23/09/2020 00:43
728 x 90

Türkiyəli nazir müavini Azərbaycan-Türkiyə qardaşlığını bölgədə təhlükəsizliyin təminatı adlandırdı

img

Azərbaycan və Türkiyə arasında güclü qardaşlıq bağları davam edir. “Trend”in məlumatına görə, bunu Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

Nazir müavini bildirib ki, Azərbaycan və Türkiyə terrorun bütün formalarına qarşı birgə mübarizə aparır: “FETÖ ilə mübarizədə dəstəyinə görə Azərbaycana təşəkkür edirik. COVİD-19-la mübarizədə də birgəyik və hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan və Türkiyənin qardaşlığı bölgədə təhlükəsizliyin təminatıdır".

Yavuz Selim Kıran əlavə edib ki, Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyənin mövqeyini dəstəkləməsi Azərbaycan və Türkiyə arasında qardaşlığın ən yüksək nümunəsidir.

Son xəbərlər