22/09/2020 23:42
728 x 90

Azərbaycan və Türkiyə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərin önü açılır

img

Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qalxması və vətəndaşların daha rahat gediş-gəlişi üçün lazımi addımlar atılır. “Trend”in məlumatına görə, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, bunun üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

O qeyd edib ki, Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində bu məsələ qaldırıldı və dərhal qeydiyyata götürüldü: “İşçi səviyyəsində addımlar atılır, texniki məsələlərin həlli üçün sənədlər hazırlanır və ümid edirəm ki, yaxın zamanlarda praktiki olaraq bu məsələnin həllinə nail olacağıq, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə, Türkiyədən də Azərbaycana gedib-gələcəklər”.

Son xəbərlər