Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Erməni helikopteri rəsmi İrəvanın hərbi-siyasi provokasiyasının güdazına gedib - TƏHLİL
Tarix: 13.11.2014 / 18:39
Bölmə: Siyasət
Noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 (NATO kodu "Hind”) zərbə helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. "APA-Analitics”in bununla bağlı hazırladığı təhlildə hadisənin mahiyyəti, xronikası, Azərbaycan qanunlarına və beynəlxalq normalarına uyğunluğu araşdırılıb.
Əvvəla onu qeyd edək ki, cəbhədə ermənilərin təxribatlarına günlərlə, hətta illərlə reaksiya verməyən ATƏT, NATO, Avropa Birliyi, ABŞ Dövlət Departamenti hadisədən bir neçə saat sonra "narahatlıq” ifadə edib, bu addımın "cəbhə xəttində gərginliyi artıracağı”, "bu kimi addımların danışıqlar prosesinə mane olacağı” barədə bəyanatları səsləndirilib.
Əslində isə bəyanatlar daha əvvəl verilməli, cəbhə xəttində gərginliyin artırılmasından narahatlıq ötən həftə-erməni silahlı qüvvələri Azərbaycan ərazilərində təlimə başlayanda qeyd olunmalı idi.
Bəyanatları ilə "tərəfləri təmkinli olmağa”, Azərbaycanı isə torpaqlarında baş verənlərə göz yummağa çağıran beynəlxalq təşkilatların hələ 20 il geriyə baş vurmadan, bir neçə gün əvvələ dönüb vəziyyəti bu həddə gətirən faktorları incələmələri daha doğru olardı.
Ötən həftənin sonlarında Ermənistan Ordusu işğal altındakı Azərbaycan ərazilərində Dağlıq Qarabağdakı separatçı dəstələrlə birgə "Birlik-2014” adlı hərbi təlimlərə start verib.
Ermənilərin açıqladığı rəsmi məlumata görə, təlimə 47000 nəfərlik şəxsi heyət, 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub.
Təlimə erməni tərəfindən 6 ədəd helikopterin (2 ədəd Mi-8 və 4 ədəd Mi-24) cəlb olunmasına dair məlumatlar mövcuddur. Buna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 6-da bəyan edib ki, "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi İrəvanın hərbi-siyasi rejiminin ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin növbəti mərhələsidir. Ermənistan Respublikası torpaqlarımızın işğal olunmasına bilavasitə cavabdehlik daşıyır və gələcəkdə regionda baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyət tamamilə və qeyd-şərtsiz İrəvan rəhbərliyinin üzərinə düşür”.
Təlimlər Ağdam rayonunun Uzundərə adlı bölgəsində, azərbaycanlılara məxsus, müharibədə tərk edilmiş yaşayış məntəqəsinin yerində yaradılmış hərbi poliqonda keçirilir. Bu yerlə Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinin arası hava yolu ilə 3000 metrə yaxın məsafədədir. Ağdamın cəbhəyanı kəndlərinin sakinlərinin sözlərinə görə, ermənilərin təlim zamanı açdığı atəşlərin səsi aydın eşidilir.
Hadisədən dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisənin təfərrüatı barədə yaydığı məlumatda qeyd olunur ki, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gün ərzində provokasiya xarakterli uçuşlar həyata keçiriblər: "Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib”.
Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Mi-24 döyüş helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.
Rəsmi İrəvanın provokasiyalarının davamı olaraq bu gün Ermənistan prezidenti Serj Sərkisyan helikopterlə Azərbaycanın hava məkanını növbəti dəfə kobudcasına pozaraq işğal altındakı ərazilərə - Xankəndi şəhərinə gəlib. Ermənistan prezidentinin saytının helikopterlə hərbi uniformada işğal altındakı Azərbaycan ərazilərinə gələn Sərkisyanın fotolarını yayması provokativ addımların davam etdiriləcəyinə işarə kimi də qəbul edilə bilər.
Xatırladaq ki, rəsmi Bakı hələ 2010-cu ildə bəyan edib ki, Azərbaycan hökuməti Ermənistanın işğal etdiyi ərazilərin üzərindəki hava məkanında uçuşları qadağan edib. Bu ərazilərdə uçuşlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hava sərhədlərinin pozulmasıdır və bu addımı atan, təyinatından asılı olmayaraq bütün hava vasitələrinə qarşı müvafiq tədbirlər görüləcək. Hətta fiziki məhvetmə tədbiri də bu çərçivədə istisna deyil. Rəsmi Bakı bu qərarını ICAO, IATA, ECAC və digər beynəlxalq təşkilatlara göndərdiyi müraciətlərdə qeyd olunan ərazi üzərində uçuşların təhlükəsizliyinə təminat vermədiyini rəsmən ifadə edib.
2013-cü ilin yanvar ayında Nazirlər Kabineti Azərbaycanın hava məkanını pozan təyyarələrin vurulmasına icazə verən qərar qəbul edib. "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na görə, Azərbaycanın ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilib. Sənədə əsasən Azərbaycanın hava məkanında qadağan edilmiş zonalar və məhdudiyyət zonaları müəyyən edilə bilər. Zəruri hallarda, Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) dövlət mənafelərini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanlarının təkliflərinə əsasən hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən edə bilər. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında hava məkanından istifadə qadağandır.
Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması halları da müəyyən edilib. Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi və s. hava məkanından istifadə qaydalarının pozulması hesab edilir.
Ermənilərin Azərbaycanın hava sərhədlərini pozmaq və vəziyyəti gərginləşdirmək cəhdləri indiyədək dəfələrlə baş verib. İşğal altındakı Xocalı aeroportuna uçuş planları, ardınca 2013-cü ilin may ayında Ermənistan müdafiə nazirinin içində olduğu helikopterin Azərbaycanın Qazax rayonu istiqamətində dövlət sərhədini pozma cəhdi buna misal ola bilər. Son olayda hava sərhədini pozmağa cəhd edən, Ermənistanın müdafiə nazirinin olduğu helikopterə xəbərdarlıq atəşi açılaraq onun geri dönməsi təmin edilmişdi.
Ortada kifayət qədər fakt var.
Beynəlxalq hüquq və milli qanunvericiliyi nəzərə aldıqda ortaya bu suallar çıxır və bunun cavabını sadə məntiqlə də vermək olar:
Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus helikopter hansı dövlətin ərazisində vurulub?
Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin Azərbaycan Respublikasının ərazisində uçuşu hansı məqsəd daşıyır?
Hərbi helikopter hansı şəraitdə vurulub?
Reallıq budur - vurulan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 (NATO kodu "Hind”) zərbə helikopteridir. Piyada bölmələrinə atəş dəstəyi vermək, rəqibin canlı qüvvələrini, mövqelərini, zirehli və zirehsiz texnikasını məhv etmək üçün nəzərdə tutulur. Silahlanmasında 12.7 mm çaplı pulemyot, idarə olunan tank əleyhinə raketlər, 57 və ya 81 mm çaplı idarə olunmayan raketlər yer alır. Helikopterin vurulduğu yer Azərbaycan Respublikasının Ağdam rayonu.
Helikopter Ermənistan Ordusunun Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində keçirdiyi hərbi təlimlərə cəlb olunub.
Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulub. Heç bir humanitar və ya mülki məqsədli əməliyyatda iştirak etməyib.
Azərbaycanı ermənilərə məxsus hərbi helikopteri vurmaqla "doğru addım atmamaqda” ittiham edənlərə bir neçə faktı xatırlatmaq lazım gəlir.
Ermənilər tərəfindən 1992-1994-cü illərdə Azərbaycana məxsus mülki helikopterlərin vurulmasına dair faktlar mövcuddur.
28 yanvar 1992-ci il tarixində Şuşa şəhəri üzərində, enmə kursunda olan Azala məxsus Mi-8 mülki helikopteri İqla portativ zenit raket kompleksi ilə vurulub. Nəticədə helikopterin ekipajı da daxil olmaqla 30 nəfər sərnişin həlak olub. 3 mart 1992-ci il tarixində ermənilər Gülüstan kəndində uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. 1992-ci il may ayının 12-də isə Naxçıvan - Vaziani marşrutu üzrə uçan və göyərtəsində Azərbaycanı tərk edən rus zabitlərinin ailəsi olan Mi-26 helikopteri Ermənistan üzərində vurulub, helikopterdəki 3 ekipaj üzvü və 6 sərnişin həlak olub.
Bunlar tarix və faktlardı. Həqiqətdi!
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ