Bu il Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin sammiti keçiriləcək...

img

Azərbaycan, Türkiyə və Türkmənistan üç dövlət başçılarının sammiti çərçivəsində bir sıra sazişlər imzalamağı planlaşdırır.

“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı və türkmənistanlı həmkarları Ceyhun Bayramov və Rəşid Meredovla Ankarada keçirilən üçtərəfli görüşün yekunları üzrə bildirib.

"Bu il Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək. Sammit zamanı biz bir sıra sazişlər imzalamağı planlaşdırırıq. Bununla əlaqədar sammitin konkret nəticələrlə başa çatması üçün sənədlərin razılaşdırılmasını sürətləndirmək istəyirik", - deyə Çavuşoğlu qeyd edib.

O deyib ki, üç ölkənin XİN başçılarının görüşü zamanı nazirlər gələcəklə bağlı çox vacib ideya və təklifləri müzakirə ediblər. “İndi ekspertlərimiz bu təkliflərin prioritetlik əsasında siyahısını tərtib edəcək və biz həyata keçirə biləcəyimiz təklifləri qiymətləndirəcəyik”, - deyə nazir vurğulayıb.

Son xəbərlər