03/12/2020 14:49
728 x 90

Ermənistan xüsusi xidmətlərinin Samir Şərifovla bağlı “saxta məktub təxribatı”nın hədəfləri…

Aytəkin Kamranqızı: “Ermənilərin məqsədi əhali arasında qorxu, narahatlıq yaratmaqdır”

img

Məlumdur ki, Maliyyə naziri Samir Şərifovun adından saxta məktublar yayılıb. Təbii ki, bunu edən təcavüzkar ermənilərdir. Onlar Azərbaycan əhalisi arasında panika yaratmaq üçün müxtəlif üsullara əl atırlar. Bu dəfə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycanın Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə məlumatlar yayılır.

Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib: "Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir”.

  • “Maliyyə naziri Samir Şərifovun adından saxta məktub göndərilməsi faktı araşdırılmalı, aidiyyəti qurumlar bu kimi məsələlərdə daha aktiv olmalıdırlar”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ermənilərin məqsədi əhali arasında qorxu, narahatlıq yaratmaqdır: “Onlar bu istəklərinə nail olmaq üçün müxtəlif üsullara əl atırlar. Xatırladım ki, bu yaxınlarda ermənilər bankların adından insanlara saxta məktub göndəriblər. Göndərilən mesajda qeyd olunurdu ki, guya banklar kiberhücumlara məruz qaldığı üçün müştərilərin hesabları müvəqqəti dondurulacaq. Onların bu hərəkəti etməkdə məqsədi əhali ilə hökumət arasında narazılıq yaratmaqdır. Ancaq onlar istəyinə nail ola bilməyəcəklər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Maliyyə naziri Samir Şərifovun adından saxta məktub göndərilməsi faktı araşdırılmalıdır. Aidiyyəti qurumlar bu kimi məsələlərdə daha aktiv olmalıdırlar.

Günel CƏLİLOVA

Son xəbərlər