Paşinyanın "İskəndər" iddiasına Rusiyadan cavab gəldi - "Öz məğlubiyyətini ört-basdır etmək üçün bəhanə axtarır"

img

""İskəndər" Suriyadakı terrorizmlə müharibə dövründə öz yüksək xüsusiyyətlərini təsdiqləyib, Ermənistan baş naziri Nikol Paşinyanın guya raketlərin partlamadığına dair iddiaları isə onun bu sahədəki səriştəsizliyinə dəlalət edir". Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası və Suriya Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə açıqlamasında bildirib.

“Paşınyan öz məğlubiyyətini ört-basdır etmək üçün bəhanə axtarır. Halbuki müharibə və sülh məsələlərindən daha yaxşı baş çıxaran insanlar bilirlər ki, "İskəndər" XXI əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemidir”, - deyə Sablin vurğulayıb.

"Soros Paşinyanı pis vəziyyətdə qoydu. Ancaq məsələ yalnız onun bacarıqsızlığında deyil. Bu bir daha göstərdi ki, küçələrin gurultulu şüarlarla yad ssenari əsasında  hakimiyyətə gətirdiyi insan öz ölkəsini necə məhv edə bilər. Buna yalnız ermənilər deyil, başqaları da əmin ola bilərlər”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Paşinyan Ermənistan mətbuatına müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.

Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

Son xəbərlər