Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

img

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə pakistanlı nazir öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, Azərbaycan Pakistanın uzunmüddətli dostu və tərəfdaşıdır: "Biz regional və beynəlxalq tədbirlərdə ümumi maraqlarımızla bağlı sıx əməkdaşlıq edirik. Azərbaycan və Pakistanı tarixi, dini və mədəni bağlar birləşdirir".

Son xəbərlər