Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan Prezidentindən Ermənistana sərt mesaj - 10 noyabr razılaşmasından kənar heç bir addıma imkan verilə bilməz...

Image


”..Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.

Məlum olduğu kimi, bu fikirləri yanvarın 7-də 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bildirmişdi.

Ölkə başçısının da vurğuladığı kimi, Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı addımlar atmamalıdır.

Faktiki olaraq, Ermənistan Azərbaycana qarşı hər cür cinayətlər törətməsinə baxmayaraq, Azərbaycan dövləti humanizm göstərib. Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasəti, Ermənistandan fərqli olaraq, hətta hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparılması, dinc əhalinin hədəfə götürülməməsi,  ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi kimi məsələr, fikrimizcə, bütün dünya üçün bir örnəkdir.

Bilirik ki, Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşları, rəsmi şəxslər Dağlıq Qarabağa səfərlər ediblər və cənab Prezidentin də vurğuladığı kimi, bu yolverilməzdir.  Əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək.

Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin bundan sui-istifadə yolverilməzdir.

Ermənilər Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək diversiya, terror törətməyə cəhd göstəriblər. Onlar terrorçu və diversantlardır. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü.

Ölkə başçısının qeyd etdiyi kimi, Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır. Bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək.

  • “...bölgəyə silahlı terrorçu dəstələr göndərir”

AVCİYA-nın vitse-prezidenti, professor, tanınmış siyasi icmalçı Məhərrəm Zülfüqarlı qeyd edir ki, Azərbaycan dövlətinin ədalətli və humanist yanaşmasından Ermənistan hərtərəfli nəticə çıxarmalıdır ki, sonra daha pis vəziyyətə düşməsin. M.Zülfüqarlının sözlərinə görə, Prezident İlham Əliyev  2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bəyan etdi ki, bu müharibə zamanı biz, eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik.

Siyasi şərhçi vurğulayır ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxsin həlak olmasına, şəhərlərimizin bombalanmasına baxmayaraq, biz Ermənistan ərazisinə keçmədik, beynəlxalq hüquqa hörmətimizi göstərdik. Ermənistan, erməni toplumu üçün heç bir mənəvi dəyərin olmadığını deyən M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan xalqı və dövləti hər zaman mənəvi insani dəyərlərə bağlı olub, beynəlxalq hüquqa hörmət edib. “Azərbaycan Prezidenti İlham Əliyev hər zaman öz humanistliyi ilə nümunə olub. Humanistlik bizim xalqımızın, türk millətinin xarakterik xüsusiyyətlərindən, özəlliklərindən biridir ki, biz onu həmişə dövlətimizin yürütdüyü siyasətdə görürük. Ermənistan və ermənilər isə humanizmin nə olduğunu dərk etmirlər, ümumiyyətlə, bu anlayışdan, prinsipdən uzaqdırlar. Təəssüflər olsun ki, Ermənistan həmişə Azərbaycanın bu humanistliyindən sui-istifadə etməyə cəhdlər edir. Bilirsiniz ki, bir müddət əvvəl Ermənistanın baş naziri qanunuz olaraq Qarabağa səfər edib. Azərbaycan dövlətindən icazəsiz onun beynəlxalq hüquqla tanınan ərazilərinə bu adamın gəlməsi yolverilməzdir. Ümumiyyətlə, bizim ərazilərimizə icazəsiz səfərlərə son qoyulmalıdır. Azərbaycan dövlətinin humanistliyindən sui-istifadə edib qanunsuzluqlar törədən Ermənistan bu addımların məsuliyyətini dərk etməli, sonrakı nəticələrini düşünməlidir. Hesab edirəm ki, Qarabağa qanunsuz səfərlər edən həm Ermənistan tərəfi, həm də bəzi ölkələrin təmsilçiləri əsaslı nəticə çıxarmalıdırlar. Cənab Prezident də vurğuladı ki, bu qanunsuz səfərlər davam edərsə, bu təxribatçı hərəkətlərə Azərbaycan tərəfindən sərt addımlar atılacaq. Azərbaycanın mövqeyi  noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bunu Ermənistan nəhayət ki, dərk etməli və bəyanatın prinsiplərini pozmağa cəhd göstərməməlidir”.

M.Zülfüqarlının sözlərinə görə, təkcə Azərbaycan deyil, qardaş Türkiyə də Ermənistanın təxribatlarına, erməni faşizminə, iyrəncliklərinə baxmayaraq, humanistlik göstərir. M.Zülfüqarlı qeyd etdi ki, Türkiyə Prezidenti Ərdoğan da dəfələrlə Türkiyədə saysız erməni yaşadığını və onların çoxunun Ermənistandan gəlib orada çörək qazandığını, lakin onlara dəyib toxunulmadığını deyib. Azərbaycanda da ermənilərin yaşadığını xatırladan M.Zülfüqarlının sözlərinə görə, demokratik, tolerant, multikultural Azərbaycan dövlətində onlara qarşı heç bir təzyiqlər yoxdur, onlar burada hər hansı bir problemlə üzləşmirlər. “Türkün hesabına çörək qazana-qazana türkün əleyihinə hərəkət edirlər. Azərbaycan ərazisində yaşayan ermənilər burada heç bir problemlə üzləşmirlər, amma görün Ermənistan bizim dinc əhaliyə qarşı nə qədər terror cinayəti törədib, evlərimizi dağıdıb, şəhərlərimizi qadağan olunmuş ağır silahlarla, raketlərlə atəşə tutub. Biz görün necə qeyri-humanist bir ölkə ilə qonşuyuq. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ərazidəki hazırkı vəziyyəti nəzərə alır və humanitar məsələlərin həllinə razılığını verib. Amma Ermənistan sui-sitifadədən əl çəkmir. Prezident özü də dəfələrlə deyib ki, 10 noyabr bəyanatında əks olunmamasına baxmayaraq, biz oradakı insanlara humanitar yardım göstərilməsinə imkan yaratdıq. Hərçənd ki, o bəyanatda humanitar yardım məsələsi yoxdur. Biz humanitar yardım göstərilməsi üçün şərait yaradırıq, Ermənistan isə bundan sui-istifadə edərək “humanitar yardım” adı altında bölgəyə silahlı terrorçu dəstələr göndərir. Ermənistanın Azərbaycan dövlətinin humanist münasibətindən sui-istifadə etməsi yolverilməzdir və bu ölkə atdığı bu zərərli addımlarının onun üçün ağır nəticələrə gətirib çıxaracağını düşünsün”.

Moskva görüşlərinə toxunan M.Zülfüqarlının sözlərinə görə, Paşinyan bu görüşdə bir sıra cəfəng fikirlər səsləndirib və onlardan biri də “hərbi əsir”lərlə bağlı olub: “Əsirlərin dəyişdirilməsi məsələsi 10 noyabra qədərki dövri əhatə edirdi. Bu da Putinin dediyi kimi, qaydasında gedir. Amma 10 noyabrdan sonra Ermənistan Azərbaycan ərazisinə terrorçu dəstələr göndərirsə və onlar ifşa olunursa, onlar artıq hərbi əsir deyil, terrorçulardır. Ona görə də, hesab edirəm, indən sonra da Azərbaycanın mövqeyi qətiyyətli olmalıdır ki, gələcəkdə belə hallarla üz-üzə qalmasın”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ