Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan düşməni lərzəyə salacaq hərbi təyyarələrin ilk alıcıları sırasında...

Image


Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasına baxmayaraq, Azərbaycan ordusunu gücləndirməkdə davam edir. Belə görünür ki, cari il ərzində də ordunun gücləndirilməsi məqsədilə dövlət böyük həcmdə vəsait xərcləyəcək. Bu fonda Azərbaycanın müasir hərbi aviasiya vasitələri ala biləcəyinə dair məlumatlar da dolaşmaqdadır. Söhbət ilk olaraq Rusiyanın beşinci nəsil Su-57 döyüş təyyarələrindən gedir.

Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti bu təyyarələrin ixracına hazırdır. Potensial alıcılar sırasında Türkiyə və Azərbaycanın da adı yer alır. Federal Xidmətdən bildirilib ki, yeni təyyarələrin ilk olaraq Türkiyəyə tədarükü üçün danışıqların davam etdirilməsinə hazırdırlar: "Türkiyə nümayəndələri hər şeyi bəyəndilər. Əgər bu təyyarəyə maraq olarsa, biz bu məsələ ilə bağlı danışıqların davam etdirilməsinə hazırıq". Rusiya Müdafiə İxracatı Federal Dövlət Unitar Müəssisəsi  (“Rosoboroneksport”) də bildirir ki, artıq 5-ci nəsil Su-57 qırıcılarının satışını konsaltinq və strateji tərəfdaşlara təklif etməyə hazırdır. Şirkətin baş icraçı direktoru Aleksandr Mixiyev bu barədə aşağıdakıları bildirib: “Hazırda Su-57E çoxfunksiyalı beşinci nəsil qırıcılarının tədarükü ilə bağlı dünyanın ayrı-ayrı ölkələri ilə ilkin məsləhətləşmələr aparırıq. “Rosoboroneksport”, Rusiyanın strateji tərəfdaşları maraqlanacağı təqdirdə, Su-57 satmağa hazırdır”.

Xatırladaq ki, Su-57 hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış Rusiyanın beşinci nəsil döyüş təyyarəsidir. Mütəxəssislərin fikrincə, yüksək manevr xüsusiyyəti və səsdən sürətli uçuşu həyata keçirmə qabiliyyətilə yanaşı, müasir tipli gəmi avadanlığı kompleksi Su-57-nin rəqiblərindən üstünlüyünü təmin edir. Təyyarə ilk dəfə 2010-cu ildə havaya qalxıb. “Army-2019” forumunda Rusiya Aerokosmik Qüvvələri ilə birgə 76 Su-57 təchizatı üçün müqavilə imzalanıb. Rus ordusu üçün ilk təyyarə 2020-ci ildə təhvil verilib. Məlumat üçün bildirək ki, Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşlarından biridir və ölkəmizin silah ixracatında Rusiya liderdir. Rus ekspert Aleksandr Razuvayev Azərbaycanın bu qırıcıların ilk alıcıları sırasında yer almasını tamamilə mümkün sayır: “Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. İndi yeni və daha vacib anlaşma mümkündür. Bura Su-57 qırıcıları da aiddir”. Hazırda Su-57 bəzi parametrlər baxımından rəqiblərini xeyli qabaqlayır. Məsələn, Su-57 beşinci nəsil qırıcıları arasında ilk olaraq hipersəs raketlərini daşıyır. Qeyd edək ki, Su-57 “Suxoy” kompaniyasında hazırlanıb. Rusiyanın yeni platformada ən müasir hərbi təyyarəsidir. Çoxfunksiyalı Su-57 uzaq və yaxın məsafəli döyüşlərdə hər növ hava hədəflərini məhv etmək, düşmənin hava müdafiəsini yararaq yer və suüstü hədəfləri dağıtmaq, bazadan uzaq məsafədəki hava məkanını izləmək və düşmən aviasiya idarəetmə sistemini darmadağın etmək üçün nəzərdə tutulub. Təyyarə yüksək dərəcədə texnoloji inkişafa çatdırılıb və Suriya səmalarında döyüş şəraitində sınaqdan keçirilib. Rusiya Müdafiə Nazirliyinin dərhal bu təyyarədən 76 ədəd sifariş verməsi heç də təsadüfi deyil. Rusiyaya məxsus Su-57 qırıcısı idarəetmənin yüksək səviyyədə avtomatlaşdırmasına və heyətin intellektual dəstəyinə inteqrasiya olunmuş yeni avionika kompleksi ilə təchiz edilib. İdarəetmə mərkəzlərində avadanlıq yerüstü idarəetmə sistemləri ilə və aviasiya qrupu daxilində real vaxtda məlumat mübadiləsinə imkan verir, yaxud tapşırıqları avtonom şəkildə yerinə yetirir. Su-57-nin prioritetləri və silahlanması Amerikanın F-22 və F-35 qırıcıları ilə müqayisədə daha böyük məsafələrdə təhdidləri aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bu qırıcıların timsalında hərbi əməliyyatların aparılmasında texnologiyaların və konsepsiyaların kompleks mübarizəsi uğurla həyata keçirilir. Bu ən yeni döyüş təyyarəsi 400 kilometrə qədər olan məsafədə hava və yerdəki hədəfləri aşkarlaya, 62 obyektə qədər izləyə və hədəf təyinatlarını digər təyyarələrə, məsələn, zərbə PUA-larına ötürə bilir. Amerikanın "Military Watch Magazine" nəşri Rusiyanın hipersəsli raketlər və yeni Saturn-30 mühərriklərinin inteqrasiyası ilə Su-57-nin dizayn imkanlarını altıncı nəsil səviyyəsinə daha da yaxınlaşdırdıqdan sonra bu qırıcılara tələbatın daha da artacağından bəhs edir. Üstəlik, döyüş yükünün təyyarənin ağırlığına nisbəti dördüncü nəsil qırıcılarındakından xeyli yüksəkdir və süni intellekt Su-57-nin ağır hücum dronları ilə birlikdə uğurla işləməsinə imkan verir. Su-57 qırıcısı həm də onunla unikaldır ki, onda altıncı nəsil texnologiyalarının bəzi xüyusiyyətləri öz əksini tapıb. O, təsirli döyüş vahidi olmaqla yanaşı, həm də bir növ elmi laboratoriya, tədqiqat poliqonu sayıla bilər. Pilotlu Su-57 avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirməyə və hətta əvvəlcədən hazırlanmış bir proqramla tam avtomatik rejimdə də işləməyə qadirdir. Su-57 qırıcısının pilotsuz hücum dronuna inteqrasiyası altıncı nəsil ağır insansız təyyarə eskadrilyalarının döyüş istifadəsinin yeni taktikasına və praktikasına səbəb olur.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ