çərşənbə günü, 21 oktyabr 2026
     

Böyük güclər Azərbaycanın müttəfiqini yeni savaş poliqonuna çevirir - Litva poliqonunda Belarusa qarşı NATO əməliyyatı başladı...

Image


MDB məkanında Azərbaycanın əsas tərəfdaşları sırasında Belarus mühüm yerlərdən birini tutmaqdadır. Xüsusən də Azərbaycanın silah təchizatında bu ölkə vacib rol oynayır. Amma son proseslər Belarusun özünün bu dəfə müxtəlif silahların sınaqdan keçirilə biləcəyi poliqona çevriləcəyini göstərir.

Məsələ burasındadır ki, həm Rusiya, həm də ABŞ və NATO ölkələri Belarus sərhədlərinə böyük miqdarda hərbi texnika cəmləşdirməkdədir. Hətta Belarus sərhədinə ABŞ-ın tank taboru yerləşdirilib. Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, sərhədin 15 kilometrliyində yerləşən Litva poliqonunda NATO əməliyyatı başlayıb: “ABŞ-ın 69-cu tank alayının 2-ci tank taboru bizim dövlət sərhədimizin 15 kilometrliyindədir. Bu qədər yaxınlıqda 500 əsgər, 29 tank və 43 “Bradlet” zirehli maşınının cəmləşməsi bizi narahat etməyə bilməz”. O, həmçinin, Belarus sərhədi yaxınlığında B-52 bombardmançısının uçuşundan da narahat olduqlarını qeyd edib. Belarus Prezidenti Aleksandr Lukaşenko isə ölkəsinə xarici müdaxilələri şərh edərkən bildirib ki, xaricdə kiminsə əli qaşınırsa, Minsk onu istənilən an qaşımağa hazırdır. O, burada Rusiyanın yardımına ümid bəslədiklərini də gizlətməyib.

Belarusla sərhədə ordu cəmləşdirməkdə davam edən Rusiya özü də Qərb hərbi qüvvələrinin Belarusa yaxınlaşmasından narahatlıq ifadə edir. Rusiya mediası isə yazır ki, bu günlərdə ABŞ-ın tank batalyonu "Atlantik Qətiyyət" təlimlərində iştirak etmək üçün Litvaya gəlib. Bundan başqa, Rusiya Qərbin strateji aviasiya və hava kəşfiyyat vasitələrinin uçuşlarını getdikcə daha çox qeydə alır. Bu xüsusda “RİA Novosti» yazır: “Onlarla "Abrams" tankı, "Bradley" piyadanın döyüş maşını (PDM), zirehli avtomobillər  Pabrade poliqonundadır və bura əsl mini ordu gəlib. Bundan bir müddət əvvəl isə amerikalılar Litvaya aviasiyanı, yəni  "Apache" və "Black Hawk" helikopterlərini göndəriblər. Litva hakimiyyəti amerikalıların litvalı hərbçilərlə birgə təlim tapşırıqlarını həyata keçirmələrini şərh edib. Bildirib ki, m

anevrlər plan üzrə həyata keçirilir və üçüncü ölkələrə qarşı nəzərdə tutulmayıb. Qeyd etmək lazımdır ki, Vilnüs amerikalılardan Litva poliqonlarında təlimləri mümkün qədər tez-tez keçirməyi xahiş edir. Okeanın o tayından gələn müttəfiqlərin rahatlığının təmin olunması isə hökumətin prioritet vəzifələrindən biri olub.

Xatırladaq ki, "Atlantik Qətiyyət" ideyası 2014-cü ildə yaranıb. Amerikalılar "Rusiya təcavüzü" bəhanəsi ilə qoşunlarını Avropanın müxtəlif ölkələrində yerləşdirir və tədricən onların sayını artırırlar. Ekspertlərin qiymətləndirməsinə görə, NATO 2014-cü ildən bəri Rusiya sərhədlərində hərbi fəallığını iki dəfə artırıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Şimali Atlantika Alyansı soyuq müharibə dövrünün qarşıdurmasına qayıtmaq istəyir: NATO hərbi infrastrukturunu inkişaf etdirir və Şərqi Avropada raket əleyhinə müdafiə sistemini yerləşdirməyə davam edir. "Valday" analitik klubunun hərbi eksperti Artyom Kureyev bu xüsusda bildirir: "NATO-nun Baltikyanı ölkələrdəki qruplaşması dəqiq kiçilməyəcək. Bu dövlətlərin elitalarına ABŞ-la əməkdaşlıq lazımdır”. Almaniyadan fərqli olaraq, Latviya, Estoniya və Litva özləri özgə ordunu yedirməyə — Amerika qoşunlarının infrastrukturuna və yerləşdirilməsinə əhəmiyyətli xərcləri üzərilərinə götürməyə hazırdırlar. ABŞ hərbçilərinin Avropada müntəzəm hərəkəti artıq adi bir haldır. Pentaqonun Şərqi Avropada ən böyük platsdarmı Polşada yerləşir. İndi burada 4500 hərbi qulluqçu var. Tezliklə daha min nəfər göndəriləcək. Vaşinqton və Varşava geniş hərbi əməkdaşlıq haqqında saziş imzalayıb. Sənədə əsasən, Polşada ABŞ Silahlı Qüvvələrinin komanda-qərargah strukturu təkmilləşəcək, döyüş hazırlığı mərkəzləri formalaşdırılacaq, ordu və nəqliyyat aviasiyası bölmələrinin, həmçinin xüsusi əməliyyat qüvvələrinin yerləşdirilməsi üçün əlverişli şərait yaradılacaq. Bununla yanaşı, ABŞ 1997-ci ilin Rusiya-NATO Aktının müddəalarından məharətlə yan keçir. Bu sənədə əsasən, alyans böyük sayda qüvvəni şərq sərhədlərində daimi olaraq yerləşdirməməyi öhdəsinə götürüb.

Rusiyanı "qorxutmaq" üçün Avropaya onlarla təyyarə və helikopter göndərilib. Belə ki, Polşada F-16 döyüş təyyarələrini və C-17 "Hercules" nəqliyyat təyyarələrini yerləşdiriblər. Baltikyanı ölkələrin və Baltik dənizinin akvatoriyası üzərində patrul aparılması üçün vaxtaşırı döyüş təyyarələri Litvaya göndərilir. Güc nümayişi üçün Pentaqon zaman-zaman müttəfiqlərinin aerodromlarına F-35 "Lightning" və F-22 "Raptor" beşinci nəsil "görünməz" döyüş təyyarələrini də göndərir. Polşada isə MQ-9 "Reaper" pilotsuz kəşfiyyat-zərbə aparatlarının eskadrilyası yaradılıb. Avropada ABŞ-ın strateji aviasiyası da fəaliyyət göstərir. Belə ki, avqustun sonlarında üç ədəd B-52H bombardmançısı Kalininqrad vilayətinə qanadlı raketlərlə zərbələri məşq edib. Bombardmançılar Britaniyadakı “Fairford” hava bazasından çıxaraq Niderland, Almaniya və Polşa üzərindən Estoniyanın Tapa poliqonuna uçublar və Rusiya ərazisindəki obyektlərə şərti zərbələr endiriblər. Sentyabrın əvvəlində isə B-52H bombardmançıları Ukrayna üzərində uçublar. Bu təyyarələr ilk dəfə Ukraynanın hava məkanına daxil olub. Bundan başqa, onlarla kəşfiyyat təyyarəsi hər həftə Rusiyanın sərhədləri boyunca uçur. Rusiya qırıcıları onların qarşısını kəsmək üçün gündə bir neçə dəfə havaya qalxmağa məcbur olur. Amma Kureyev qeyd edir ki, Çindən fərqli olaraq, Rusiya bunları daha sakit qəbul edir və planlı təlimlərlə cavab verir: "Məsələn, Pekin buna son dərəcə əsəbi reaksiya verir, dərhal öz hərbi qüdrətini nümayiş etdirməyə çalışır". Birləşmiş Ştatlar su məkanını da diqqətdən kənarda qoymur. Onların gəmiləri tez-tez "qonaq gəlirlər",  özü də yalnız Qara dənizə deyil. Yayın sonunda Norveç sahillərinə "USS Seawolf" atom sualtı qayığı göndərilib. Bundan bir qədər əvvəl isə NATO gəmiləri Şimali Atlantikada, İslandiya sahillərinin yaxınlığında təlimlər keçib. Mayda Amerika donanması 30 ildə ilk dəfə olaraq Barents dənizinə daxil olub. "Porter", "Donald Kuk" və "Franklin Ruzvelt" gəmilərinin, həmçinin Britaniyanın "Kent" freqatının ekipajları mürəkkəb iqlim şəraitində fəaliyyəti məşq ediblər. Bütün bunlar nəinki alyansın Şimalda hərbi potensialını gücləndirmək cəhdlərini, həm də Rusiya donanmasının və xüsusilə Şimal donanmasının gücünün artdığını göstərir. Çünki soyuq müharibə və SSRİ-nin süqutundan sonra ABŞ Rusiya donanmasını ciddi düşmən kimi qiymətləndirmirdi. İndi isə amerikalılar onunla hesablaşmalıdırlar. Bu durumda Rusiyanın mütəffqi olan Belarus sərhədlərinə çoxsaylı texnika yığılır. Hətta iddilar var ki, Belarus yeni qarşıdurma məkanı da ola bilər”.

Ramil QULİYEV


 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ