Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan səfiri İtaliya mətbuatına ölkəmizin geosiyasi önəmi və haqq savaşından danışdı

Image


İtaliyanın “La Voce Repubblicana” onlayn qəzetinin 19 fevral buraxılışında jurnalist Paolo Chirafisinin müəllifliyi ilə “Geosiyasi dialoqlar. Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə söhbət” başlığı altında səfir M.Əhmədzadənin geniş müsahibəsi dərc olunub.

Diplomat müsahibəsində ölkəmizin geostrateji mövqeyi, regional liderliyi, hazırda istər Şərq-Qərb, istərsə də Cənub-Şimal dəhlizlərinin kəsişməsində mühüm körpü olduğunu bildirib. Azərbaycanın, həmçinin zəngin təbii ehtiyatlara, böyük iqtisadi potensiala malik olduğunu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi vacib strateji enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu, bu layihələrin bütün iştirakçı ölkələrin sabitliyi, inkişafı və əməkdaşlığı üçün mühüm rola malik olduğunu qeyd edib.

Müsahibəsində diplomat 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına son qoyulduğu, işğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən bütün infrastrukturun məhv edildiyi və Azərbaycan xalqının tarixi və mədəni irsinin talan edildiyi və yerlə yeksan edildiyini bildirib. Həmin ərazilərdə infrastrukturun bərpası və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün lazımi şəraiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını deyən diplomat Prezident İlham Əliyevin "Qarabağı cənnətə çevirəcəyik" fikirlərinə istinad edib.

Diplomat qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi, lakin ədalətin tam təmin olunması üçün torpaqlarımızın işğalı zamanı, habelə 29-cu ildönümü 26 fevralda anılacaq Xocalı soyqırımı zamanı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin səbəbkarlarının məsuliyyətə cəlb olunması, eləcə də son hərbi əməliyyatlarda kasetli bombalarla Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər yaşayış məntəqələrinə hücumlar edərək 100-dən çox mülki şəxsin ölümünə və 420-dən çox mülki şəxsin yaralanmasına səbəb olmuş hücumların qınanılması vacibdir. Çünki cəzasızlıq yeni cinayətlərə yol açır.

M.Əhmədzadə uzun ayrılıqdan sonra Şuşamıza qovuşmağın necə bir hiss olduğunu sözlə ifadə etməyin çox çətin olduğunu, Şuşanın Azərbaycan xalqı üçün mənəvi və milli qürur məsələsi olduğunu, Azərbaycanın tarixi və mədəni irsinin ən çox cəmləşdiyi mərkəzlərimizdən biri olduğunu, işğal zamanı bu irsin məhv edildiyi və onun mənşəyinin dəyişdirilməsinə cəhd edildiyini deyib. Diplomat qeyd edib ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, böyük bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəticəsində şəhər tezliklə əvvəlki görkəminə qaytarılacaqdır. “Bu ərazilərin Ermənistan tərəfindən 30 illik işğalı zamanı məhv edilməsi Ermənistan tərəfindən işğalın etirafıdır. Bu ərazilər tarixən mənsub olduğu Azərbaycan tərəfindən azad edildi və ölkəm bu əraziləri işğaldan əvvəl olduğundan daha gözəl vəziyyətə gətirəcəkdir. İşğalçı dövlət ilə torpağın həqiqətən mənsub olduğu dövlət arasındakı fərq budur”, deyə diplomat bildirib.

M.Əhmədzadə, həmçinin Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regionda yaxşı qonşuluq siyasətini təşviq etdiyini və əsas qlobal oyunçularla möhkəm əlaqələr saxladığını, xarici siyasətimizin əsasında milli maraqlarımızın qorunmasının dayandığını bildirib. Azərbaycanın İtaliya da daxil olmaqla Aİ üzvlərinin təxminən 1/3 hissəsi ilə strateji tərəfdaşlıq sənədləri imzaladığını, Asiya ölkələri ilə əlaqələri inkişaf etdirdiyini, İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin fəal rola malik olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, beynəlxalq hüquqa, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın digər ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərinin əsasını təşkil edir.

Jurnalistin Azərbaycanın İsrail ilə münasibətlərinə və ölkəmizdə mövcud olan yəhudi icmasına dair sualını cavablandıran diplomat ölkəmizin İsrail ilə yaxın əlaqələrə malik olduğunu və bu əlaqələrin siyasi, iqtisadi, texnologiya, səhiyyə kimi bütün sahələri əhatə etdiyini bildirib. Əlavə edib ki, Azərbaycanın multikulturalizm modeli kontekstində yəhudi icmasının əhəmiyyətli rolu vardır, bu icma ölkəmizdə uzun tarixə malikdir və ölkəmizin inkişafına töhfələr vermişdir. Yəhudi icmasının ölkəmizin müxtəlif bölgələrində yerləşən çox sayda sinaqoqlar, mədəniyyət mərkəzləri və məktəblərdən ibarət və Azərbaycan dövlətinin xüsusi diqqətində olan zəngin mədəni irsə malik olduğunu, Azərbaycandakı yəhudi icmasının, xüsusən dağ yəhudilərinin əsas mərkəzlərindən biri olan Quba rayonundakı Qırmızı Qəsəbənin Azərbaycanda müxtəlif dinlərin dinc şəkildə yanaşı yaşamasının təzahürü olduğunu deyib.

Diplomat müsahibəsində Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlıqdan, Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ilin fevral ayında tarixi dövlət səfərinin və bu səfər zamanı “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının bu tərəfdaşlığın daha da güclənməsinə təkan verdiyindən danışıb. “Tərəfdaşlığımız siyasi sahədə çox dinamikdir: bu baxımdan xatırlatmaq istərdim ki, Avropa ölkələri arasından məhz ilk olaraq İtaliyadan həm parlament, həm də hökumət nümayəndə heyətləri ötən ilin dekabrında müharibədən sonra ölkəmizə, o cümlədən işğaldan azad edlmiş ərazilərimizə səfər etmişlər”, deyə diplomat bildirib.

İqtisadi sahəyə gəldikdə isə, İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanın uzun illərdir ki, İtaliya üçün əsas xam neft təchizatçısı olduğunu və bu yaxınlarda Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə İtaliyaya qaz tədarükçüsünə çevrildiyini, bu layihənin İtaliyanı Avropa üçün mühüm enerji mərkəzinə çevirdiyini, həm də Azərbaycanın İtaliya ilə tərəfdaşlığı və bütün Avropa qitəsi ilə münasibətləri üçün mühüm bir uğur olduğunu vurğulayıb.

Diplomat iki ölkə arasında humanitar sahələrdə də sıx gündəliyin olduğunu, İtaliyada Azərbaycan həqiqətlərinin və mədəniyyətinin tanıdılması üçün çoxsaylı tədbirlərin, konsert, sərgi, ənənəvi kino və mətbəx festivallarının keçirildiyini, kitabların dərc edildiyini, bu çətin pandemiya mərhələsi bitdikdən sonra yenidən tədbirlərin təşkilinə davam ediləcəyni bildirib. Hazırda isə təhsil sahəsində ortaq təşəbbüs olan Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması üzərində iş aparıldığını və ölkələrimizi uzun illər bir-birinə bağlayacaq bu layihənin çoxölçülü strateji tərəfdaşlığımızın gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ