerlərə qayıtmaq və Qarabağı dirçəltmək arzusudur. Mən Azərbaycanın rus icması ilə görüşdüm. Bu ərazilərdən qovulmuş rus millətindən olan, indi işğaldan azad olunmuş ərazilərə qayıtmaq və onların bərpasında iştirak etmək istəyən insanlardan onlarca ərizə daxil olub. Bu, həqiqətən ümummilli layihədir”. Rus deputat bildirir ki, burada qazananlardan biri də erməni tərəfi olacaq: “Mən əminəm ki, sülhün ən möhkəm əsası iqtisadi sahədə əməkdaşlıqdır. Əgər erməni tərəfi düzgün qərar qəbul etmiş olsaydı, buna müharibəsiz də nail olmaq mümkün idi. Ermənistandakı bəzi müdrik siyasətçilər də bunu israrla deyirdi. Tarixən, Azərbaycanla bütün Qarabağ və onun tərkib hissəsi kimi Dağlıq Qarabağ arasında həm iqtisadi, həm də logistik baxımdan sıx qarşılıqlı əlaqə olub. Ermənistanla bu əlaqələr sadəcə relyefin xüsusiyyətlərinə görə qat-qat mürəkkəbdir, yəni coğrafi şərait öz tələblərini irəli sürür. Zaman keçdikcə iqtisadi inteqrasiyanın başa düşülməsi ön plana keçir.

Bundan əlavə, Ermənistan özü də dağlıq ərazidir, amma biz bilirik ki, xüsusən indiki şəraitdə - Azərbaycanın Dağlıq Qarabağla həmhüdud olan yeddi rayonu işğaldan azad edildiyi bir vaxtda bu ərazilərin dotasiyaya ehtiyacı var. Bu mənada resurslardan istifadə edilməsi və kommunikasiyaların açılması Ermənistana yeni nəfəs verəcək. Axı o, hər tərəfdən sıxılmış vəziyyətdə idi. Əlbəttə, kommunikasiyaların açılması onun xeyrinə olacaq. Əlbəttə, ticarət və iqtisadi əlaqələr müharibə ilə müqayisədə qat-qat sərfəlidir. Erməni xalqı başa düşür ki, narazı qalmaq olar, lakin salamat qalmaq və öz uşaqlarını yedirtmək lazımdır. Əminəm ki, tərəflər arasında qarşılıqlı anlaşmanın əldə ediləcəyi vaxtı çox gözləmək lazım olmayacaq”. Beləliklə, rus deputatın bu açıqlaması bir daha təsdiq edir ki, Azərbaycanın prosesə yanaşması ölkə xaricində də qəbul və təqdir edilir. Bunu ermənilərin də başa düşməsi onların öz mənafeləri baxımından olduqca mühümdür.

Ermənistanın xilası Azərbaycanın əlindədir

Məlumdur ki, postmüharibə dövründə Ermənistan ciddi çətinliklər məngənəsində boğulur. Resursların böyük əksəriyyəti Azərbaycanla müharibəyə sərf olunduğundan, hazırda Ermənistan çıxılmaz vəziyytə düşüb, əhali səfalət içindədir. Bundan, eləcə də müharibədə yaşanan məğlubiyyətdən istifadə etməyə çalışan müxalifət hakimiyyəti devirməyə can atır. Bu fonda xatırladaq ki, Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Lakin cəmiyyət müxalifətə istədiyi dəstəyi vermir. Bununla belə, müxalifət kütləvi vətəndaş itaətsizliyi aksiyaları keçirməkdə israrlıdır. Hakimiyyət də öz növbəsində müxalif kütləyə qarşı sərt davranır.

Qeyd edilənlər fonunda “Sputnik Ermənistan” mövcud daxili siyasi vəziyyətdən hansı çıxış yolu gördüklərini və müxalifətin hərəkətlərini necə qiymətləndirdiklərini öyrənmək üçün İrəvan sakinləri arasında sorğu keçirib. Bir çox cavabda respondentlərin həm iqtidara, həm də müxalifətə inamsızlığı və şübhəsi ortaya çıxıb. Xalqın mövqeyindən belə bəlli olur ki, müxalifətin siyasi oyunlarına alət olmaq istəmir. Müxalifət isə xalqın dəstəyi olmadan hökuməti devirə bilməyəcək. Amma bu halda hakimiyyət üçün unikal şans ondan ibarətdir ki, Azərbaycanla əməkdaşlığa getməklə erməni əhalisini madii rifah halını yüksəldə bilər. Məhz bu şəraitdə müxalifətdən erməni cəmiyyətinin tamam üz döndərməsi qaçılmaz sayılır. Çünki hazırda erməniləri maddi rifah məsələsi daha çox maraqlandırır. Azərbaycanla normal münasibətlər isə Ermənistana bu rifahı vəd edir, onun dünya ilə əlaqələrinə mühüm yeniliklər gətirir. Özü də burada söhbət təkcə Azərbaycan vasitəsilə Ermənistanın Rusiya və İrana rahat çıxışının təmin edilməsindən getmir. Məlumdur ki, istənilən ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması onun iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Bu baxımdan Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsinin yaradılması Ermənistana da böyük fayda gətirə bilər. Çünki bununla beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud tranzit əlaqələri daha rahat marşrut vasitəsilə reallaşacaq. Naxçıvan Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq ki, bundan Ermənistan da faydalana bilər. Sadəcə, İrəvan üçün əsas məsələ Azərbaycanla sülh şəraitində yaşamaq üçün bütün şərtlərə əməl etməkdir.

Erməni təxribatları fiaskoya məhkumdur

Hazırda erməni tərəfində müəyyn qüvvələr əldə edilən razlıqlara və sülh prosesinə xələl gətirməyə cəhd edir. Ermənilərin Xankəndidə “Qarabağ milli azadlıq hərəkatı”nın 33-cü ildönümü münasibətilə keçirilən “anım mərasimi” də belə cəhdlərdən biridir. Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qanunsuz qərarını dəstəkləyən bəyanatı da bu qəbildən hesab edilə bilər. Azərbaycan Xarici İşlər Nazirliyi buna lazımı cavab verərək diqqətə çatdırıb ki, hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi İrəvanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir: “Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə, düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil”.

Elə tanınmış rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov da məsələyə bu prizmadan yanaşaraq qeyd edir ki, erməni tərəfinin sülhə xələl gətirə biləcək istənilən addımı iflasa məhkumdur: “Erməni xalqında çox yüksək səviyyədə inkişaf etmiş milli və dini kimlik hissi var, buna görə də etnosun kiçik bir hissəsinin faciəsi bütün etnosun faciəsidir. Bu səbəbdən Qarabağ ermənilərinin “Miatsum” ideyasının (ilhaqçılıq, Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iflası bütün ermənilərin faciəsidir. Qarabağın erməni əhalisini başa düşürəm, xüsusilə erməni yaşıdlarıma yazığım gəlir. Belə bir mənzərəni təsəvvür edin: adam 1970-ci ildə dünyaya gəlir, 18 yaşında millətçiliyin təsiri altına düşür, 20 yaşında bütün azərbaycanlıların qovulması ilə xoşbəxtlik əldə edəcəyi ümidilə müharibəyə yollanır, 25 yaşında az bir müddər sonra hər şeyin düzələcəyi gözləntisi ilə normal yaşamağa başlayır, lakin aradan bir, iki, üç… on il keçir, həyat isə qaydaya düşmür… 50 yaşında o hər şeydən, ilk növbədə isə bütün bu illər ərzində yaşadığı və uğuruna zillət çəkdiyi şeylərdən məhrum olur”. Ekspertin sözlərinə görə, hər bir qarabağlı erməni bunu hiss edir və Azərbaycanın hakimliyi altında bir gələcəyin onların üstünə sürətlə yuvarlandığını dərk edir: “Və onlar bu gələcəyi dayandırmağa qadir deyillər. Eyni zamanda, Qarabağ erməniləri öz təcrübələrindən bir daha başa düşdülər ki, Moskva, Bakı, İrəvan və Ankarada heç kim onların fikirlərinə əhəmiyyət vermir, 10 noyabr və 11 yanvar müqavilələri isə yerinə yetirilir və təsdiq edilmiş plan və cədvəllər üzrə tətbiq ediləcək”. Bütün bunlar bir daha Qarabağ məsələsində proseslərin məhz Azərbaycanın istədiyi məcrada inkişafını bir daha təsdiq edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ