Ermənistanda anti-Putin isteriyası güclənir - “Erməni xalqı Putini heç vaxt bağışlamayacaq”...

Seyid Camal Əzimbəyli: “Ermənilər qədər nankor, xəyanətkar xislətə malik ikinci millət dünyada yoxdur”

img

Dünya ölkələrinin tarixində bir çox müharibə, işğal, geri qayıdış və qələbələr baş verib. Bu baxımdan Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.

Düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. İllərdir formalaşdırılan “məğlubedilməz erməni ordusu” mifi qısa müddət ərzində yox edildi. Azərbaycan əsgərinin qanı, dövlətin siyasi iradəsi sayəsində torpaqlar işğaldan azad edildi.

Bütün bunlara baxmayaraq, ermənilər üzləşdikləri məğlubiyyətə görə Rusiyanı və ölkənin prezidenti Vladimir Putini ittiham edirlər. Bu səbəbdən Ermənistanda anti-Rusiya, anti-Putin ritorikası səngimək bilmir. Erməni mediası yazır ki, Qarabağda həyata keçirilən bu rüsvayçılıq rus imperialist siyasətinin bir hissəsidir: “Əcnəbilərin hədəfi hər zaman milli ruhumuzun özəyi olan erməni dili olub. Çar hakimiyyəti Ermənistan ərazisində peyda olduqdan sonra üç dəfə erməni məktəbləri bağlandı. Qarabağda həyata keçirilən bu rüsvayçılıq rus imperialist siyasətinin bir hissəsidir, “Roma Papasından artıq katoliklər” buna həmişə hazır olublar. Məğlubiyyətin arxasında Putinin hiyləgər siyasəti dayanır. Erməni xalqı heç vaxt Putini etdiyi bu xəyanətə görə bağışlamayacaq”.

Ermənilər öz ənənələrinə sadiq olaraq yenə də günahkar axtarışındadırlar. Halbuki, Putin olmasaydı, Azərbaycan Ordusu tamamilə erməni işğalçılarını Qarabağdan təmizləyərdi. Son anda Rusiya onları xilas etdi, amma onlar günahı Putində axtarırlar.

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ermənilərin bu cür mövqe ortaya qoymaları əsla təəccüblü deyil: “Çüki ermənilər qədər nankor, xəyanətkar xislətə malik ikinci millət dünyada yoxdur. Rusiyanın tarixən onlara himayədarlıq etməsini, onlar üçün yoxdan dövlət yaratmasını görməzdən gəlirlər. Heç kəsə sirr deyil ki, 90-cı illərdə o vaxtkı Rusiya hakimiyyətinin yardımı olmasaydı, ermənilər təkbaşına ərazilərimizi işğal edə bilməzdilər. Məhz onların sayəsində ərazilərimiz işğal edildi, yurdlarımız viran qoyuldu. Ermənilər daşı daş üstə qoymadılar. Yaşayış məntəqələrimizi talayaraq viran qoydular. Onlar hesab edirlər ki, gərək Rusiya 27 sentyabrda başlayan hərbi əməliyyatlara imkan verməyəydi. Rus əsgərləri gəlib onların yerinə vuruşaydı. Bu idi onların istəyi, gözləntisi. Ancaq anlamaq istəmirlər ki, indi başqa zamandır. Prezident İlham Əliyevin illərdir yeritdiyi müdrük siyasət nəticəsində ərazilərimizin işğaldan azad edilməsi üçün əlverişli məqam yetişdi. Nəticədə dövlətimiz bundan düzgün istifadə edərək işğala son qoyulmasına qərar verdi. Biz düşmənə elə zərbə vurduq ki, çətin bir də işğalçı tərəf özünə gələ bilsin. Ermənilərin imkanı olsa, Putinin həyatına sui-qəsd edərlər. Çünki terrorçu xislət bunların qanındadır”.

Şərqşünas onu da qeyd etdi ki, zamanla yerdə qalan digər kiçik ərazi də separatçılardan təmizlənəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər