Hikmət Hacıyev Ermənistanın hərbi cinayətləri ilə bağlı "Human Rights Watch" və "Amnesty İnternational"a səsləndi

Ermənistan Bərdə şəhərində soyqırımı aktı törədib. Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, ölənlərin sayı 20-yə çatır, 40-dan çox yaralı var: "Hər biri günahsız sakinlərdir. Biz "Human Rights Watch" və "Amnesty İnternational"ı Ermənistanın hərbi cinayətlərini araşdırmağa dəvət edirik".