çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı və Ankaraya qarşı ikili standartlar Avropanın özü üçün də problemə çevrilir

Image


Bu gün dünya nizamının sürətlə məhv olmasında, çoxsaylı münaqişə ocaqlarının yaranmasında ikili standartların da ciddi rol oynaması danılmaz faktdır. Indi əksər hallarda beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən, demək olar ki,  öz istəklərinə və cari siyasi maraqlarına uyğun tövsif olunur. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində ikili standartların özünü daha qabarıq büruzə verməsi ilə müşayiət olunur. Bu halda beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma artıq adi hala çevrilib.

Yaranmış durumdan ən çox əziyyət çəkən ölkələr sırasında isə regionda yeni güc mərkəzinə çevrilən Azərbaycan və Türkiyə də yer alır. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi Yönet Can Tezel də xüsusi olaraq vurğulayır: “Azərbaycanın da, Gürcüstanın da ərazisinin bir hissəsi işğal edilib. Ancaq bir çox dostumuzun Gürcüstana verdiyi dəstəklə Azərbaycana verdiyi dəstək arasında fərq var. Bunun səbəbini sorğulamalıyıq. Bir çox hallarda ikili standartlarla üzləşirik. Amma bu bizi dayandırmamalıdır”. Ekspertlər də qeyd edir ki, Azərbaycana qarşı ikili standartların artması təsadüfi deyil. Belə ki, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət həyata keçirir. Nəticədə, Azərbaycan yalnız regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Belə vəziyyətin dünyadakı anti-Azərbaycan qüvvələri, xüsusən də erməni lobbisini ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır. Məhz bu səbəbdən də onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyyatlar səsləndirməkdə davam edir. Bu kontekstdə bir sıra Avropa təşkilat və dövlətləri də onların əlində alətə çevrilib Azərbaycana qarşı çıxır. Buna baxmayaraq, Azərbaycan dövləti anti-Qərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Lakin ikili standartlar burada ciddi problem yaradır. Bu standartların daha bir təzahürü Ermənistanın zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasətində özünü göstərir. Saxta “erməni məsələsi” üzrə tədqiqatçı, türkiyəli professor İbrahim Öztək də burada ikili standartların öz sözünü dediyini vurğulayır: “Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma cəhdi dünyadakı ikili standartların nəticəsidir. Əgər aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu vaxtında işğalçı tərəfə qarşı beynəlxalq hüquqla müəyyən edilən tədbirlər görsəydi, bu gün Ermənistan Livandakı erməniləri Dağlıq Qarabağa köçürmək kimi xəyallara düşməzdi”.

ASALA terror təşkilatının, əsasən Livan ərazisində formalaşdığını, bu qruplaşmanın bölgədə təlim düşərgələrinin mövcud olduğunu diqqətə çatdıran İbrahim Öztək bildirib ki, Ermənistanın məqsədi Azərbaycanın işğal edilmiş ərazilərinə yeni terror dəstələri yerləşdirməkdir: “Beynəlxalq təşkilatların, əsasən də münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun Azərbaycanın işğal olunmuş torpaqlarında aparılan qanunsuz məskunlaşdırma fəaliyyətləri ilə bağlı susması beynəlxalq hüququn normalarına və bu qurumun missiyasına hörmətsizlik kimi dəyərləndirilməlidir. Əslində, istər təcavüzkar Ermənistan, istərsə də erməni lobbisi Livan ermənilərini Dağlıq Qarabağa köçürmək iddiasını ortaya atmaqla bir daha öz məkrli xislətlərini nümayiş etdirir. Uydurma “erməni soyqırımı”ndan bəhs edən saxtakarlar, yaxşı olar ki, Ermənistanın işğalçılıq siyasətini və məkrli niyyətlərini görüb ağı qaradan ayırsınlar. Türkiyə hər zaman Livana dəstək verib. Lakin bir dəstə azğınlaşmış erməninin Livan ərazisində Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etməsi cavabsız qala bilməz. Buna görə də Livan hakimiyyətində bu cür iyrənc əməllərə yol verən təxribatçı ermənilərə qarşı tədbirlər görülməlidir”. Amma yenə ikili standartlar bu tədbirlərin görülməsinə yol vermir.

Belə standartlara məruz qalan ölkələrdən biri də qardaş Türkiyədir. Məsələn, Türkiyənin Aralıq dənizində qanuni fəaliyyətinə Avropanın yanaşması bunun real təzahürüdür. Xatırladaq ki, Türkiyənin Aralıq dənizində neft və qaz axtarışı bir sıra ölkələr, əsasən də Yunanıstan və Cənubi Kiprin yunan rəhbərliyi, o cümlədən Avropa ittifaqı tərəfindən ciddi etirazla qarşılanıb. Bu səbəbdən Avropa İttifaqı dənizdə mübahisəli məsələdə Türkiyə və Şimali Kipr tərəfinə ikili standartlar tətbiq etməkdədir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avropalıları dənizdə yaranmış mübahisədə tərəf saxlamağa yox, ədalətli vasitəçi olmağa çağırıb: "Öz üzərinə beynəlxalq məhkəmə rolunu götürməklə Avropa İttifaqı, təəssüf ki, problemin bir hissəsinə çevrilib. Biz öncədən şərt qoyulmadan dialoqa hazırıq. Amma Yunanıstan öncədən şərt qoymaqda israrlı olsa, biz də öz şərtlərimizi qoyacağıq. Avropa ikili standartlardan əl çəkməlidir”. Belə görünür, qarşıdakı dövr ərzində Türkiyə bu ikili standarta qarşı mübarizə aparacaq. Bu zaman qardaş ölkənin Azərbaycanla bir yerdə olması da qaçılmaz sayılır. Çünki hər ikisi ikili standartlardan əziyyət çəkir. Burada ən əsas məqamlardan da biri odur ki, ikili standartlar davam edərsə, bundan Avropa da əziyyət çəkəcək. Çünki bu halda o, Azərbaycan və Türkiyə kimi mühüm tərəfdaşları itirə bilər.

Ramil QULİYEV

 

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:14
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ