Cümə axşamı günü, 08 oktyabr 2026
     

“Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq” - Vüqar Rəhimzadə

Image


“Möhtərəm Prezidentimiz İlham Əliyevin  mətbuatın  müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq bu sahənin inkişafı istiqamətində islahatları təkmilləşdirməsi, Azərbaycan KİV-lərinin dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirmək  məqsədilə  davamlı addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu, bir reallıqdır ki, çağdaş dövrümüzdə  söz və mətbuat azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, həm də onun  inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün mətbuatımız milli özünüdərkin bərqərar olmasında, insanlarda  vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KİV-lərin istər koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsində, istər bu bəlaya qarşı   mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən  İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlıq, missiyasına uyğun surətdə   dövlətçilik prinsiplərini əsas tutaraq birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə  dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanlarına, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun  təkmilləşmə uğurla həyata keçirilir: “Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə öz aktuallığı ilə diqqətdədir. COVID-19-la bağlı özünütəcrid prinsiplərinin qorunması yeni texnologiyaların inkişafının zəruriliyini daha da qabartdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların videoformat şəklində keçirilməsi hər bir ölkənin bu sahədə də malik olduğu imkanları ortaya qoydu. Azərbaycan bu sahədə də  yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində əldə etdiyi təcrübə ilə liderliyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi,  islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib”.

“1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə  söz və məlumat azadlığını məhdudlaşdıran bütün  süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən  "Kütləvi informasiya vasitələri haqqında”  Qanun qəbul edildi. Ümumiyyətlə, söz və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq  bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Hazırda ölkədə yüzlərlə mətbuat orqanı, 50-dən çox informasiya agentliyi  dövlət  qeydiyyatından keçərək fəaliyyət göstərir, ”- deyə Vüqar Rəhimzadə bildirib.

Baş redaktor vurğulayıb ki, bu gün Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir”.

V.Rəhimzadə qeyd edib ki, artıq mübaliğəsiz demək olar ki,  ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV  formalaşıb: “İnternet jurnalistikası inkişaf edir. Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır.  Bu statistik rəqəmlər  Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olmasının təsdiqidir”.

Baş redaktor bu fikri də xüsusi qeyd edib ki, Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın rolu nəzərə alınaraq, hazırda-  informasiya müharibəsi dövründə   müxtəlif dillərdə internet resurslarının yaradılması və fəaliyyət istiqamətlərinin genişləndirilməsi əsasdır: “Möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, bu gün xarici dillərdə fəaliyyət göstərən internet  saytları var və  onların sayını artırmalıyıq.  Çünki  Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünyanın inkişaf tendensiyasına  hansı töhfələri verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Xüsusilə internet məkanında daha böyük işlər görülməlidir. Çünki məlumatı internetdən əldə edənlərin sayı getdikcə artacaq”.

Vüqar Rəhimzadə bildirib ki, qeyd etdiklərimizin fonunda dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyəti, aktuallığı daha aydın şəkildə görünür: “Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə  medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq. Birmənalı qeyd etmək olar ki, bu addım  Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan ki,  internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, mətbuatın inkişafına yönələn hər bir addım, imzalanan Fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının  “Əkinçi”dən başlanan  yolunun uğurlu davamına xidmət edir,  “dördüncü hakimiyyət” kimi dəyərləndirilən  mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin  münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə  uğurla yerinə yetirəcəklər. Sərəncamda əksini tapan müddəalar sırasında “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin iki ay müddətində hazırlanıb ölkə Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən  kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaqdır”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ