çərşənbə günü, 21 oktyabr 2026
     

Qarabağda yeni məkrli erməni planı - xaricdən sadə erməni adı altında peşəkar döyüşçülər gətirilir...

Image


Ermənistanın zəbt edilmiş Azərbaycan ərazilərini terror məskəninə çevirməsi ilə bağlı rəsmi Bakı uzun müddətdir həyəcan təbili çalır. Amma dünyadan buna hələ də lazımi reaksiya yoxdur. Bu da, öz növbəsində, zəbt edilmiş torpaqlarda terrorizmin çiçəklənməsinə rəvac verir. Belə vəziyyət isə təkcə Azərbaycana yox, elə dünyanın, xüsusən də Avropanın özünə ciddi təhdid yaradır.

  • Ermənistan terrorizmə qucaq açmaqda davam edir

Hadisələrin inkişaf axarı bu qənaətə gəlməyə əsas verir ki, erməni terrorunu dayandırmaq ancaq güc tətbiqi hesabına baş tutacaq. Əks halda Dağlıq Qarabağ və ətraf ərazilərdə terrorizm çiçəklənməkdə davam edəcək. Həmçinin bura xaricdən terrorçu axını davam edəcək. Yeri gəlmişkən xatırladaq ki, bu xüsusda Türkiyənin “Cümhuriyyet” qəzeti maraqlı məlumat yayıb. Qəzetin yazdığna görə, Livan ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib. Qəzet onu da yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi: “Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı, Dağlıq Qarabağda hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə, PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD-YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”. Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi işin görünən tərəfidir: “Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”. Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.

Hesab edilir ki, PKK-nın indiki halda Qarabağa axını təsadüf deyil. Belə ki, Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilməkdədir. Burada problem həm də ondadır ki, məlum köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək bölgədəki separatçıların gücünü artırmağa çalışır. Digər tərəfdən, PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərində yerləşməsi yeni durum yaradır. Söhbət Türkiyənin də iştirakı ilə Azərbaycanın zəbt edilmiş ərazilərdə antiterror əməliyyatlarına gözlənildiyindən daha tez başlamasından gedir. Burada ekspertlər ona diqqət yetirir ki, PKK-nın işğal altındakı torpaqlarda yerləşməsi və burada hərbi düşərgələr formalaşdırması gələcəkdə terrorçu təşkilatın Türkiyə ilə bərabər Azərbaycana qarşı da təxribatlarının baş verməsi ehtimalını artırır. Bu durum işğal altındakı torpaqların azad olunması məqsədilə Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyat keçirməsinə şərait yaradır. Yəni belə bir vəziyyətdə Azərbaycanın Türkiyə və digər dövlətlərin iştirakı ilə Qarabağda antiterror əməliyyatlarına başlaması ehtimalı böyükdür.

  • Azərbaycan və Türkiyə bölgədə təhlükəsizliyin təminatıdır

Iki qardaş ölkənin Qarabağda antiterror əməliyyatını şərtləndirən daha bir məqam onların regionda artıq sabitliyin qarantına çevrilən güc mərkəzi yaratmasıdır. Bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Səlim Qıran da xüsusi olaraq diqqətə çatdırır: “Türkiyə ilə Azərbaycan arasında güclü qardaşlıq münasibətləri var. Elə Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi ölkələrimiz arasındakı qardaşlığın ən bariz nümunəsidir. Türkiyə hər zaman Azərbaycanın yanındadır, ölkələrimizin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır”. Nazir müavini qeyd edib ki, Azərbaycan və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparır: “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qətiyyətli dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”.

Burada onu da nəzərə almaq lazımdır ki, zəbt edilmiş ərazilərə təkcə PKK terrorçuları yerləşdirilmir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum olur ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirilir. Özü də İrəvan bu prosesi davam etdirir. “Respublika Armeniya” saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun dediyinə görə, Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə “Hayastan” Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi 51,3 min, erməni əsilli amerikalı pornoulduz Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb: “Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar”.

Burada bir daha qeyd edək ki, Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığını nəzərə alsaq, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi tamamilə təbii sayıla bilər.

  • Savaş yeganə çözüm yoludur…

Hazırda baş verənlər bir daha təsdiq edir ki, Ermənistanın qarşısı yalnız savaş yolu ilə alına bilər. Əks təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həllini uzadan bu ölkə bölgəyə daha çox terrorçu gətirəcək. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko da xüsusi olaraq qeyd edir: “Ermənistan etnik erməniləri Livandan Dağlıq Qarabağa köçürməklə beynəlxalq hüquq normalarını pozur”. Ekspertin fikrincə, Ermənistanın beynəlxalq hüquq normalarına zidd olan belə siyasəti Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərir: “Danışıqlar prosesi onsuz da getmir, bu sadəcə “danışıqlar prosesi” adlanır. Bakının həqiqi danışıqlar aparmaq üçün mövqeyi varsa, Ermənistan tərəfindən mövcud status-kvonu mümkün qədər uzun müddət saxlamaq istəyi var. Ona görə də danışıqlar prosesi real olaraq yoxdur. İstənilən halda, hansısa əlavə problem danışıqlar yolunda onu yavaşladan daşa çevriləcək”.

Məhz bu vəziyyətdə Dağlıq Qarabağ bölgəsinə Livan və Suriyadan ermənilərin, muzdluların köçürülməsi, yerləşdirilməsi və onların fəaliyyəti problemin dinc həllini tam dalana dirəyir. Livandan, yaxud Suriyadan olan adi ermənilərin hər an müharibə ola biləcək Dağlıq Qarabağa gəlməyə razılıq verməsi də inandırıcı deyil. Deməli, Ermənistan Azərbaycanın bu bölgəsinə ASALA kimi terrorçu təşkilatların silahlılarını yerləşdirməklə müharibəyə hazırlaşır. Çünki Ermənistan əhalisi işğalçı ordunun tərkibində Qarabağda xidmət etmək istəmir. Bunların yeri terrorçularla doldurulur. Belə şəraitdə livanlı, suriyalı muzdlular bölgəyə gətirilir. Bu terrorçuların isə bir müddət sonra “peşəkar ordu” kimi təqdim ediləcəyi də istisna edilmir.

Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən ASALA-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi isə istənilən an reallaşa bilər. Burada xatırladaq ki, Azərbaycan bu barədə beynəlxalq təşkilatlara və Minsk Qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağırışları və beynəlxalq hüququ nəzərə almır. Həm də həmsədrlər lazımı addımlar atmır. Belə olan halda Azərbaycanın Ermənistanla beynəlxalq hüquq dilində danışması üçün şans qalmır. Əvəzində Ermənistanla güc dilində danışılması və ciddi zərbələr vurulması ön plana keçir. Ermənistanın məskunlaşdırma siyasətinin qarşısı artıq qəti şəkildə alınmalıdır. Çünki ermənilər Dağlıq Qarabağda qanunsuz hərbi birləşmələr, terrorçu qruplar yaradır, formalaşdırır. Eləcə də bu gün nəzarətsiz qalan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilər tərəfindən qanunsuz silahlar toplanıb. Yəni terrorçuların silah sarıdan da problemi olmayacaq. Eləcə də Azərbaycanın işğal altında olan əraziləri bu gün faktiki olaraq terrorçu qrupların hazırlanması üçün bazadır. Orada hazırlanan terrorçular isə bütün dünyaya, o cümlədən Avropanın ayrı-ayrı ölkələrinə yayılırlar. Sözügedən problemin aradan qaldırılmasında bu mənada Avropa da Azərbaycana hərətərfli yardım etməlidir. Çünki Qarabağ münaqişəsinin  ədalətli şəkildə həll olunması Avropaya qarşı da reallaşacaq təhlükəni aradan qaldıra bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ